"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Adil Əliyev Aslan İsmayılova dərs keçdi

15 Oktyabr 2015 - 21:50
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Aslan İsmayılovu özümə rəqib saymıram” deyən Adil Əliyev rəqibinə seçki dərsi keçdi. O özunun Fb səhifəsində od püskürdü.

“Çünki, cəmiyyətdə nüfuz qazana bilməyən birisinin mənimlə mübarizə aparmaq üçün nə savadı, nə də ictimai nüfuzu var. Mən cəmiyyətdə ictimai-siyasi nüfuz qazananda bəziləri mədə xorasını müalicə etdirirdi. Bu şəxs nə vəkil kimi vəkildir, nə də siyasətçi kimi siyasətçi. Hüquq müstəvisində və siyasətdə məğlubiyyətlərdən başqa heç bir “uğuru” yoxdur. Vəkillər Kollegiyasından iki dəfə qovublar, hətta “Hyatta Recenesy” otelində qarışıqlıq yaradıb, ordan da qovublar. Bu necə millət vəkilliyinə namizəddir ki, nə seçki kampaniyası keçirir, nə də seçicilərlə görüşür? Bu işləri görmək bacarığına və qabiliyyətinə malik deyilsə, gəlsin mənim keçirdiyim görüşlərə baxsın, izdihamı müşahidə etsin. Saytlardan birinə verdiyi müsahibədə deyib ki, 2005-ci ildə bütün Bakının resursları 20 dairədə cəmləşmişdi. Bəli, bu belədir və bu dairədə mən onun və İsa Qəmbərin üzərində qələbə çaldım. Çünki, seçkiyə hər ikisindən yaxşı hazırlaşmışdım. Seçki məsuliyyətdir, boş-boş danışmaq, sosial şəbəkələrdə roliklər yaymaq deyil.

O ki qaldı, Aslan İsmayılovun “Adil Əliyev İsa Qəmbər üzərində qələbə çala bilməzdi” fikrinə, özüm heç nə demirəm, müxalifət nümayəndəsi, özlərinin həmkarları Qurban Məmmədovun mətbuata açıqladığı fikirləri xatırlatmaq istəyirəm. Görün Qurban Məmmədov nə deyib: “Mən Adil Əliyevin seçki texnologiyasına heyran qalmışdım. Təsəvvür edin ki, Adil Əliyevin 2 gənc – bir qız, bir oğlan nümayəndəsi bizim evimizə 5 dəfə gəldilər! Hər dəfə yenə də hansısa şəkillər, broşurlar gətirirdilər və seçkiyə 3 gün qalmış gəlib yadımıza salacaqlarını dedilər. Onlar bu qaydada məhləmizdəki bütün ailələri “narahat etdilər” – kampaniya apardılar. “Azadlıq” blokundan-İsa Qəmbərin adından isə bir dəfə də olsun məhləmizə gələn olmadı. Yəni 2005-ci ildə Adil Əliyevin 20-ci dairədən qalib gəlməsi mübahisəsizdir. Bu isə bizim öz səhvimizdir. 2010-cu ildə isə Adil Əliyevin qarşısında durmaq daha da çətinləşdi. Çünki bu 5 ildə A.Əliyev seçki dairəsində yaşayan hər bir ailənin üzvünə çevrildi. Hamı onu tanıdı. Mən o vaxt Aslan bəyin vəkili kimi Adil Əliyevin görüşlərini də izləyir, lazımı qeydlərimi edirdim. Təəssüf ki, 2010-cu ildə də nəticəni dayişmək bizə qismət olmadı və Adil Əliyev 20-ci dairənin əbədi namizədinə çevrildi”.

Bunu o şəxs deyir ki, həm “Azadlıq” blokunun təmsilçisi, həm də elə Aslan İsmayılovun seçkidə vəkili olub. Bundan sonra Aslan İsmayılovun “mənim topladığım səs respublikada bütün dairələr üzrə ən yüksək olar” fikrinə kim inanar? Deyir ki, guya 20 saylı ikinci Nərimanov dairəsi ərazisində yaşayan seçicilərin çoxu uzun illərdir onun yanına gedirlər. Bu illərdə minlərlə seçici ilə görüşmüşəm, birindən eşitmədim ki, hansısa probleminə görə Aslan İsmayılova müraciət etsinlər və ondan dəstək alsınlar. 10 ildir qərargahımda minlərlə vətəndaşı qəbul etmişəm, qəbul günlərim var. Əlimdən nə gəlirsə vətəndaşlara kömək etməyə çalışıram. Bunu özümə borc bilirəm! Bəs o bu vaxta qədər dairəmizin nə qədər insanına kömək edib, kimsəsizlərə və ehtiyacı olanlara yardım əli uzadıb? Mən imkanlı iş adamlarından böyük pullar alıb, onlara hüququ yardım göstərilməsini nəzərdə tutmuram, kimsəsizlərə, ehtiyacı olanlara, müharibə veteranlarına dəstəkdən, köməkdən danışıram. Heç üzərinə götürdüyü işləri də doğru-dürüst sona çatdırmayıb, məhkəmədə hansısa işi uğurla başa çatdırdığını eşitməmişik. Cəmiyyətdə və mediada Azərbaycanda ən uğursuz vəkili kimi “ad” qazanıb.

Seçicilər kimin meydanda olduğunu da yaxşı görür, kimin hansı işlər gördüyündən də xəbərdardır. Aslan İsmayılovun “virtual qəhrəmanlığından” başqa bir işini görmədim. Milli Şuranın seçkini boykot qərarını bəyənmir ki, fürsətdən istifadə edib insanlarla ünsiyyət yaradıb mitinqlər keçirməli idilər. Guya özü namizəd kimi seçicilərlə ünsiyyət qurub? Nə zaman açıq və qapalı zalların birində seçicilərlə görüş keçirdi ki, bizim xəbərimiz olmadı? Deyir nə hakimiyyətdənəm, nə də müxalifətdən, Əlbəttə, mövqeyi olmayan ömrü boyu ortada qalmağa məhkumdur. Özünə hörmət edən insan ardıcıl 2 məğlubiyyətdən sonra özünə başqa dairə axtarardı. Necə ki, 2005-ci ildə müxalifətdən olan əsas rəqibim – İsa Qəmbər məğlubiyyətdən sonra başqa dairədən namizədliyini verdi. Yeri gəlmişkən, 2005-ci ildə mənim Aslan İsmayılov adında rəqibim yox idi, Rəqabət mənimlə İsa Qəmbər arasında gedirdi və media məhz biizim rəqabəti işıqlandırdı. Doğrusu, mənə Aslan İsmayılov kimi rəqib də məqbuldur. Qoy yenə də böyük hesabla onu məğlub edim və 5 il sonra yenə namizədliyini 20-ci dairədən versin. Heyf deyil, belə rəqib. Bir rəqib ki, Adil Əliyevin fəal millət vəkili və parlamentdə fəallığına görə ilk 10-luqda yer aldığını etiraf edir, belə rəqibi kim arzulamaz?

Aslan İsmayılov sadəcə, mənim başımı qatmağa çalışır. Mən isə ondan fərqli olaraq gündəlik işlərlə məşğulam, seçkiyə hazırlaşıram, seçicilərlə görüşürəm, insanların dərdlərini dinləyirəm, o isə iftiralarına, böhtanlarına davam edir. Sonuncu izdihamlı mitinqimdə Aslan İsmayılovu yenə görüşə dəvət etdim. Aslan İsmayılov özünə belə arxayındırsa, gəlsin camaatın qarşısında çıxış etsin, fikirlərini bildirsin. Bunun əvəzinə sağdan-soldan iftira yağdıracaqsa, buna hər dəfə cavab verməyə mənim nə vaxtım, nə də həvəsim var. Ancaq iftiralarının genişləndirməkdə davam edəcəksə tutarlı cavablarını da alacaq!

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gözlənilən iqtisadi krizis xalqı qorxuya salıb- FOTO

Next Post

50 yaşlı Fazil Mustafa: “Həm çoxlu düşmən, həm də çoxlu dost qazandım” – MÜSAHİBƏ

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

50 yaşlı Fazil Mustafa: “Həm çoxlu düşmən, həm də çoxlu dost qazandım” - MÜSAHİBƏ

Şəmkirli sahibkarın İlham Əliyevə şok müraciəti...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.