"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qocadan xocayadək…

16 Oktyabr 2015 - 20:29
in KÖŞƏ YAZILARI

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Xalq şairi Fikrət Qocanın 80 illik yubileyinə gedirdik. Köhnə tanışım olan gül dükanlarından birinin müdirinə zəng elədim ki, Filarmoniyaya bir dəstə gül göndər, Fikrət Qocanı təbrik edək. Soruşdu ki, Fikrət Xocalı kimdir? Dedim “Xocalı yox, Qoca”. Dedi ki, adının ziyanı yoxdur ey, sənəti nədir, alimdir, rəssamdır, artistdir, onu bilək, ona uyğun gül düzəldək. Məni bu söz yaman tutdu. Demək 80 il xalqa xidmət etmiş bu boyda xalq şairini xalq tanımır… Dərdimi bölüşdüm, təsəlli verdilər ki, gülçüdür də, tanımaya bilər. Dedim axı bu, gül dükanının müdiridir, adamlarla daim ünsiyyətdə olan birisidir, lap elə sıravi vətəndaşdır, xalq şairini niyə tanımasın? Yadıma rəhmətlik Nüsrət Kəsəmənlinin bir söhbəti düşdü.

Danışırdı ki, 70-ci illərdə çox aktual olan bir məsələyə görə gənc şairlərlə mübahisəmiz düşdü: hansı xalq öz şairini, yazıçısını  daha yaxşı yanıyır. Tənbəllik eləməyib 3-4 gənc şair mindik qatara, getdik Tiflisə. Vağzalda  taksiyə oturub dedik Nodar Dumbadzenin evinə gedirik. Sürücü əlavə sual vermədi, bütün yolu Dumbadzenin şəxsiyyətindən, əsərlərindən danışa-danışa bizi düz məşhur yazıçını evinə gətirdi:” Burdan qalxın, 3-cü mərtəbə, sağ qapı”-deyib, sağollaşdı.

Bizim Dumbadzenin evində bir işimiz yox idi, həm də vağzal taksilərinin çoxbilmiş olduğunun bizim planımıza təsir edəcəyini düşünüb, yoldan keçən taksiyə əl elədik və Qriqori Abaşidzenin  evinə sürməyi xahiş etdik. Tərəddüdsüz ora da gedib çıxdıq. Oradan qədim Azərbaycan şəhərinə gedib, İrəvanda da həmin münasibəti görəndən sonra Bakıya qayıtdıq. Vağzalda taksi şoferinə dedik ki, Bəxtiyar Vahabzadənin evinə gedirik. Kişi tərs-tərs üzümüzə baxdı:” Elə bil kəndə gəlmisiniz. Bəxtiyar Babazadədi, nədi, adresini deyin, aparım da.” Ordan düşüb başqa maşına oturduq, İsmayıl Şıxlı dedik, tanımadı, Mirzə İbrahimovun evinin yerini bilmədi, Rəsul Rza da, Mehdi Hüseyn də belə oldu…

Doğrusu o zamanlar düşünürdüm ki, bu, milli mentalitetlə, genetikayla bağlı məsələdir, şəxsiyyətləri qiymətləndirmək  bəzi xalqların qanında, canındadır. Ancaq sərhədlər aşılandan və bizimlə qanı bir, canı bir olan türklərin milli dəyərlərə, bayrağa, himnə, şəxsiyyətlərə olan münasibətini görəndən sonra əmin oldum ki, təəssübkeşlik təbliğatla, təqdimatla və daha bir “tə” olan tərbiyə ilə bağlı məsələdir. Uşağa nəyi öyrədirsən, necə tərbiyə edirsən, onu da gördüyün kimi, müəllimdən televiziyaya kimi nəyi təbliğ ediriksə, millət də onu öyrənir.

O gün böyük rollar yaratmış xalq artistimiz Nuriyyə Əhmədova kirayədə yaşadığı evdə vəfat etdi. Sakit, səssiz, 5-10 nəfərin müşayəti ilə Şüvəlandakı kənd qəbiristanlığında dəfn olundu. Eynən Masallının ucqar kəndində dəfn edilən rəhmətlik xalq artisti  İlham Əsgərov kimi…

Nuriyyə xanımdan bir gün sonra  qardaş Türkiyənin  “Xalq artisti” olmayan aktyoru  Levent Kırca vəfat etdi. Türkiyə üçün az qala milli matəm kimi qeyd edilən bu hadisəyə ölkənin böyük siyasi və ictimi xadimləri qatıldı, cənazə dövlət bayraqları və minlərlə insanın müşayəti ilə, böyük ehtiramla yola salındı, dəfn mərasimi izdihamla mərkəzi Zincirlikuyu qəbiristanlığında keçirildi…

Görəsən biz niyə beləyik? Öz şəxsiyyətlərimizi niyə qədərincə dəyərləndirə bilmirik? Məncə, günahın tam olmasa da,bir hissəsi kütləvi informasiya vasitələrindədir. Fikir vermişəm ki, söhbət düşəndə, gənclər televiziya verilişlərində tez-tez haqqında danışılan 2-3 nəfər Milli Qəhrəmanın adını çəkə bilir. Qalan 210 nəfəri demək olar ki, tanımırlar. Rəqsanənin üçüncü uşağının hansı kişidən olduğunu bilənlər 3 milli  qəhrəmanın adını bilmir, “hamıya ağıl öyrədən” Əli Mirəliyev və Elza Seyidcahan on akademikdən daha məşhurdurlar və s., və s.

Fikrət Qocanı Fikrət Xocalı kimi tanıyanlar bu mənəvi faciənin Xocalı faciəsindən kiçik olmadığını bilirmi? Türklərin müdriklərə, müəllimlərə dediyi “xoca” statusunu daşıyanlar bu faciədə özünü günahkar sayırmı?

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bulvar balıqçılarının “sürgün” edildiyi estakadadan reportaj… – FOTOLAR

Next Post

Abel Məhərrəmov xatirə medalı ilə təltif edilib

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Abel Məhərrəmov xatirə medalı ilə təltif edilib

Türkiyə şokda: PKK-nın gizli anbarlarından nələr çıxdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.