"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dağıstan prezidentini Naftalana gətirən səbəb

17 Oktyabr 2015 - 10:12
in XƏBƏR LENTİ

Dağıstan prezidentini Naftalana gətirən səbəb

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bu rayondakı müalicə mərkəzində müalicələr, dəyişən tariflər və daha nələr…

 
 
Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov Azərbaycanda səfərdədir. Görüşdən sonra açıqlama verən R.Abdulatipov səfərinin qeyri-rəsmi xarakter daşıdığını bildirib: “Azərbaycanda qeyri-rəsmi səfərdəyəm. Səfərimin məqsədi müalicə almaqdır. Naftalan şəhərində müalicə olunacağam”.
Bu açıqlama isə Naftalanda yerləşən müalicə mərkəzi, onun effekti barədə sualları da özü ilə paralel gətirdi. İnsanlarımız daha çox Dağıstan prezidentinin də sorağına gəldiyi bu müalicə mərkəzinin detalları, müalicəsi və müalicəsinin effekti ilə maraqlandılar. Məlumdur ki, Naftalan nefti ilə müalicə mərkəzi Bakının Badamdar qəsəbəsində var. Amma insanlar daha çox onun mənbəyinə – birbaşa Naftalanda yerləşən mərkəzə getməyə meyllidir.
10-12 naftalan vannası mütləqdir…
Məlumat üçün deyək ki, Naftalan  nefti ilə müalicə  amili  güclü  ağrıkəsici,  iltihabəleyhi,  damargenəldici, allergiyaəleyhi, hormonabənzər təsirlərə  malikdir, ovogenez, ovulyasiya  proseslərini və  spermatogenezi gücləndirir.
Naftalan vannaları üçün nativ (təbii) – Naftalan neftindən  istifadə  olunur.  Vannanın istiliyi 37 -38*C – dir.  Vanna  qəbulu  müddəti – birinci vannada 8 dəqiqə, qalan vannaların qəbulu zamanı 10 dəqiqədir. İlk vannalar günaşırı  təyin  olunur, qalan  vannalar 2-3 gün vanna, bir  gün istirahət günü  olmaqla  qəbul  edilir. Müalicə kursu 10-12  Naftalan vannası təşkil edir. Naftalan  vannalarının da növləri var: Ümumi, oturaq və aşağı  ətraflar  üçün  vannalar təyin  olunur.
Başlayaq ümumi  Naftalan vannasından. Bu zaman xəstə  vannada uzanır  , ürək  nahiyəsi   vannadan xaricdə  qalmalıdir. Oturaq   Naftalan  vannası zamanı xəstə   qursağadək  vannanın içərisində  oturur,  ehtiyac   olarsa    qollarını  da  dirsəyədək   vannaya salır .
Aşağı  ətraflar üçün  vanna qəbul edən zaman isə  xəstə xüsusi   oturacağın   üstündə  oturur,  ayaqlarını  dizdən  yuxarıyadək Naftalan  vannasının icərisində  yerləşdirir.
 
Birinci-dördüncü vanna zamanı nə baş verir?
Vanna qəbulundan sonra  xəstə neft qalığından təmizlənir,  xüsusi   kağızla  silinir  və  duş qəbul edir. Duşxanada  suyun  altına keçməzdən qabaq  hamam  lifini  isladıb  sabunlayıb quru  bədəni  liflə  sabunlamaq  lazımdır, sonra  duşun  altına  keçib  yuyunmaq  lazımdır  , belə  olduqda  Naftalan nefti  bədəndən  asan    təmizlənir. Duşda  suyun istiliyi  38 – 39 dərəcə olmalıdır,  duş   qəbulu  müddəti   isə   15 – 20  dəqiqədən  artıq  olmamalıdır . Vanna qəbulundan  sonra  duş  qəbul  edərkən  başı  yumaq  məsləhət  deyil . Vanna qəbulundan sonra  xəstə 1 saatadək dincəlməlidir . Naftalan  müalicəsi  qəbul  edərkən,  adətən  birinci  – dördüncü  vanna  qəbulu  zamanı   balneoreaksiya baş  verir: xəstədə  ümumi  zəiflik, iştahasızlıq, yüngül baş ağrıları,  yuxusuzluq  və ya yuxululuq, bağırsaq   pozulması kimi ümumi əlamətlər və ağrıların   güclənməsi, dəri səpgiləri, ətrafların dərisində hemorragiyalar (göy ləkələr) kimi əlamətlər baş  verə bilər. Vanna qəbulu qaydalarına  düzgün əməl  etdikdə  bu  əlamətlər  müalicə  kursunun  sonunadək keçir. Balneoreaksiya baş verdikdə  müalicə həkiminə müraciət  etmək  lazımdır. Naftalan müalicəsinin   təsiri  müalicədən  sonraki  1,5 – 2 ay ərzində  davam  edir  və  bundan  sonra   stabil  effekt  alınır.
Həmin  dövrdə  xəstələr özlərini  soyuqdan  və  fiziki  gərginlikdən  qorumalıdır.
Mərkəzdən aldığımız məlumata görə, burada orta müalicə müddəti 15 gündür. 15 gün ərzində 10-11 Naftalan vannası, hər biri 10-11 seans olmaqla digər müalicələr qəbul edilir. Mərkəzdə xəstələrin diaqnozundan asılı olaraq onlara ilk növbədə neft vannası və ya yod-brom vannası və xəstəlikdən asılı olaraq massaj, MBT və fizioterapiya müalicə kursu təyin edilir.
Mərkəzdə xəstələrin müalicəsi kompleks şəkildə aparılır. Müalicə kompleksinə masaj, vibromasaj, elektroforez, darsonvalizasiya, maqnitoterapiya, lazerlə müalicə, elektroyuxu, iynəsancma, Seragem, müalicə idmanı, naftaparafin applikasiyaları, inhalyasiya, amplipulsterapiya, neft (Naftalan) fonoforez, hidrokolonoterapiya, ultrasəslə müayinə və ozonoterapiya daxildir.
Saytdakı və realdakı qiymətlər…
Hesab edək ki, özünüz və yaxınlarınız “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzində 15 günlük müalicə kursu qəbul etmək istəyir. Mərkəzdə qalma şəraiti, yaşayış necədir? Mərkəzdə yataq korpusu, müayinə və müalicə kabinetləri, yeməkxana və digər (idman zalı – trenajor, namaz otağı, kompüter otağı, kişi və qadın salonu və s.) xidmət sahələri var. Yataq korpusu 1, 2 , 3 adamlıq otaqlar və iki otaqlı iki adamlıq lüks otaqlardan ibarətdir. Mərkəzin saytında qeyd olunub ki, yeməkxanada gündə 3 dəfə xəstələrə Azərbaycan və Avropa mətbəxinin ləzzətli yeməkləri təqdim olunur. Bundan başqa, xəstələrin asudə vaxtlarının təşkili üçün namaz otağı, kitabxana, kompüter otağı-internet, stolüstü tennis, bilyard, voleybol, basketbol, aeorosolyariya, qadın və kişi salonları fəaliyyət göstərir. Canlı musiqi ilə rəqs axşamları, bazar günləri respublikanın səfalı yerlərinə gəzintilər müalicəyə gələnlərin Naftalandan xoş təəssüratla ayrılmasına səbəb olur.
Sonda mərkəzdəki müalicə tarifləri ilə maraqlandıq. Özümüzü xəstə yaxını kimi təqdim edib, mərkəzin direktoru ilə əlaqə saxladıq. Məlum oldu ki, 2 nəfərlik otaqda 1 nəfərin qalması, üstəgəl, gündə 3 dəfə yemək və bütün müalicə prosedurlarından keçmək 30 AZN-ə başa gəlir. Direktor bildirdi ki, minimum 15 günlük müalicə tövsiyə olunur ki, ondan daha azı effekt vermir. Sonucda isə ümumi müalicə kursunun məbləği 450 AZN-dən az etmir.
Müalicə mərkəzinin rəsmi saytında isə qiymətlər barədə aşağıdakı qeydlər yer alıb.
Korpusda 24 VİP nömrəsi var.
2 nəfərlik 1 otaq – 35-45 dollar
1 nəfərlik 1 otaq -40-49 dollar
2 nəfərlik 2 otaq – 44-49 dollar
1 otaqlı VİP nömələrdə 1 və 2 nəfərlik yataqlar, şkaf, kiçik masa, stullar, 2 tumba, televizor, soyuducu, komod, 2 ədəd xalat, dəsmal, sanuzel, balkon var.
Əgər VİP nömrədə yox, standart otaqda qalmaq istəyirsizsə, bu halda qiymətlər fərqlidir.
2 nəfərlik 1 otaq  – 27-29 dollar (1-ci korpusda)
2 nəfərlik 1 otaq – 30-33 dollar (2-ci korpusda)
1 nəfərlik 1 otaq – 30-32 dollar (1-ci korpusda)
1 nəfərlik 1 otaq – 33-36 dollar (2-ci korpusda)
2 nəfərlik 2 otaq – 32-33 dollar (1-ci korpusda)
2 nəfərlik 2 otaq  – 35-36 dollar (2-ci korpusda)
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycandan qaçarkən saxlanılan şəxsin televiziya direktoru olduğu açıqlanıb – FOTO

Next Post

Mirmahmud Mirəlioğlu məhkəməyə üz tutdu

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Mirmahmud Mirəlioğlu məhkəməyə üz tutdu

Yol polisindən Nəqliyyat Nazirliyindən alınan səlahiyyətlərlə bağlı açıqlama

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.