"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Fuad Muradov 10 gün ərzində 100-ə yaxın binanın sakinləri ilə görüşüb

20 Oktyabr 2015 - 12:29
in XƏBƏR LENTİ

“Fuad Muradov 10 gün ərzində 100-ə yaxın binanın sakinləri ilə görüşüb

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradov seçicilərlə görüşlərini davam etdirir. Bu günə qədər rayonun Zığ yolu, General Şıxlinski, General Mehmandarov, Neapol, Nəsrəddin Tusi, Məhəmməd Hadi, Qədir Məmmədov, Xudu Məmmədov küçələrində 100-ə yaxın binanın sakinləri ilə görüşlər keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, 10 gün ərzində Xətai ərazisində adıçəkilən ünvanlarda olan Fuad Muradovu görən sakinlər onunla səmimi olaraq görüşüb və namizədliyini dəstəklədiklərini bildiriblər.

Sakinlərlə söhbət edən millət vəkilliyinə namizəd bildirib ki, bu görüşlər sadəcə təbliğat-təşviqat məqsədi daşımır. “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi, sosial və digər sahələrdə islahatlar aparılır. Bütün bunların da bir ünvanı var, o da Azərbaycan vətəndaşlarıdır. Eyni zamanda bu siyasətə dəstək olaraq bizim də əsas hədəfimiz xalqımıza xidmətdir və Azərbaycanımızı daha da inkişaf etdirməkdir. Odur ki, mən bu günlər ərzində çalışıram ki, hər bir məhəllədə olan, insanlarla görüşüb onları dinləyəm, narahat olduqları məsələlərdən xəbərdar olam. Xətai rayonu ərazisində yaşayan insanlar zəhmətkeş vətəndaşlarımızdır. Sizlər uzun illər ölkəmizin sənayesinin inkişafına öz töhfələrinizi vermisiniz. Müstəqilliyimizin bərpası və onun qorunub saxlanmasında əməyiniz var. Bu rayondan namizədliyimi irəli sürməkdə əsas məqsədim də siz insanların yanında olmaq, sizinlə birlikdə qarşımızda olan məsələlərin öhdəsindən gəlməkdir. Platformamızda (http://www.fmuradov.az/platforma.html) əsas hədəflərimiz göstərilib. İnanıram ki, millət vəkili seçiləcəyim təqdirdə qarşımızda duran məqsədlərimizə nail olacağıq.”

Bütün görüşlərdə bir məqam xüsusi olaraq vurğulanıb ki, sosial məsələlərin həlli mümkündür. Əsas məsələ isə Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Görüşlərdə iştirak edən veteranlar, müharibə əlilləri, gənclər xüsusi olaraq Fuad Muradovun da platformasında öz əksini tapan torpaqlarımızın işğaldan azad edilməsinin ən başlıca məsələ olduğunu diqqətə çatdırıblar. Qeyd edilib ki, bu gün dövlət və xüsusən də ölkə prezidenti İlham Əliyev tərəfindən ərazi bütövlüyümüzün bərpası üçün siyasi və hüquqi addımlar atılır. Beynəlxalq təşkilatlar qarşısında

Azərbaycanın haqlı mövqeyi qaldırılır. Lakin bütün bunlar nəticə vermədiyi təqdirdə hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın bir əmrini gözləyir.

Bu günə qədər keçirilən görüşlərdə sakinlər bir sıra problemli, onları narahat edən məsələlərlə bağlı Fuad Muradovu məlumatlandırıblar. Bildirilib ki, binaların zirzəmilərində suların yığılması, məhəllədaxili işıqlandırma və asfalt örtüyü, məhəllələrdə uşaqların əyləncəsi və insanların asudə vaxtını keçirməsi üçün xüsusi məkanlar, binaların daxili istiliyi, liftlərin işləməməsi və yaşıllıqların qorunması əsas problemlərdir.

Qeyd edək ki, 34 saylı Xətai ikinci seçki dairəsindən həmin rayonun sakinləri olan digər namizədlər olan David Pəhlivanov, Nicat Qasımzadə, Fatma Hacıyeva, Mahir Cəfərov, Ləman Hacıyeva namizədliklərini geri götürüblər. Fuad Muradovun seçki platforması ilə tanış olduqdan sonra orada öz əksini tapan məsələlərin Azərbaycanın inkişafına xidmət etdiyini və Xətai sakinləri olaraq onların da əsas istəkləri olduğunu vurğulayan namizədlər bu addımı atmaqla vətənimizin inkişafına dəstək verdiklərini açıqlayıblar. Namizəliyini geri götürmüş David Pəhlivanov və Nicat Qasımzadə könüllü olaraq Fuad Muradovun vəkilidirlər.

Fuad Muradov 10 gün ərzində 100-ə yaxın binanın sakinləri ilə görüşüb
Fuad Muradov 10 gün ərzində 100-ə yaxın binanın sakinləri ilə görüşüb

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kanadada baş nazir istefa verdi

Next Post

Əli Həsənov gənclərə çağırış etdi: “Müqavimət göstərin”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Əli Həsənov gənclərə çağırış etdi: "Müqavimət göstərin"

MTN-də baş verənlərlə bağlı - Rəsmi açıqlama+7 həbs

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.