
Mixail Saakaşvili Ukraynada radikal islahatların anonsunu verib.
Avropa.info xəbər verir ki, yaxın günlərdə rəsmi Kiyev Pyotr Poroşenkonun təşəbbüsü ilə islahatların icrasına başlayacaq. Saakaşvili Ukraynanı köklü şəkildə dəyişəcək xeyli gənc insanın siyasətə gəldiyini bildirib.
Daha əvvəl Saakaşvilinin təklif etdiyi dövlət islahatları içində fiziki şəxslər üçün verginin 20% səviyyəsinə endirilməsi, dövlət xərclərini ÜDM-in 30%-ə qədər məhdudlaşdırmaq, kütləvi özəlləşdirmə elan etmək, vergiləri yalnız referendum yolu ilə qaldırmaq təklifləri yer alırdı.



