"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakı-Sumqayıt yolundan dəhşətli fotolar – Yol hər an çökə bilər

22 Oktyabr 2015 - 18:18
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bir neçə gündür ki, Bakı-Sumqayıt yolunda baş verən çatlar ölkə mediasının əsas müzakirəsinə çevrilib. “Qafqazinfo”nun əməkdaşları bu gün hadisə yerində olublar.

Məlum olub ki, hazırda durum daha da təhlükəlidir. Çünki ötən bir neçə gün ərzində sürüşmə intensivləşib və yolun ortasında böyük bir yarıq əmələ gəlib. Öncə 2-3 sm məsafədə olan sürüşmə hazırda 10 sm-ə yaxındır. Artıq çatlar yolun 3-cü hərəkət hissəsinə keçib.

“Qafqazinfo” hadisə ilə bağlı Binəqədi icra başçısı Xaləddin İsgəndərovun mövqeyini işıqlandırmaq istəsə də, başçı sualımızı eşidən kimi yasda olduğunu, daha ətraflı məlumat üçün mütəxəssislərə müraciət etməyi məsləhət görüb.

Avtovağzal kompleksinin baş mühəndisi İlham İbişov modern.az-a açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunun sürüşməyə məruz qalmasının əsas səbəbi yol yamacının kənarlarında salınan yaşıllaşdırma, balaca təpəciklərin hər gün suvarılmasıdır: “Suyun axma yeri olmadığından yol yamacını yuyur. Bu cür yamacların yol kənarında salınması yola ziyandır. Yamaclara düşən suyun başqa yerə axıdılmasına müəyyən bir konstruktiv qərar verilməlidir. Yəni yola axıdılan su kənarlaşdırılmalıdır. Həmçinin, yola düşən yağış suları da kənarlaşdırılmayıb. Neçə həftədir ki, həmin ərazi suvarılmır. Amma, yamacların dibi hələ də sudur.

Əlbəttə ki, bu, bir-iki günün işi deyil. Fasiləsiz olaraq suvarılma işlərinin görülməsi yol yatağının çökməsinə gətirib çıxarıb. Birinci məsələ odur ki, həmin yamaclar mütləq sökülməlidir.

Mühəndis deyib ki, bu yamacların salınmasının yola ziyan vurması barədə Fövqəladə Hallar Nazirliyindən Binəqədi rayon İcra Hakimiyyətinə etiraz məktubu da göndərilib. Ərazi Fövqəladə Hallar Nazirliyinin, Ekologiya Nazirliyinin, Icra Hakimiyyəti nümayəndələrinin nəzarəti altındadır. Hər gün əraziyə baxış keçirilir. Vaxtında qarşısı alınmasa, bu sürüşmə arzuolunmaz hadisəyə çevrilə bilər. Burda gün ərzində iş gedir”.

Qeyd edək ki, üzərində güllərlə “Binəqədi”, “Binəqədi rayonu” sözləri yazılan təpəciklər Binəqədi Rayon İcra Hakimiyyətinə məxsusdur və mütəmadi olaraq icranın işçiləri tərəfindən suvarılır. Sumqayıt yolu həmin yamaclardan bir neçəsi var. Təxminən 2 il əvvəl “Bakı” İdman Klubunun yaxınlığında salınan 3 təpəcikdən ikisi “Azəryolservis” tərəfindən sökülüb. Çünki yolun artasına qədər uzanan həmin təpəcəiklər həm də yolda tıxacın yaranmasının əsəs səbəblərindən biri idi. Ərazidə qalan 1 yamacda isə söküntü işlərinin təmxinən 70 faizi görülüb, yaxın vaxtlarda o təpəcik da tamamilə yolun ortasından silinəcək.

Hazırda yolun Xırdalan dairəsi ilə Masazır dairəsi arasındakı hissəsində üzərinə gül-çiçək “Binəqədi” yazılan daha bir yamac qalıb. Onun ətrafında isə kiçik təmirsiz təpəciklər var. Həmin yamaclar da daimi olaraq suvarılır. Görünən odur ki, sürüşmə ərazisi Avtovağzal Kompleksi ilə məhdudlaşmaya bilər. Hazırda Beynəlxalq Avtovağzalın yaxınlığındakı sürüşmə ərazisində araşdırmalar aparılır. Bu işdə kimin məsuliyyət daşıması isə rəsmi sənədlərdə öz əksini tapacaq.

Murad Əhməd

Fotolar: Nuran Məmmədov

 

Bakı-Sumqayıt yolundan dəhşətli fotolar - Yol hər an çökə bilər
Bakı-Sumqayıt yolundan dəhşətli fotolar - Yol hər an çökə bilər
Bakı-Sumqayıt yolundan dəhşətli fotolar - Yol hər an çökə bilər
Bakı-Sumqayıt yolundan dəhşətli fotolar - Yol hər an çökə bilər
Bakı-Sumqayıt yolundan dəhşətli fotolar - Yol hər an çökə bilər
Bakı-Sumqayıt yolundan dəhşətli fotolar - Yol hər an çökə bilər

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İnternet istifadəçilərinə xəbərdarlıq edildi

Next Post

Qarın yağlarının 81 faizini yandırır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Qarın yağlarının 81 faizini yandırır

Azərbaycanda daha bir qədim şəhər aşkarlandı - FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.