
ABŞ-ın keçmiş birinci xanımı və dövlət katibi, hazırda prezidentliyə namizəd Hillari Klinton Konqresdə 11 saat ərzində suallara cavab vermək məcburiyyətində qalıb. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, sorğu-sual ABŞ-ın Benqazidəki konsulluğuna 2012-ci ildə təşkil edilən hücumla bağlı olub.
Hillari Klinton ünvanına səsləndirilən ittihamları rədd edib. Xüsusilə də konsulluğun təhlükəsizliyinin artırılması ilə bağlı təklifləri qulaqardına vurması ilə bağlı söylənənləri qəbul etməyib.
“Mən sizin hamınızın bir yerdə düşündüyündən daha çox düşünmüşəm. Hamınızın bir yerdə yata bilməməyinzidən daha çox yuxusuz qalmışam. Ancaq bunun üstündə baş sındırmışam ki, nə etmək olardı”,- deyə Klinton bildirib.
Təhlükəsizlik məsələlərinə cavabdeh olmadığını bildirən keçmiş dövlət katibi Kristofer Stivensin də öldüyü hadisənin diqqətlə araşdırıldığına əminliyini ifadə edib.
Xatırladaq ki, Livanın Benqazi şəhərində ABŞ konsulluğuna hücum 2012-ci il 11 sentyabrında təşkil edilib. Nəticədə səfir və daha 3 ABŞ vətəndaşı öldürülüb.



