"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

MTN-dəki rüşvət məbləğləri haqda şok məlumatlar – konkret adlar!!!

25 Oktyabr 2015 - 08:35
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MTN-dəki rüşvət məbləğləri haqda şok məlumatlar – konkret adlar!!!
Milli Təhlükəsizlik Nazirliyində oktyabrın 17-də baş tutan xüsusi əməliyyatdan sonra mətbuatda ən müxtəlif səpkili yazılar dərc olunmaqdadır. Təəssüf ki, bu məlumatları yoxlamaq, müvafiq dəqiqləşdirmələr aparmaq əksər vaxtlarda mümkün olmur. Hüquq mühafizə orqanları “istintaq gedir” nidası ilə mətbuat nümayəndələrinin suallarını, sorğularını cavabsız qoyurlar. Bu səbəbdən də redaksiyamıza daxil olan xəbərləri, məlumatları yoxlayaraq dərc etmək istəyimiz baş tutmur.
“Yeni Müsavat”a daxil olan ən son məlumatda deyilir ki, Eldar Mahmudovun milli təhlükəsizlik naziri olduğu  dövrdə (2004 – 2015-ci illər), nazirliyin “kassir”i kimi Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatov tanınıb. T.Babatov tərəfindən bütün alver məsələləri, işə götürmə və MTN-in Heydər Əliyev adına Akademiyasına qəbul zamanı tələb olunan rüşvətin məbləği müəyyənləşdirilib. Məlumatda iddia edilir ki,  bu məsələlər T.Babatovun şəxsən özü tərəfindən nümayişkaranə formada bildirilib.
Belə ki, ilk dəfə işə qəbul edilən, birbaşa Nazirliyin özünə və ya Bakı qarnizonuna təyinat alan şəxslərdən 70 min dollar, Bakı qarnizonundan kənarda yerləşən rayon strukturlarına qəbul edilən əməkdaşlardan isə 50 min dollar rüşvət tələb edilib. Həmçinin, Akademiyaya kursant qismində qəbul üçün 150 min dollar, dinləyici kimi qəbula isə 30 min dollar rüşvət tələb edilib.
Bütün rüşvətlər Tehran Babatov tərəfindən şəxsən alınıb, rüşvət məbləğinin durmadan yüksəlməsinə də elə onun özü nəzarət edib.
Eyni zamanda, fəaliyyət göstərən əməkdaşlardan nazirliyə və Bakı qarnizonuna təyinat yerinin dəyişdirilməsinə 40 min dollar, Bakı qarnizonundan kənardakı digər rayon şöbələrinə təyinat yerinin dəyişdirilməsi üçün 15 min dollar rüşvət tələb edilirdi.
Göstərilənlərlə yanaşı, Bakı qarnizonunda yerləşən rayon idarələrinə rəis heyətinə təyin edilmək üçün 500 min dollar, Bakı qarnizonundan kənarda yerləşən şöbə və idarələrə isə 200 – 500 min dollar civarında (həmin rayonun varlı və ya kasıb olması baxımından) rüşvət tələb edilib. Əldə edilən rüşvətin 10 faizi şəxsən Tehran Babatovun özünə, 30 faizi Kadrlar Baş İdarəsinin rəisi general-mayor Əlimusa Əliyevə, 60 faizi isə nazir Eldar Mahmudova çatırdı.
Tehran Babatov, əvvəllər Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsində işləmiş, yol verdiyi ciddi nöqsanlara və rüşvətxorluğa görə işdən azad edilmiş, lakin 2004-cü ildə MTN-ə Eldar Mahmudov tərəfindən gətirilərək Kadrlar Baş İdarəsinə şöbə rəisi vəzifəsinə təyin edilmişdi. Bu səbəbdən, 2005-ci ildən bu yana olan bütün kadr təyinatlarında varlı ailələrin övladlarının MTN-ə kütləvi axını başlamış, nəticədə savadsız və bacarıqsız işçilər ordusu yaranmışdır. Həmin kadrlar tərəfindən mütəmadi olaraq qanun pozuntularına, özbaşınılığa və səriştəsizliyə yol verilmiş, ölkə rəhbərliyindən həmin faktlar gizlədilmişdir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gömrükdə hansı islahatlar olacaq? – Aydın Əliyev danışdı (Müsahibə)

Next Post

Rusiyanın növbəti hamiləliyi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusiyanın növbəti hamiləliyi

Dolların yeni qiyməti

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.