"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiyanın növbəti hamiləliyi

25 Oktyabr 2015 - 09:56
in KÖŞƏ YAZILARI

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Rusiyanın növbəti hamiləliyi – Aydın Canıyev yazır
– Mayakovskiydi, Nazim Hikmət idi və bir də… mən Moskvanı ruhumuzun şəhəri sayırdıq.
Amma və lakin… –
Ayrı vaxt olsaydı yazardım ki, Vladimir Vladimiroviç Putinin ad günü üçün Moskvaya getmişdim. Amma indi belə əndrabadi giriş heç mənim üçün də məqbul deyil.
Orası var ki, məhz RF prezidentinin ad günü ərəfəsində Moskvada olmağım məni düşünməyə bir az da artıq vadar etdi və bir tərəfdən də fakt bolluğuna düşdüm. Ən azından bunu mətbuat etiraf etmişdi ki, ölkə əhalisinin səksən faizi fəaliyyətdə olan prezidenti dəstəkləyir!
İkinci maraqlı olanı da oydu ki, bir rəssam qız döşüylə-bədəniylə Putinin çəklini çəkib gətirib Moskvaya, müsahibə verib bitirincə, şəkli də çırpışdırıblar – bir gün fərqlə bu xəbərin də fatihəsi oxundu getdi.
Ancaq mən faktları buraxıb yaxşı tanıdığım, hər dəfəsində bir az da dəyişən, başqalaşan, özgələşən Moskvanı müşahidə edirdim. Küçələri, metroları, adamları…
Hələ ötən il Moskvada olanda istəmişdim ki, bir yazı yazım: “Rusiya xalqı hamilədir, xalqın uşaqlarının atası da Putin”. “Lənət şeytana”,- deyib yazmamışdım. Ancaq bu il gedəndə bir daha əmin oldum ki, qənaətim düz imiş: bu dəfə keçən ildəkindən daha çox hamilə qadınlar küçədə-bacada adamın gözünə girirdi. Day telekanallarda əvvəlki illərdə olduğu kimi, gicgici reklamlar yox idi. Nə olsa yaxşıdı? Balaca qız uşağı dünyaya təzə gələn qardaşını qucaqlayıb deyir ki, sən nə yaxşı dünyaya gəldin! Motivasiya var – təzə doğulan uşaqlara yardım, ev-eşik, subsidiyalar, güzəştlər… Artım da göz qabağındadı: rəsmi statistika şahiddir.
Demək artıqdır ki, Moskvada biriylə görüşmək istədinsə, gününün birinin fatihəsini oxuyub evdən çıxmalısan.
Və mən hər hansı A məntəqəsindən hər hansı B məntəqəsinə üç saat yolda olarkən cazibədar şeylərə şahid oldum: rus qızları indi obyektivə ağmaya baldırları, çöldə qalan döşləri ilə deyil, “qrinviç”ləri ilə gəlirlər. İndi Rusiyada, ən azından mən gördüyüm Moskvada bütün nəzərlər rus qızlarının burnuna dəyən qarnına dikilib. Böyük diqqət və sayğı var hamilə qadınlara.
İndi Rusiya həm də Dostoyevski kimi əzab içində yaşayıb, “Cinayət və cəza” kimi şedevr yaratmaqla məşğul deyil. Qoqol kimi səfillikdən və sərgərdanlıqdan lüt-üryanlıq təhlükəsi də yoxdu.
İndi Rusiya Suvorov, Kutuzov dönəminin eyforiyasını yaşayır və II Yekaterina ilə I Pyotrdan gəlmə konsepsiyanı diriltməklə məşğuldu. Onda istila, işğal gücünə necə vətən yaradılmışdısa, bu proses güclü sovet imperiyasına qovuşmağa necə aparmışdısa, indi də geri qayıdıb həmin o pik nöqtəyə – güclü rus dövlətinə qovuşmaq tendensiyası eyni səylə sərgilənir: ayrılanları yenidən hədəfə alırlar.
Təsəvvür etmək üçün deyirəm: Xəzər dənizindən Suriyaya açılan raket atəşləri birbaşa və canlı translyasiyaların əsas hədəfiydi və… Müdafiə Nazirliyi bunu nümayişkaranə yayımdan qürur duyurdu.
İndi Moskva az qala 1941-1945-in qələbə eyforiyasını yaşayır.
Heç yerdə “ruki proç” qurcalanmaları, qıcıqları görünmür. Hamı sanki qalib rus xalqı ədasının dadını çıxarır.
Metroda, elektrik qatarlarında, avtobusda, taksidə rus qadını artıq intim-seksual proseslərə cəlb olunmaq üçün predmet yox, “Rodina – mat zovet!” şüarının qəhrəmanı kimidi.
Qadın anadır və vətən də anaya bərabərdir.
Budəfəki Moskva səfərində bir də məni düşündürən ordakı özümüzünkülərin halı oldu.
Deyim ki, day Rusiyada azərbaycanlı yoxdur, illah da ki Moskvada. Üzdə olan, ələ keçən üç-beş azərbaycanlını yox da saymaq olar. Nə fərqi var ki, azərbaycan əsilli Vahid Ələkbərov eramızdan əvvəlki əsrlərə məxsus antikvar qızıl-brilyant saxlanclarının sərgisini keçirirdi. Mən nə qədər fransızamsa, Vahid Ələkbərov da o qədər azərbaycanlıdı.
Deyim ki, nəzərə alasınız, nizama salasınız, sonrası özü qaydasına düşəcək – Moskvada day azərbaycanlının fəaliyyət göstərəcəyi elə böyük meydanlar, geniş sferalar yoxdu. Üstəlik də əgər qabaqdan qış gəlirsə… və artıq rus qızları rus dövləti üçün əsgər doğmağa, vətəndaş dünyaya gətirməyə səfərbər olunubsa. “Svobodnaya jenşina” yoxdusa, “svobodnıy mujçina” heç yoxdu.
Söhbət bizimkilərin ayaq üstə dura biləcəyi, “toçka opora” – istinad nöqtələrindən biri və birincisi olan “rus qadını”nın defisitləşməsindən gedir.
“Məmməd” day əvvəlki kimi tələb və təkliflər siyahısında görünmür.
Con, Edvard, Anri, Mişel, Deni… dünya vəd edir!
Bağlanan kitabların içində həm də… azərbaycanlıların öz düşüncələridi, kafalarıdı. Azərbaycanlıların bir-biriylə görüşməyə vaxtı yoxdu: “vəziyyət gərgindi”.
Tak ışto, “urusyət uşaqları”nı narahat etməyə dəyməz, “göndər, göndər” deməyin yeri yoxdu – yazıq uşaqlar burdakı bank kreditlərini bağlamaq üçün Rusiya banklarında xirtdəyəcən kreditin içindədilər.
Amma və lakin…
Mayakovskiydi, Nazim Hikmət idi və bir də… mən Moskvanı ruhumuzun şəhəri sayırdıq.
Mayakovski özünü güllələdi getdi!
Nazim Hikmət dünyasını dəyişə-dəyişə – türk dünyasından rus dünyasına, müsəlman düşüncəsindən bəşəriliyə, Asiyadan Avropaya, bu dünyadan o dünyaya – səfər etdi.
Bir dənə mən qalmışdım, mən də day gedəsi olmadım. Olmayacam!
Moskva… nazirini küçədə pulsuz qalan görüb onçun maşın tutub yola salan Moskvaydı!
Moskva… xəstəliyinə çarə üçün dünyanın hər yerindən əlini üzüb gəlib xilas istəyənlərin palatasıydı!
Moskva… bir dərədə eşşək, bir Moskvada pul görəndən sonra oxumaq istəyənlər üçün akademiya idi!
Moskva indi… gücün, zorun, iddianın paytaxtıdı – orada heç kimin mərhəmət göstərməyə həvəsi, vaxtı, ürəyi qalmayıb.
Moskva hamilədi!
 
I Pyotrun dönəmində də belə olmuşdu.
 
II Yekaterina dədəlik edəndə də.
 
Sonsuz Ulyanov inqilaba başlayanda da.
 
İndi… yenə də Rusiyanın doğuşu-doğuluşu hiss olunur – formasiya və niyyət bilinməsə də.
Zatən də Rusiya hər zaman özünə bir üz tapır.
Vot tak!
Bakı-Moskva-Bakı
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

MTN-dəki rüşvət məbləğləri haqda şok məlumatlar – konkret adlar!!!

Next Post

Dolların yeni qiyməti

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Dolların yeni qiyməti

Milli Qəhrəmanın adını daşıyan məktəbin təmir işləri yarımçıq qalıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.