"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Eldar Mahmudov təltif edilməlidir

26 Oktyabr 2015 - 15:24
in KÖŞƏ YAZILARI

82

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Seymur ƏLİYEV

 

MTN-nin sabiq rəhbəri Eldar Mahmudov və onu komandası ilə bağlı ölkə mətbuatında son bir həftə ərzində minlərlə informasiya yazılıb, onlarla sahibkarın şikayəti dərc edilib. Sadə vətəndaşlardan tutmuş vaxtiylə bu orqanda çalışan mütəxəssislərə qədər böyük əksəriyyət E.Mahmudovun yol verdiyi qanunsuzluqlar səbəbi ilə ən ağır cəzaya məhkum edilməsinin zəruriliyi qənaətindədir.

Şübhəsiz, E.Mahmudov və əhatəsindəki general heyətinin minlərlə insanın bədbəxtliyi, qanı və canı bahasına qurduğu imperiya sonuncu daşına qədər dağıdılmalı, həm ədalətin öz yerini tapması, həm də digərlərinə ibrət dərsi olması üçün qanunun bütün sərtliyi ilə cəzalandırılmalıdır. Lakin bununla yanaşı, E.Mahmudovun təltif edilməsi gərəkən cəhətləri də var ki, bu cəhətləri görməzdən gəlmək, bu addımlarını təqdir etməmək ədalətsizlikdir. E.Mahmudovun sadəcə sonuncu pərdədə – vəzifədən uzaqlaşdırılması və nəzarətə götürülməsi səhnəsindəki oynadığı rolla göstərdiyi xidməti aşağıdakı kimi sıralamaq olar.

1.E.Mahmudov öz gedişi ilə bu ölkədə yaltaq və riyakarların sayının bütün təxmin və proqnozların üstündə olduğunu təsdiqləmiş oldu. Sabiq nazir sübut etdi ki, önəmli olan qanunları pozub-pozmamaq deyil, vəzifəni qorumaqdır və nə qədər ki, öz kreslonun keşiyində ayıq-sayıq durmusan, dar günündə canavar görkəmində zühur edən şəxslər belə quzu həlimliyi ilə adının və kölgənin qarşısında ehtiramla təzim etməkdə davam edəcək.

2.Saysız-hesabsız qanun pozuntusunda təqsirləndirilən sabiq nazir sübut etdi ki, MTN üzərində nəzarət həyata keçirməli olan qurumlar,  parlament, Təhlükəsizlik Şurası, ölkə başçısının hərbi-təhlükəsizlik məsələləri üzər müşavirləri hansı fəslin gəlib-keçməsindən asıl olmayaraq il uzunu qış yuxusunda olurlar və onlar yalnız o zaman ayılırlar ki, “yanğın hər yeri alıb”.

3.E.Mahmudov son olaylarla digər nazirlik və komitələrdəki duruma, onların təftişi zərurətinə də diqqət çəkdi. Hansı ki, belə bir təftişin reallaşacağı təqdirdə digər nazirliklərdəki durumun da  aşağı-yuxarı MTN-dəki kimi olacağına şübhə yoxdur.

4.Keçmiş MTN rəhbəri sübut etdi ki, müəyyən sərhədlər daxilində – ali siyasi elitanın maraqlarına toxunmamaq şərti ilə istənilən qanunsuzluğu həyata keçirmək mümkündür və buna görə reallıqda heç bri məsuliyyət, heç bir cəza nəzərdə tutulmayıb.

5.Ən nəhayət, E.Mahmudov öz postunu bu şəkildə tərk etməklə Azərbaycanda ədəbiyyat və incəsənətinin inkişafı üçün böyük perspektiv açmış oldu ki, bu perspektivin nə qədər geniş və cəzbedici olduğunu isbatlayan örnəklərə yaxın gələcəkdə yetərincə rast gəlinəcəyi şübhəsizdir. Qarşıdakı aylarda E.Mahmudov və onun komandası tərəfindən törədilən qanunsuzluqlarla bağlı onlarla kitabın yazılacağı, bir neçə sənədli və bəddi filmin çəkiləcəyi şəksizdir. Necə ki, yol verdiyi qanun pozuntularının sayı və miqyasına görə E.Mahmudovun yanından yel olub ötə bilməyən Hacı Məmmədovla bağlı kifayət qədər məqalə və kitab yazılıb və çox güman ki, gələcəkdə də yazılmaqda davam edəcək.

E.Mahmudov öz durğunluq dövrünü yaşayan Azərbaycan ədəbiyyatı və incəsənətinə elə bir zəngin mövzu verib ki, bu mövzu qarşıdakı bir əsr üçün öz aktuallığını bugünkü kimi qoruyub saxlayacaq.

Bəli, qəribə görünsə də, bütün bunlar E.Mahmudovun Azərbaycan ədəbiyyatı və incəsənəti qarşısındakı xidməti hesab edilə bilər. Milli təhlükəsizlik sahəsində elə bir nəticə orataya qoya bilməyən sabiq nazirin ədəbiyat və incəsənətimiz qarşısında bu böyük, inkaredilməz xidmətlərini əsas tutaraq onun əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilməsi mümkündür. Bu, baş verənlərə ədalətli yanaşmanı təmin etməklə yanaşı, E.Mahmudov üçün də kiçik də olsa təsəlli ola bilər.

Əgər proseslər qeyd etdiyimiz məcrada getsə, o zaman E.Mahmudov cəza qorxusu ilə təltif sevincini eyni anda yaşamalı olacaq. Başqa sözlə desək, sabiq nazir bu baxımdan da öz bənzərsizliyini və təkrarolunmazlığını qoruyub saxlayacaqdır.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Təhlükəli cinayətkar “ASAN Xidmət”də yaxalandı

Next Post

Eldar Mahmudov göründü

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Eldar Mahmudov göründü

Elçin Behbudovun da adı MTN olayında - Qruplaşma dağıdılır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.