
Ensonxeberler xəbər verir ki, ölkə prezidenti cənab İlham Əliyevin Milli Təhlükəsizlik naziri Eldar Mahmudovu vəzifəsindən azad etməsindən sonra. MTN-nin kim olacağı ilə bağlı KİV-də hər gün müəyyən adamların adı hallanmağa başlanılıb. Prezident İlham Əliyevin MTN-nin əsasnaməsində dəyişikliklərin edilməsindən ardından,Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisigeneral-leytenantı Mədət Quliyevi MTN-nin birinci müavini təyin etsə də, ölkənin təhlükəsizliyinə birbaşa məsul olan qurumun birinci adamının kim olacağı hələ də sual altındadır.
Redaksiyamıza bununla bağlı sızan məlumatda iddia edilir ki, KİV-də müxtəlif şəxslərin adların hallanmasına baxmayaraq Milli Təhlükəsizlik naziri postuna Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi “Azərbaycan Bayrağı” ordenli, general-polkovnik Vahid Axundov gətirilir.
Adını açıqlamaqdan imtina edən mənbənin iddiasına görə, Vaqif Axundovun MTN-nin birinci şəxsi təyinatından sonra. MTN-nin polkovniki Rauf Xəlilov Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi təyin edilə bilər.
Reddaksiyadan: Bir daha bəyan edirik ki, məlumat adını açıqlamaqdan imtina edən mənbə tərəfindən redkasiyamıza sızdırılıb. Məlumatın nə qədər doğru və yalan olduğunu demək çətindir. Çün ki, istənilən halda müvafiq dövlət qurumlarının başına kimin gətirilməsi ölkə prezidentinin səlahiyyətlərindədir və MTN-nin kim olacağını da yalnız cənab prezident bilir.




