"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kremldən Bakıya qorxulu seçki sürprizləri – kartlar açılır

29 Oktyabr 2015 - 10:53
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Kremldən Bakıya qorxulu seçki sürprizləri  - kartlar açılır

1 noyabr səsverməsi başlamamış nəticələrini tanıyan Rusiyanın Azərbaycanı Qərbdən qorumaq canfəşanlığının arxasında nə durur?..
Parlament seçkilərinə sayılı günlər qaldı. Bu fonda Qərb və Rusiya arasında Azərbaycan uğrunda virtual savaş qızışıb. Əslində bu savaş çoxdan gedir. Amma parlament seçkiləri kimi siyasi hadisə ona təbii ki, məxsusi rəng qatmaqdadır. Çünki 1 noyabr seçkiləri istər-istəməz rəsmi Bakının dost və müttəfiqləri üçün növbəti ciddi sınaq, test olacaq.
Heç şübhəsiz, hamı həmin testin hesabına Azərbaycan hakimiyyətinə bir azca yaxın olmaq və bunun qarşılığında hansısa yeni dividentlər ummağa çalışır. Xüsusən də Rusiyanın fəallaşması, özünü ölkəmizə canıyanan kimi göstərməsi diqqət çəkir. 1 noyabr səsverməsi ərəfəsi şimaldan Azərbaycan iqtidarına gələn dəstək mesajları buna şübhə yeri saxlamır.
Söhbət ilk növbədə seçkiləri müşahidə edəcək MDB Parlamentlərarası missiyasının rəhbəri, Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasından olan deputatı, MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski son açıqlamasından gedir. Bu açıqlamalar əlbəttə ki, təsadüfi sayıla bilməz.
Xəbər verildiyi kimi, Moskvadakı səfirliyimizdə keçirdiyi mətbuat konfransında Slutsiki Qərbin, xüsusilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycana qarşı mövqeyini sərt tənqid edib, bu mövqeyi qərəzli adlandırıb, Bakıya reveranslar edib.
Sitat: “Azərbaycan inkişafda olan bir dövlətdir və bu dövlətin inkişafına təkan vermək əvəzinə ona maneə olmağa çalışırlar. Azərbaycanın obrazını Avropada təhrif edirlər. Çünki Avropanın Demokratik İnstitutlar və İnsan Haqları Bürosu ancaq neqativ axtarışındadır. Əslində bu mövqe ilə öz əksinə işləyir, sifariş yerinə yetirir”. Rusiya rəsmisinin sözlərinə görə, “bu gün Azərbaycan cəmiyyəti o qədər uğurla inkişaf edir ki, bu prosesi qaralamaq faydasızdır”.
***
“Seçki ilə bağlı bəzi qüvvələrdən gələn neqativ fərziyyələr əsassız və qərəzlidir”. Bu fikri isə 1 noyabr seçkilərindən dolayı Seçki-2015.az saytına açıqlamasında Dumanın deputatı Roman Xudyakov bildirib. O da Bakının ünvanına tərif yağdıraraq, qarşıdan gələn seçkilərdə bütün siyasi partiyaların və güclərin təmsil olunduğunu deyib: “Bu əhali üçün geniş seçim etmək imkanı yaradır. Açıq desək, Qərbin Azərbaycandan nə istədiyi hələ də mənim üçün anlaşılmaz olaraq qalır”.
***
Beləcə, Qərbə qarşı YAP rəsmilərindən də radikal danışan Rusiya yetkililərinin son bəyanatları şübhə yox ki, noyabr seçkilərinin nəticələrinin necə olmasından asılı olmayaraq artıq bəri basdan onun tanınması anlamına gəlir. Halbuki, Avrasiya məkanında seçkilərin legitimliyini Rusiya (MDB) müşahidəçiləri yox, məhz ATƏT-in rəyi, ABŞ başda olmaqla, Qərbin mövqeyi müəyyən edir və bunu Moskvada da bilirlər.
Əlbəttə ki, Azərbaycandakı parlament seçkilərinin nəticələri hamı kimi Rusiya rəhbərliyinə də bəllidir və Kremli tamamilə qane edir. Həm də ona görə ki, iki ölkəni ən əvvəl siyasi rejimlərin qohumluğu birləşdirir. Lakin Moskvanın Azərbaycanla bağlı seçkidən qat-qat vacib maraqları və hədəfləri var.
Bu hədəflər barədə zaman-zaman yazmışıq. Onlar əsasən bölgədə və Azərbaycanda hərbi-siyasi cəhətdən geridönməz şəkildə möhkəmlənmək, Dağlıq Qarabağ konflikti zonasına sülhməramlı adı ilə rus qoşunlarının yeridilməsinə nail olmaq, ən önəmlisi, Qərbin – ABŞ, Avropa Birliyi və NATO-nu Güney Qafqazda sıxışdırıb çıxarmaqdır.
***
Aydındır ki, təməl insan haqları nə daxili, nə də xarici siyasətində prioritet olmayan Kreml 1 noyabr simvolik seçkilərinə görə Bakı ilə münasibətlərini korlamayacaq. Əksinə, Qərbin Azərbaycan hakimiyyətinə qarşı ənənəvi tənqidi ritorikasından maksimum yararlanıb Bakının yanında özünü “xoroşiy paren” (“yaxşı oğlan”) kimi göstərməyə çalışacaq ki, bunu da zatən, edir. Bəs bu sürprizlərin qarşılığı nə olacaq?
Onu söyləmək hələlik çətin olsa da, Rusiyanın SSRİ-nin çöküşündən sonra postsovet ölkələrinə qarşı apardığı siyasətə diqqət eləmək yetər. Fakt bundan ibarətdir ki, Moskva MDB ölkələrini – gənc dövlətləri 24 ildir ciddi cəhdlə öz orbitinə qaytarmağa səy edir. Bu məqsədlə o, xeyli etnik-ərazi münaqişələri yaradıb və təbii ki, onların heç birinin nizamlanmasına kömək etməyib – o cümlədən onların ən köhnəsi olan Qarabağ problemi bu günədək həll olunmamış qalır.
Bu xüsusda və üstəgəl, Qərblə ABŞ arasında Yaxın Şərq, Ukraynaya görə kəskinləşən münasibətlər fonunda Moskvadan Bakının ünvanına axan “bəy tərfi”nin heç də xoş məramdan qaynaqlanmadığını güman eləməyə əsaslar var. Rusiyanın Azərbaycanı Qərbdən “qorumaq” canfəşanlığının arxasında əslində elə bu durur – onu demokratik dünyadan tam küsdürmək, təcrid eləmək.
Çünki bu halda Azərbaycanı qazanmaq xeyli asanlaşacaq, bəlkə də Azərbaycan özü Rusiyanın yanına gələcək.
Odur ki, rəsmi Bakının ona ünvanlı tərif-mədhiyyə selindən bir az da narahat olmasına ciddi gərək var. Bu yerdə bir məşhur deyimi yada salmağa dəyər: “Tənqid dostlar üçündür, tərif rəqib-düşmənlər üçün”.
Rusiyanı Azərbaycana yəqin ki, dost ölkə saymaq olmaz.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Eldar Mahmudov vəhhabilərə “krışalıq” edib – ŞOK FAKTLAR

Next Post

Ümiddən qabaq ölmək

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ümiddən qabaq ölmək

Neft yenidən bahalaşıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.