Artıq 20 gündür ki, Parlament seçkiləri ilə bağlı namized.com İKT Portalının Virtual Səsvermə sistemi fəaliyyət göstərir.
Dairələr üzrə deyil, FB istifadəçilərinin rəylərini öyrənməyi nəzərdə tutan Virtual Səsvermə sistemi qısa müddətdə internet ictimaiyyətinin, deputatlığa namizədlərin və onların seçki qərargahlarının diqqətini cəlb edib.
Sosial mediada olan yazışma, paylaşma və müzakirələr də onu göstərir ki, Virtual Səsvermə sistemi ölkədə seçicilərin də aktivliyinin artırılmasına, seçki mühitinin canlanmasına müsbət təsir edib.
İnternet üzərindən verilən səslərə nəzər saldıqda bütün dairələrdə demək olar ki ictimai aktiv namizədlərin səs üstünlüyünə malik olması qabarıq görunur. Belə dairələrdə biri də 17 saylı Yasamal 3-cü seçki dairəsidir. 20 günlük səsvermənin nəticələrinə görə bu dairədən BAXCP sədrinin müavini İMAMƏLİYEV DÜNYAMALI MİRƏLİ oglu liderliyi qoruyur.




