"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tanınmış yazar goranboylulara müraciət etdi

30 Oktyabr 2015 - 22:40
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Parlament Jurnalistləri Birliyinin sədr müavini, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən keçmiş deputatlığa namizəd Aqil Aslan Milli Məclisə seçkilərlə bağlı goranboylulara müraciət edib.
Aqil Aslanın müraciəti maraq doğurduğundan onu öz səhifəmizdə yaymağa qərar verdik. Buyurun oxuyun!

Əziz goranboylular!

Noyabrın 1-də müstəqil Azərbaycanda sayca beşinci parlament seçkiləri keçiriləcək. Düşünürəm ki, hər bir seçici həmin gün seçki məntəqələrinə gedərək öz seçimini etməli, seçkiyə öz münasibətini bildirməlidir.

Bilirsiniz ki, Goranboyda iki seçki dairəsi var. Bunlar 96 saylı Goranboy-Naftalan və 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairələridir. 2010-cu il seçkilərində mən 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən bitərəf deputatlığa namizəd olaraq seçkilərdə iştirak etdim və öz həmyerlilərimin, o cümlədən Tərtər və Ağdamdan olan seçicilərimin dəstəyini qazandım. Seçkilərdə qələbə qazanmağıma baxmayaraq Dairə Seçki Komissiyası qutudan Gülçöhrə Məmmədovanı çıxartdı. Mənim deputat mandatım rəsmən tanınmasa da, ötən beş ildə özümü bu dairənin mənəvi olaraq millət vəkili hesab elədim. Bu illərdə problemləri ilə bağlı mənə müraciət edən hər bir kəsə bacardığım qədər yardım etdim…

Builki seçkilərdə çoxsaylı müraciətləri nəzərə alaraq öncdən öz namizədliyimi 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən irəli sürəcəyimi elan etdim (Goranboya gələrək sənədlərimi Dairə Seçki Komissiyasına təqdim etməmişdim). Lakin sonradan şərtlərin uyğun olmadığını görüb namizədlik fikrindən daşındım. Onu da qeyd etməliyəm ki, namizədliyimi irəli sürəcəyimi bəyan etdikdən sonra çoxsaylı goranboylu, o cümlədən tərtərli, ağdamlı seçicilər, dostlarım, tərəfdarlarım telefon zəngi edərək və ya “feysbuk”da mesaj yazaraq mənə dəstək olacaqlarını və seçki prosesində həvəslə təmənnasız yardım edəcəklərini bildirdilər. Buna görə mənə güvənən hər kəsə bir daha təşəkkürümü bildirir və ümidlərinizi məndən asılı olmayan səbəblərə görə bu dəfə doğrulda bilmədiyimə görə sizlərdən üzr istəyirəm.

Əziz goranboylular!

Hazırda Goranboydakı hər iki seçki dairəsində bir neçə şəxsin deputatlığa namizədliyi qeydə alınıb. Bir neçə gün öncə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindəki namizədlər siyahısına diqqət yetirdim və burada 5 namizədin adına rast gəldim. Məndə olan məlumata görə o namizədlərdən 3-ü heç özləri də istəmədən namizəd ediliblər. Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən Yaqub Məmmədova gəldikdə isə, o da ciddi namizəd sayılmır. Mənə məlumat verildi ki, o, öz namizədliyini irəli sürərkən bildirib ki, gələcəkdə tərcümeyi-halına “2015-ci ildə deputatlığa namizəd olmuşdur” yazılsın deyə bu seçkilərə qatılıb. Təbii ki, bu fikir onu da ciddi namizəd sırasında görməyə imkan vermir. Belədə biz bu dairədə ciddi namizəd kimi yalnız Yeni Azərbaycan Partiyasının namizədi Ağalar Vəliyevi görə bilərik. Fikrimcə seçicilər məhz ciddi namizədi dəstəkləməli, ona səs verməlidirlər.

Mən Ağalar Vəliyevi Milli Məclisdən tanıyıram. Doğrusu parlamentin iclaslarında danışmasa da, eşitdiklərimə görə Qaradağdan olan seçicilərinin müraciətlərinə diqqətlə yanaşıb. Ağalar Vəliyev həm də Azərbaycanda nüfuzlu iş adamı sayılır. Ona görə də düşünürəm ki, Ağalar Vəliyev bu dairədən deputat seçilərsə, o, öz nüfuzundan istifadə edərək seçildiyi dairənin kəndlərində müəyyən problemlərin həllində, infrastrukturun qurulmasında, sosial layihələrin həyata keçirilməsində yardımçı ola bilər.

96 saylı Goranboy-Naftalan seçki dairəsindəki deputatlığa namizədlərə gəlincə, məncə bu dairədə mübarizə hazırkı deputat Mahir Aslanovla Əli Həziquliyev arasında gedəcək. Çünki qeydə alınanlardan ikisi belə deyək, namizədlik xatirinə namizəddirlər. Müsavat Partiyası isə seçkilərdə iştirakdan imtina etdiyi üçün yəqin ki, müsavatçı Yusif Namazoğlu da namizədlikdən imtina etməlidir. Etməsə belə Yusif Namazoğlu indiyə qədər qatıldığı bütün seçkilərdə uğur əldə edə bilməyib. Bu səbəbdən şəxsən mən onu ciddi namizəd hesab etmirəm.

Deməli mübarizə iş adamı, bitərəf namizəd Mahir Aslanovla “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev arasında gedəcək. Təbii ki, mən bu mübarizədən jurnalist Əli Həziquliyevin qalib çıxmasını arzulayıram. Hesab edirəm ki, deputat seçiləcək jurnalistlər daha aktiv olacaqlar. Bunu deputat jurnalistlərin təcrübəsi dəfələrlə sübut edib. Jurnalistlərin məsələlərə baxışı daha obyektiv olur, hadisələr zamanı onlar daha çeviklik nümayiş etdirirlər. Ona görə də Əli Həziquliyev kimi dəyərli, vicdanlı bir jurnalistin Milli Məclisə deputat seçilməsini bütün gücümüzlə dəstəkləməliyik. Mən Əli Həziquliyevi 1998-ci ilin sonlarından tanıyıram və dostluğumuz bu gün də davam edir. O gözəl insan, gözəl dost, gözəl jurnalist, gözəl ailə başçısıdır. Deputat seçilərsə, inanıram ki, dövləti və seçiciləri üçün layiqli bir millət vəkili olacaq.

Onu da qeyd edim ki, Parlament Jurnalistləri Birliyi olaraq seçkilərdə iştirak etməsək də, seçki prosesinə namizəd kimi qatılan jurnalistlərə öncədən dəstəyimizi ifadə etmişik. Biz hesab edirik ki, Milli Məclis üzvləri arasında jurnalistlərin çox olması ciddi əhəmiyyətə malikdir.

Mahir Aslanov haqqında da bir neçə kəlmə demək istəyirəm. O, 5 ildir deputat olsa da, bir dəfə də olsun Milli Məclisdə çıxış etməyib. Elə bu səbəbdən parlament jurnalistləri tərəfindən bir neçə dəfə “İlin ən passiv deputatı” adına layiq görülüb.

Əziz goranboylular!

Mən bir goranboylu kimi 1 noyabr tarixində keçiriləcək parlament seçkilərində sizləri 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Əli Həziquliyevə, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən isə Ağalar Vəliyevə səs verməyə çağırıram. Tanrıdan arzum budur bu seçkilər goranboylular üçün, Azərbaycanımız üçün xeyirli olsun!

Aqil Aslan
Parlament Jurnalistləri Birliyinin sədr müavini,
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən keçmiş deputalığa namizəd

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əli Kərimlinin yarım milyona dediyi villası – FOTOLAR

Next Post

`Azərbaycan heç bir Qərb ölkəsindən geri qalmır` – Liberman

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Azərbaycan heç bir Qərb ölkəsindən geri qalmır` - Liberman

AZXEBER.COM oxucuları bu 125 nəfəri deputat görmək istəyir - YEKUN NƏTİCƏLƏR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.