"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kramer kimilərin dinləmələri Azərbaycan seçicisinə maraqlı deyil- ŞƏRH

31 Oktyabr 2015 - 11:06
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Seçkilər” Media Mərkəzi – Bu gün ABŞ Senatında Azərbaycanla bağlı dinləmələr keçiriləcək. Seçkilərdən 3 gün öncə belə bir dinləmələrin keçirilməsi iki amil baxımından diqqəti avtomatik olaraq siyasi məqsədlərə yönəldir.

Birincisi, dinləmələrdə Leyla və Arif Yunusların, eləcə də Xədicə İsmayılın məsələsi müzakirə olunacaq. Bu şəxslərin Qərbin bəzi qüvvələri tərəfindən Azərbaycana qarşı alət kimi istifadə edildiyi artıq təsdiq olunub. Hesab etmək olar ki, sözügedən qüvvələr öz agentlərinin həbsdə qalmaması üçün demokratiya və insan haqları kimi ali dəyərləri tapdamaq bahasına olsa belə əllərindən gələni edirlər.

İkincisi, tədbirin moderatorluğunu Devid Kramerin aparmasıdır. ABŞ Dövlət katibinin sabiq müavini  Kramer “Freedom House” təşkilatının sədri olduğu dönəmdə həmişə Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. O, “Freedom House”dən getdikdən sonra da  bu mövqeyindən əl çəkmir. Kramer Ermənistan sevgisi ilə də diqqəti cəlb edir.  Ermənistanda etiraz aksiyaları zorakılıqla boğulanda, söz azadlığı tapdananda gözlərini bağlaması, lakin Azərbaycan haqda mənfi rəy formalaşdırmaq üçün bütün dezinformasiyalardan, əsaslandırılmamış məlumatlardan bol istifadə etməsi buna sübutdur. Əsassız şəkildə ABŞ rəhbərliyini Azərbaycana sanksiya tətbiq etməyə çağıran D. Kramerin erməni sevgisi erməni lobbisinə bağlı olmasından irəli gəlir. Belə bir şəxsin Azərbaycan haqda danışmağı qərəzli olduğu qədər, cəfəngdir.
Seçki-2015.az saytı Senatda keçiriləcək dinləmələrlə bağlı politoloqların rəyini öyrənib.

“Devid Kramer kimilərin dinləmələri Azərbaycan seçicisinə maraqlı deyil”

Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov hesab edir ki, Azərbaycanla bağlı dinləmələrin məhz seçki ərəfəsində keçirilməsi onun obyektiv olmayacağına əsas yaradan birinci amildir: “Prosesləri analiz etdikdə, bunun əslində seçkilərə təzyiq olduğunu görmək olur. Təbii ki, ABŞ boyda nəhəng dövlətin milli maraqlarının erməni lobbisinin şəxsi istəklərinə qurban verilməsi təəssüfedici faktdır”.

Professor qeyd edib ki, bu dinləmələrin Devid Kramer kimi bir şəxsin moderatorluğu ilə keçirilməsi onun qərəzli olduğuna əsas yaradan ikinci amildir: “Çünki bu şəxs özlüyündə çox subyektiv insandır və onda Azərbaycanı gözügötürməzlik təsdiq olunub. Onun rəhbərliyi altında keçirilən dinləmələr obyektiv və ədalətli olmadığı kimi, ABŞ-ın özünə də xeyir gətirə bilməz. Belə görünür ki, Azərbaycan haqda mənfi imic formalaşdırmağa cəhdlər edilir. Lakin Azərbaycanda keçirilən seçkilər hər şeydən öncə  ölkə seçicilərinin seçmək azadlığının təmin olunmasına hesablanıb. Bu baxımdan, Azərbaycan seçicisi üçün Devid Kramer kimilərin dinləmələri maraqlı deyil”.

F. Sadıqov bildirib ki, Senatdakı dinləmələrin Azərbaycandakı seçkilərə heç bir mənfi təsiri ola bilməz: “Əksinə, bu qüvvələr özlərini biabır edəcəklər”.

“Dinləmələrin obyektivliyi şübhə altına düşür”

Politoloq Sədrəddin Soltan isə qeyd edib ki, Azərbaycanla bağlı istənilən məsələni kimin müzakirə və ya moderatorluq etməsindən asılı olmayaraq, belə çıxışlar daha çox ya şəxsi, ya lobbi , ya da hansısa dövlət maraqlarına xidmət edir: “Heç şübhəsiz, ABŞ-la Azərbaycan arasında müttəfiqlik mövcuddur. Müttəfiqliyin və tərəflər arasında əməkdaşlığın genişlənməsi baxımından ölkəmizdəki seçkilərin ABŞ Senatında müzakirəsini normal qarşılaya bilərik. Lakin bu dinləmələrin kimlər tərəfindən keçirilməsi də vacibdir. Belə görünür ki, dinləmələri keçirəcək şəxslər Azərbaycana qarşı birmənalı olaraq qərəzli mövqedə olanlardır. Bu baxımdan, dinləmələrin obyektivliyi şübhə altına düşür”.

Politoloq bildirib ki, həmin dinləmələrdə səslənən fikirlərdən asılı olmayaraq, bunun seçkilərə heç bir mənfi təsiri olmayacaq.

“Hesab etmək olar ki, bu toplantı ilə seçki prosesinə təsir etmək istəyirlər. Lakin Azərbaycan ictimaiyyəti bu cür məsələlərə önəm vermir”, – deyə o bildirib.

S. Soltan əlavə edib ki, dinləmələrdə hər hansı sənəd qəbul ediləcəksə, güman ki, bundan perspektivdə Azərbaycana müxtəlif məsələlərdə təzyiq aləti kimi istifadə olunacaq: “Lakin bütün bunlara baxmayaraq, Azərbaycan öz demokratik seçkilərini keçirəcək və kənarda kimlərin nə deməyindən asılı olmayaraq, güclü seçki ənənəsini nümayiş etdirəcək”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Virtual Səsvermədə çox səs toplayan namizədlərin – SİYAHISI

Next Post

​Gəncəyə sulu qar yağıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

​Gəncəyə sulu qar yağıb

Xoşqədəmin qayıdışı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.