"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Həci yaxçi həcüdü” və yaxud Aynurun qurbağa gölünə atdığı daş

07 Noyabr 2015 - 23:30
in KÖŞƏ YAZILARI, XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Aydın Canıyevdən şənbə köşəsi

Bu həftə çox pis doğuldu və çox  pis də öldü!
Əlil uşaqlar kimi, ömrümüzdən kəsib atmağa qıya bilmədiklərimiz kimi!  Bomboz günlərin inikası, həyatımızın neqativ proyeksiyası, yaşamın ikili kompozisiyası kimi lap.
Nazirliklərdən generalları, polkovnikləri… göyərçinləri dənləməyə çağırırmış kimi çağırıb dənləyən “quşbazlıq” bir yana qaldı… “axırıncı qatar” məsələsi və bir də  falçıların fəaliyyətinə qadağa qoyulması söhbəti gündəmi bürüdü! Artıq bu ölkədə fal açdırıb xoşbəxt gələcək xəyallarıyla hallanan adamların da kitabı bağlandı.
Sizə demişdim axı, biz o gurultulu seçki həftəsindən guppultuyla yıxılacağıq. Yıxıldıq da. Hələ də bəzi sadəlöhvlərin və nikbinlərin arzularının yüksəkliyindən düz dərənin dibinə.
Xoşbəxtlikdən ya bədbəxtlikdəndi bilmirəm,  Allah da bu həftə başımızı qatacaq bir xəbər yollamadı ki, “ölkəmizdə kim seçildi, kim qaldı?”  mərhələsini bir az asan adlayaq. Sosial şəbəkələrimiz bu həftə “axırıncı vaqon” məsələsiylə yavanlıq elədi. Bir də falçılara fal açmaqla.  Bir də məclisimizin keçən həftəki seçki süfrəsindən qalan artıqlarla.
Buna da şükür, nə deyək, bizim “həci yaxçi həcüdü”, “Yaaaa-vər!”,  “penoplast”, “alabala”… ilə “zakuska elədiyimiz günlər, həftələr olub. Ya da başdan- ayağa zəhər-zəqqumlu menyumuz.
Ona görə də hansısa bədxəbər, öldürücü günlərə baxanda, belə məzəli, “razvyazka”sız, ölü günlər daha caizdi. Nə olsun ki, bu həftənin də içindən bir şey çıxmadı. O məşhur misaldakı kimi, hərə qaranlıqda filin bir əzasına toxundu, biri sütun “gördü”, biri xalça, fili isə görən olmadı.
Əvəzində deputatlığa namizədlərimizin gözlərimiz önünə yapışdırılmış rəngli şəkillərini baxışlarımızın qarşısından qopartdılar, qulağımızı yağır eləmiş bəzəkli vədlər susdu, məhsul bayramı sayaq küçə tamaşalarına son qoyuldu, ağız deyəni qulaq eşidər oldu.
Hə… bir də, bu həftə Aynur İmranova bu susqun qurbağa gölünə bir daş atdı. Rəqibin cərimə meydançasına yaxınlaşmaq kimi. Biz azarkeşlərin də ölmüş həyəcanı bir qədər tərpənib, dayandı, vəssalam.
Beləcə, boz bir ölkədə boz bir təqvimin boz bir həftəsini də yola verdik. Bəlkə elə xalq düz eləyir, bu durumda ən yaxşı seçim elə yatmaqdı, ən azından rəngli yuxular görmək üçün.
Əlqərəz, bu həftə də belə öldü – Allah yanında yatanlara rəhmət eləsin!
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Elçibəy gəlmə dedi”

Next Post

SƏHİYYƏ REALLIĞI: AXCP şöbə sədri biləyini kəsdi, xəstəxana “müxalifətçisən” deyib müalicədən imtina etdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

SƏHİYYƏ REALLIĞI: AXCP şöbə sədri biləyini kəsdi, xəstəxana "müxalifətçisən" deyib müalicədən imtina etdi

Tanınmış jurnalist Zeynəb Xanlarovaya müraciət etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.