"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Eldar Mahmudov cırıq 50 dollarlığı necə geri qaytardı…

08 Noyabr 2015 - 22:33
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Azərbaycanın Eldar Mahmudovdan xilas olması mənə bilirsinizmi nəyi xatırlatdı?! Uzun illər ərzində qorxu və əzab çəkmiş sovet xalqının Lavrenti Beriyanın həbsindən sonra azad nəfəs almasını. O hissləri yaşadım…

Bu hisslər mənə haradan tanışdır? Təbii ki, oxuduğum ədəbiyyatdan, əliqanlı xalq komissarının dəhşətli işgəncə aparatından keçmiş şahidlərin xatirələrindən… Memuarlarını hələ gənclik illərində oxuduğum Fyodor Burlatski bu haqda çox gözəl əsər yazıb.

 

Əlbəttə, parlaq şəxsiyyət və intellektual adam olan Beriyanı adi möhtəkir və alverçi OBXSS işçisi Mahmudovla müqayisə etmək heç düzgün olmazdı. Müqayisəyə də gəlmirlər. Heç mən də müqayisə etmirəm, diqqəti sadəcə yaşanan hisslərin oxşarlığına yönəltmək istədim…

Əgər Beriya milyonlarla insanı edama göndərən idbar və mənhus repressiya maşınının yaradıcılarından biri idisə, Azərbaycan miqyasında kriminal cəza aparatı yaradan Mahmudov onu bütün xalqa qarşı yönəltdi. Bu, bayağı qədirovçuluq idi. Mahmudov özünü kriminal qafqazlı tayfa başçısı kimi aparırdı. Onun adamları isə özlərini biznesmenləri ovlayıb Qudermes kahalarında girov saxlayan, yazıqları böyük, çox böyük ödənc müqabilində azad edən “çeçen banditləri” (Əhmədov qardaşlarını xatırlayırsınızmı?) kimi hiss edirdilər.

Bu günlərdə bizim redaksiyaya (haqqin.az və virtualaz.org saytlarının redaksiyasına-red.) daha bir biznesmen müraciət etmişdi. Məlum səbəblərdən onun adını çəkməyəcəyəm. Onu heç bir səbəb olmadan, necə deyərlər, həyasızcasına, mahmudovsayağı tutmuşdular. Bir neçə maskalı adam gəlib biznesmenin başına torba keçirmiş və onu MTN-in təcridxanasına salmışdılar. Mahmudovun kassiri təcridxanada ondan 750 min dollar tələb etmişdi.

Biznesmen bu sövdələşmə zamanı MTN-in bölmə rəislərindən birinə tam səmimi şəkildə etiraf edib ki, bu qədər pulu ödəməyə imkanı yoxdur. İş adamı öz imkanlarını götür-qoy edəndən sonra onlara uzağı 400 min dollar verə biləcəyini deyib, yalnız bu qədər təklif edib. Lakin mahmudovçu “qədirovçular” 750 minin hamısını tələb ediblər. Bir qəpik də güzəştə getməyiblər.

Və birdən qəribə hadisə olub. İş adamından fantastik məbləğdə ödənc tələb edən həmin bölmə rəisi qəfildən kameranın qapısını açaraq biznesmenə sözün hərfi mənasında yalvarıb, ondan MTN təcridxanasını mümkün qədər tez tərk etməyi xahiş edib.

Biznesmen öncə heç nə başa düşməyib. O, ta MTN başçısının işdən azad olunduğunu, nazirliyin bir çox əməkdaşlarının həbs edildiyini və bu nazirliyin Azərbaycan dövlətinin nəzarətinə keçdiyini öyrənənə qədər heç nə anlamayıb.

Yox, səhv etmədim. Çünki bu nazirlik icra aparatının nəzarətindən kənar idi. Bu nazirlik Əhmədov qardaşlarının – əfsanəvi çeçen banditlərinin əmrində idi.

Bu da sizin üçün MTN-dəki kriminal qaydaları sübut edən daha (düzdür, o qədər də yeni fakt deyil) bir nümunə. MTN əməkdaşları təxminən bir il qabaq Beynəlxalq Bankın filiallarının birindən 4 milyon manat nağd pul çıxarmışdılar. Təbii ki, bu qanunsuz maliyyə əməliyyatı barədə Vergilər Nazirliyinə o dəqiqə məlumat verilmişdi. Vergilər Nazirliyinin əməliyyat qrupu hadisə yerinə getmişdi. MTN əməkdaşları Vergilər Nazirliyinin əməliyyatçıları tərəfindən elə cinayət başındaca yaxalanmışdı. Üstəlik, bu zaman onların arasında əsl əlbəyaxa dava da olmuş, Vergilər Nazirliyinin uşaqları MTN-çiləri zərərsizləşdirmişdi. Amma bu cinayətin üstü açılmadı, buna imkan verilmədi!!!

Açıq danışsaq, zabit şərəfi bu cür rüsvayçı ifşadan sonra Mahmudovdan yalnız bir şeyi tələb edir – intiharı. Amma bəs biz hansı zabit şərəfindən danışırıq? Zabit şərəfi deyilən dəyərin Mahmudova və ətrafına heç bir dəxli yoxdur. Necə ki, bu adamların xüsusi xidmət orqanlarının fəaliyyətinə dəxli yoxdur. Bu adamlar sadəcə olaraq dövlət təhlükəsizliyi xidmətinin mundirini geyinmiş quldurlar idi. Siz cinayətkarın vicdan əzabı çəkərək intihar etməsini nə vaxtsa eşitmisinizmi? Mən eşitməmişəm. Cinayət belələrindən ötrü həyat tərzidir. Çünki cinayət canidən ötrü ən yüksək dəyərin özü deməkdir.

Oxucu burada haqlı bir sual verə bilər: Mahmudovun və bandasının cinayətlərindən bəyəm yalnız indi xəbər tutublar? Axı bu adam hər necə olsa da öz postunda 10 ilə yaxın oturub.

Əmin edirəm, tamamilə mümkündür ki, ölkə rəhbərliyi bu neoçeçenlərin cinayətlərindən yalnız bu yaxınlarda xəbər tutub. Bunu sübut edən nümunə şəxsən mənim həyatımda baş verən bir hadisədir. Məni 2007-ci ildə elə məhz bu quldurlar saxta və əsassız ittihamlarla həbsxanaya salmışdı, məni satqın və xəyanətkar kimi təqdim etmişdilər.

Bu ittihamların uydurma və saxta olduğunu hakimiyyətə, prezidentə, ümumən bütün ölkəyə sübut etməyə neçə illərim getdi. Bu adamlar özlərinin mənə qarşı şəxsi qərəzlərini, kin və nifrətlərini, mənim araşdırmalarımı dövlətə xəyanət adı ilə təqdim edirdilər. Bunun əksini sübut etməyə nə qədər enerji sərf etməli oldum. Tam 4 ilim buna getdi! Bu isə Mahmudovun nazir postundakı fəaliyyətinin təxminən yarısına bərabər müddətdir!

Gör hələ məndən başqa nə qədər darmadağın edilmiş insan taleləri var! Mahmudovun müstəntiqləri Sahib Ələkbərovla Sərdar Carçıyevin istintaq idarəsində gör hələ neçə insan həyatı məhv edilib, talelər sındırılıb!

Prezidentin nə vaxtsa hədsiz inandığı bu adamın tam ifşası üçün illər lazım gəldi!

Mən bunu başa düşürəm, prezidentin özünə də necə çətin olduğunu anlayıram. Axı o, ölkənin milli təhlükəsizliyinə cavabdehliyi tapşırdığı bu adama uzun illər ərzində inanmış və etibar etmişdi! Mahmudov isə sən demə, təkcə xəyanətkar yox, həm də adi bandit imiş!

Bu yerdə sevdiyim şair Naum Korjavinin bu məşhur sözünü ürək sızıltısı ilə xatırlayıram: “Gəlin etiraf edək ki, adamları həbsxanaya təkcə Stalin doldurmurdu, bütün ölkə doldururdu. Axı biz hamımız susurduq!”

Bu biznesmenləri və günahsız adamları da təkcə Mahmudov həbsxanaya doldurmurdu, həm də buna susanlar doldururdu! Susmağa gəlincə isə hamı susurdu – kimi qorxudan, kimi də abırsızlıqdan.

Belə görünür ki, şəhərin mərkəzini bu Avgi tövləsinin zir-zibilindən təmizləmək üçün MTN-in yeni rəhbərliyinə aylar, bəlkə də lap illər lazım gələcək. Axı bu quldur milli təhlükəsizlik sistemini cəmi 10 ilin içində tamamilə dağıdıb, bütöv bir dövlət qurumunu isə şəxsi bandasına çevirib.

Milli təhlükəsizlik sistemində Eldar Mahmudovun 80 qohumu, yaxını və dostu işləyib! Onların hamısı artıq nazirlikdən qovulub. Sual olunur: bütöv bir nazirliyi şəxsi sədaqət prinsipi əsasında şəxsi cəza aparatına çevirmək nəyə lazım idi? Ona görə lazım idi ki, bu aparat dövləti müdafiə etmək üçün yox, qarət etmək və nazirin şəxsi imperiyasını qorumaq üçün yaradılmışdı!

Nazir isə yüz milyonlarla dollar oğurlayırdı! Manat yox, məhz dollar! Mahmudov öz qudası Cahangir Hacıyevlə birgə manatın devalvasiyasının sürətlənməsində də böyük rol oynayıb. C.Hacıyev Azərbaycan əhalisi üçün dəhşətli yuxuya çevrilmiş həmin qara cümə gecəsi E.Mahmudov üçün nə qədər pul dəyişib görəsən?!

Xüsusi xidmət orqanlarının kriminallaşması tarixinə nəzər salsaq görərik ki, Mahmudovun cinayətlərinin analoqu yoxdur. Belə nümunələr Latın Amerikası və Afrika ölkələrinin tarixində az deyil. Mahmudov hətta bütün milli təhlükəsizlik sistemini öz şəxsi biznes maraqlarına tabe etməyə də cürət göstərmişdi. Mahmudov nazir vəzifəsində olduğu bütün bu illər ərzində özünün “Caspian Crystal” adlı biznes imperiyasını yaratmaqla məşğul olub. Bu holdinq əsasən restoran biznesi və avtomobil satışı üzrə ixtisaslaşıb. Bu holdinqə Eldar Mahmudovun oğlu Anar rəhbərlik edib.

Ölkənin ilk və demək olar ki, yeganə dəbdəbəli və eksklüziv markalardan olan bahalı içki satışı mağazası – “Wine City” butiki “Caspian Crystal” holdinqinə daxildir. Hazırda “Wine City”nin Bakıda iki ixtisaslaşmış mağazası fəaliyyət göstərir. Onların anbarında 18 min şüşə çox bahalı və eksklüziv içki var…

“Caspian Crystal” holdinqinə daxil olan digər şirkət – “Riedel Crystal” isə içki üçün eksklüziv və çox bahalı qabların (qədəh, bokal və s.) satışı ilə məşğul olur.

“Gastronomy-1”, “Gastronomy-2” və “Gastronomy-3” mağazalarından ibarət qastronomlar şəbəkəsi də Mahmudovların holdinqinə daxildir.

“Caspian Crystal” Bakıda həmçinin restoranlar şəbəkəsinə nəzarət edir. Paytaxtın dəbdəbəli “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP”, “Velluto”, “Crystal Shikhovo” və s. restoranları Mahmudovlara məxsusdur.

“Caspian Crystal” holdinqi keyterinqlə də məşğul olur. Bakıdakı əksər iri şirkətlərin əməkdaşlarını qida ilə təmin edir.

“Caspian Crystal” holdinqə daxil olan “Crystal Motors” şirkəti isə “Range Rover”, “Jaguar” və “Maserati” avtomobillərinin rəsmi distrübitorudur.

Buna diqqət edin, MTN-in bütün xidməti maşınları “Range Rover” markasındandır. Bu dəbdəbəli Britaniya avtomobilinin birinin qiyməti 70-150 min dollar arasındadır. Təsəvvür edin ki, MTN-in demək olar bütün avtoparkı bu bahalı maşınlardan ibarətdir! Bu, nə israfçılıqdır?! Mahmudov öz şirkətindən dövlət vəsaiti hesabına ağlasığmaz dərəcədə bahalı maşınlar alıb! Və elə öz nazirliyi üçün! Bu haqda da düşünmək gərəkdir…

İndi məni bu əsas sual düşündürür: E.Mahmudov öz cinayətlərinə görə cavab verəcək, yoxsa azadlıqda qalacaq? Dövlət Mahmudov tərəfindən talan edilmiş yüz milyonları xəzinəyə qaytara biləcəkmi?

P.S. Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunanda uzun illər Bakı zərgərlik zavodunda işləmiş atam əli ilə başını tutdu. O, mənə çox maraqlı bir hadisəni danışdı. Bu əhvalat Mahmudovun şəxsiyyətini çox gözəl xarakterizə edir.

Deməli, Mahmudov OBXSS rəisi olan vaxtlarda, SSRİ dağılandan az sonra zərgərlik zavodunda yoxlama aparır. Zavod rəhbərliyi özünü OBXSS-in hücumlarından qorumaq üçün Mahmudovun adamlarına 50 min dollar rüşvət verməli olur. Lakin OBXSS əməkdaşları səhərisi gün yenə zavoda qayıdırlar. Onlar zavod rəhbərinə deyirlər ki, dünən verdiyiniz 50 min dolların arasında bir 50 dollarlıq cırıq imiş. OBXSS-çilər həmin cırıq əlliliyi dəyişməyi tələb edirlər.

Deyirlər ki, “Eldar müəllim pulları özü yoxladı və bir əllilik dolların zay olduğunu dedi”.

…İndi Mahmudov da həmin korlanmış 50 dollarlıq əskinasa oxşayır. O, milli təhülkəsizlik orqanlarımızın tarixində rüsvayçı ləkə kimi qalacaq.

Eynulla Fətullayev

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Akif Çovdarov MTN-dən qovuldu

Next Post

Boka: “Məni heç bir oliqarx Bakıya çağırmayıb”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Boka: “Məni heç bir oliqarx Bakıya çağırmayıb”

MTN generalının gizli türməsi var imiş

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.