"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

MTN generalının gizli türməsi var imiş

08 Noyabr 2015 - 22:39
in aktual-banner, Banner, MANŞET

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov tutduğu vəzifədən azad edilib və ciddi nəzarət altına alınıb. Onun yaxın günlərdə həbsə atılacağı gözlənilir.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

MTN-ə yaxın mənbələrdən strateq.az saytına daxil olan məlumata görə, indiyədək həbs olunan MTN əməkdaşlarının əksəriyyəti qeyri-qanuni göstərişlərin bir çoxunu həm də birbaşa general Çovdarovdan aldıqları haqda ifadələr veriblər və artıq onun həbsi üçün kifayət qədər dəlil-sübutlar toplanıb.

Eyni zamanda, təhlükəsizlik məqsədilə adları hələlik cəmiyyətə açıqlanmayan xeyli sayda iş adamı da Baş Prokurorluğa və Prezident Administrasiyasına ünvanladıqları şikayətlərində birbaşa məhz general Akif Çovdarovun onlara hədə-qorxu gələrək milyonlarla vəsaitlərini və əmlaklarını əllərindən aldığını bildiriblər.

Məlumata görə, həm bu adamların, həm də həbs olunan MTN əməkdaşlarının dindirilməsi zamanı ortaya təkcə MTN-dəki məlum dəstənin sahibkarları necə soyub-taladıqlarının ağlagəlməz mexanizmi çıxmayıb, üstəlik sensasiya sayılacaq başqa bir mühüm fakt da aşkarlanıb.

Bəlli olub ki, Çovdarovun özünün ayrıca adam oğurluğu ilə məşğul olan böyük bir dəstəsi və bu dəstənin MTN-dən kənarda, Bakının heç kimin ağlına gəlməyəcək yerində gizli həbsxanası da olub.

Məlum olub ki, MTN-dəki məlum dəstə pul almaq məqsədilə keçirdikləri əməliyyatlar barədə hər hansı iz qoymamaq və informasiyanın kənara sızmaması üçün xeyli sayda adamı, xüsusən də ayrı-ayrı vəzifəli şəxslərlə qohumluq əlaqələri olan imkanlı adamları məhz MTN binasından kənarda yerləşən bu gizli həbsxanaya aparıb saatlarla və günlərlə rahatca saxlayır, sonda isə əvvəlcədən dinləmə və izləmə vasitəsilə topladıqları rüsvayedici kompromatları nümayiş etdirir və qarşılığında külli miqdarda pul tələb edirmişlər.

Həmin şəxslər də tələb olunanı dinməzcə verib canlarını qurtarır, heç hara gətirildikləri, hansı qurum tərəfindən saxlandıqları barədə nəinki hər hansı məlumata, hətta cüzi təsəvvürə də malik olmurmuşlar. Bu barədə danışmağın onlara baha başa gələ biləcəyi xatırladıldığından qorxularından kimsəyə də nəsə demirmişlər.

Əldə edilən məlumatlara görə, Çovdarova bu işlərin görülməsində təkcə MTN-dəki dəstəsi yox, Rusiya və Gürcüstanın cinayət aləmindəki şəbəkəsi də böyük köməklik göstərib. Onlar bütün bu qaranlıq işlərində faktiki olaraq əlbir fəaliyyət göstəriblər…

Xatırladaq ki, sabiq nazir Eldar Mahmudovun kassiri və sirdaşı sayılan Çovdarovun adı Azərbaycan mətbuatına çox yaxşı tanışdır. Vaxtilə həbsxanada “nadzor” olan, daha sonra polis sisteminə keçən, oradan da MTN-ə gətirilən Akif Çovdarov bütün bu “poqon altındakı fəaliyyəti” boyu “qara işlər”in ən yaxşı icraçısı kimi ad çıxarıb…

Belə görünür ki, indiyədək barəsində mif yaradılmış “Çovdarov əfsanəsi” də artıq birdəfəlik bitmək, müasir Azərbaycanın tarixinin qanla yazılan daha bir səhifəsi çevrilmək, qapanmaq üzrədir. Bu dəfə o, öz əməlləri ilə öz xirtdəyinə keçirdiyi ədalət mühakiməsinin kəndirindən çətin ki, yaxa qurtara bilsin…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Boka: “Məni heç bir oliqarx Bakıya çağırmayıb”

Next Post

Araz Ağalarov: “Mənzilimin qapısına dinamit qoyublar…”

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Araz Ağalarov: “Mənzilimin qapısına dinamit qoyublar...”

Güney Azərbaycan ayaqda! Birinci gün etiraz aksiyası keçiriləcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.