"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Onları efirdən uzaqlaşdırmaq lazımdır”

10 Noyabr 2015 - 10:50
in XƏBƏR LENTİ

Tanınmış radio diktoru Eldost Bayramla uzun müddət idi ki,Axar.az üçün söhbət etməyi planlaşdırmışdıq. Eldost müəllimin səhhətinə görə onu narahat etmək istəmirdim.Nəhayət, görüşüb söhbət etmək şansı yarandı. Yorğun görünüşünü aydın və mülayim səsi ört-basdır edə bilmirdi. Səhhəti ilə maraqlandım:

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

– Eldost müəllim, necəsiniz – soruşub, tez əlavə etdim, – maşallah, yaxşı görünürsünüz.

 

– Sağ olun, qayğınıza görə təşəkkür edirəm, Faiq bəy. İki il ərzində iki nisbətən böyük və bir kiçik cərrahiyyə əməliyyatından sonra özümü Bakı küləyi kimi hiss edirəm: gah xəzri, gah gilavar…

 

– Yox, yaxşısınız, həm xəzri, həm də gilavar – hər ikisi ipə-sapa yatmayan külək növüdür. Eldost müəllim, siz həm tanınmış diktor, həm də gözəl qiraət ustasısınız. Kifayət qədər həyat təcrübəniz var. Həyatınızı necə yola verirsiniz, ötənlərlə müqayisədə narahatlıq yoxdur ki?

 

– Kifayət qədər tanınmış, dinləyici və tamaşaçılara ürəkdən gələn səmimi münasibətinə və işinə məsuliyyətlə yanaşdığına görə hörmət qazanan diktor statusunu qəbul edirəm. Amma bədii qiraətçi statusunu yox. Çünki peşəkar bədii qiraətçi üçün vacib olan bir çox xüsusiyyətlər məndə yoxdur. Peşəkar diktorluğuma görə isə fəxr edirəm. Həyatımdan çox razıyam. İşimə vicdanla və məsuliyyətlə yanaşmaq bütün 43 illik əmək fəaliyyətimdə mənim iş prinsipim olub. Efirə çıxdığım ilk günlərdən indiyə qədər ancaq xoş sözlər eşidib, xoş münasibət görmüşəm. Rəhbərim – hörmətli sədrimiz Arif Alışanov mənə həmişə mənəvi dəstək oıub. 2006-cı ildə onun təqdimatı ilə əməkdar artist fəxri adı alıb, 2008-ci ildə “Tərəqqi” medalına layiq görülmüşəm. Son illərdə digər teleradio kanallarından və bizim Səhmdar Cəmiyyətdə fəaliyyət göstərən gənc əməkdaşlardan böyük hörmət görürəm.

 

Dilin qanunlarına əməl etməyən aparıcıları…

 

– İndi radioların, televiziyaların aparıcıları dilimizi, sözümüzü öz sir-sifətləri kimi “bəzəkli-düzəkli” edir, guya şirinlik qatırlar. Bu “şirinliyin” acısını necə yola verirsiniz? Bəlkə bir təşəbbüs irəli sürəsiniz, dili, danışıq tərzini öyrətməyin kursunu keçəsiniz?

 

– Son illərin tələbi ilə yaranmış özəl radio-televiziya kanallarında istedadlı aparıcılarla yanaşı, işlədiyi mühitə sanki təsadüfən düşmüş, Azərbaycan dilinin qanunlarına əməl etməyən aparıcılar da çoxdur. Onları təcili olaraq ya öyrətmək,ya da efirdən uzaqlaşdırmaq lazımdır. Mən həmişə deyirdim ki, dilimiz bizim ən böyük sərvətimizdir. Onun təmizliyi uğrunda mübarizə dövlət miqyasında təşkil olunmalıdır. Allaha şükür, mənim istəyim oldu. Prezidentimiz istiqamət verdi. İndi bu qərarın həyata keçməsi üçün bütün dil mütəxəssislərinin birgə səyi lazımdır.

 

– Deyəsən, “təzələr”in çoxluğu, “köhnələr”in dolanışığına da təsir edir.

 

– Mən başqa cür deyərdim: təsadüfi “təzələr” özləri də hiss etmədən “köhnələr”in qiymətini artırır.

 

İnsanlarımız oğullarına Eldost adı qoyublar

 

– Sizi ən çox ədəbi-bədii verilişlərin aparıcısı kimi görmüşük, eşitmişik, ictimai-siyasi xəbərlərə diliniz yatmır, ya ürəyiniz qəbul etmir?

 

– İşə qəbul olunduğum 1972-ci ildən yaşımla əlaqədar təqaüdə çıxdığım 2009-cu ilə qədər əsas işim efirdə son xəbərlər və ictimai-siyasi məzmunlu verilişlər olub.Yaxşımı, ya pismi oxumuşam – bunu ancaq dinləyicilər deyə bilər. Mənə elə gəlir ki, pis olmayıb. Çünki bu illərdə Azərbaycanımızda bir çox gözəl insanımız uşaqlarına Eldost adı qoyublar. Təqaüdə çıxdığım 2009-cu ildən başlayaraq isə mən sizin qeyd etdiyiniz kimi, şeir və hekayələr oxumağa başladım. 2009-cu ildən sonra birbaşa efirə çıxmıram. “Xalq Yaradıcılığı” redaksiyası verilişlərinin diktor mətnini, həmçinin şeir və hekayələr oxuyuram.

 

– Arada səsiniz toyxanalardan da gəlir. Bir sənətkar kimi maddi dəyər yüksək olsaydı, toy aparıcılığına yox deyə bilərdinizmi? Yoxsa bu da elə bir meydandır, özünü tanıtmaq üçün. Baxmayaraq, sizin buna ehtiyacınız yoxdur.

 

– Faiq bəy, bəzən siz özünüzün sualınıza məntiqlə özünüz də cavab verirsiniz. Radio diktoru olub ekranda görünmədən duyğulu bir xalqın qəlbində öz müsbət obrazını yaratmaq hər an mümkün olmur. Dediyiniz kimi, reklama ehtiyacım da yoxdur. 80-ci illərin əvvəllərində radioda işləyə-işləyə Filarmoniyada iki il konsertlər aparmışam. O illər ərzində Göyçə aşıqları başda olmaqla bütün regionlarımızın aşıqlarının konsertini aparmışam. Özüm Şirvan zonası aşıqlarının yaradıcılığına kökləndiyimə baxmayaraq, qərb zonası aşıqlarımız mənə aşıq sənətini yenidən tanıtdılar və sevdirdilər. Bu iki ildə çox xanəndə və müğənnilərin konsertini də apardım. Arada dostluq körpüsü quruldu. Toy məclislərinə təklif də o vaxt gəldi. Təbii, maddi sıxıntı məni iki illik tərəddüddən sonra olsa da, bu təkliflərə müsbət cavab verməyə məcbur etdi.

 

– Eldost Bayram unudulmaqdan qorxurmu? Heç olubmu ki, unudulmağı hiss edəsiniz, bunun acısını yaşayasınız?

 

– Həyatda ən qorxduğum iş unudulmaqdır. Allaha şükür ki, ailəm, uşaqlarım tərəfindən məni narahat edən bir narazılıq olmayıb. İşə gəldikdə isə mənə elə gəlir, Azərbaycanda mənim kimi az insan tapılar ki, 43 il bir müəssisədə işləsin, həm bu illərdə əvvəlki hörmətini saxlasın, bu illər ərzində həm işə gülə-gülə getsin, həm də evə.

 

Kim məni məhv etmək istəsə…

 

– Eldost müəllim, siz daha nəyi bacarırsınız? Özgə nə işlə başınızı qata, ailənizi dolandıra bilərsiniz?

 

– Akademik Qara Mustafayevin sözü olmasın, mən başqa heç nə bacarmıram. Kim məni məhv etmək istəsə, o şeir və hekayələri əlimdən alması kifayətdir.

 

– Ümumiyyətlə, Eldost Bayramı köhnə qvardiyadan saymaq olar, yoxsa o, yeniliyin önündə gedən sənətkardır?

 

– Əgər gözəl şeir ,yaxud hekayə oxuyub xəstə ruhu sağaltmaq və bununla hamı tərəfindən sevilmək köhnəlikdirsə, deməli, mən köhnə qvardiyanın nümayəndəsiyəm. İkincisi, əgər o yeniliyin özəyində millilik həlledici ünsür kimi durursa, deməli, mən o yeniliyin önündə gedənlərdənəm.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sumqayıtda dəhşət: “Arvadımı öldürüb, oğlumu tutduracağam, qızımı isə…”

Next Post

Ərdoğan: “Atatürk baş komandan olaraq…”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ərdoğan: “Atatürk baş komandan olaraq...”

Davudoğlu Azərbaycana gəlir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.