Misirdəki təyyarə Moskvanın əmri ilə partladılıb.
Axar.az xəbər verir ki, bu sözlər SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və İlleqal Kəşfiyyat Xidmətinin (“C” idarəsi – red.) general-mayoru Yuri Drozdovun “İlleqal kəşfiyyat rəisinin qeydləri” kitabında yer alıb. Onun sözlərinə görə, KQB SSRİ-nin xeyrinə fəaliyyət üçün dünyanın müxtəlif yerlərində ekstremist, neofaşist, islamçı təşkilatlar yaradıb:
“Bu, SSRİ-nin mövcudluğunun qorunması üçün vacib addım idi. “A-321” təyyarənin partlaması əsasən iqtisadi diversiya və intiqam xarakterli əməliyyat idi. Bunu isə Moskva başqa bayraq altında həyata keçirib ki, Misirdən “Mistral”lara görə qisasını alsın. Rusiya həmçinin orta sinfini Misirdən uzaqlaşdıraraq anneksiya olunmuş Krıma göndərməyə çalışır”.
Qeyd edək ki, Rusiyanın Misirdəki təyyarəsi bir müddət öncə Sinay yarımadası üzərində qəzaya düşmüşdü. Nəticədə təyyarədə olan sərnişinlərin hamısı ölmüşdü.




