"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Təbriz aksiyalarının nəticəsi necə olacaq? – ŞƏRH

11 Noyabr 2015 - 10:01
in XƏBƏR LENTİ

 

“Güney Azərbaycandakı aksiyaların bundan sonra da güclü şəkildə davam edəcəyi ehtimalı azdır. Lakin bu aksiyalar İranda və dünyada Azərbaycan türklərinin varlığını görmək istəməyənlərə, onların milli varlığını dananlara bir sillədir”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bunu Publika.az-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, bu aksiyalar eyni zamanda İranda əsas gücün Azərbaycan türkləri olduğunun göstəricisidir: “Bu aksiya milli haqların təmin edilməsi tələbi ilə deyil, Azərbaycan türklərinin milli varlıqlarını fars şovinizmindən qorumasına xidmət edir. Bu baxımdan məsələni başqa yerə yozmağa ehtiyac görmürəm. Çünki bu kimi aksiyalar Azərbaycan türklərinin İran mərkəzli fars düşüncə sisteminə qarşıdır. İranın adı İran İslam Respublikası deyil, lap ən demokratik İran Respublikası olsa belə, türklərin haqqı təmin olunmadığı halda və onlara qarşı bu kimi aşağılayıcı təbliğat aparılana qədər vəziyyət belə gərgin olacaq. Çünki Tehranın elə davranışı türkləri özündən ayırmağa xidmət edir”.

Politoloq qeyd edib ki, XX əsrdə türklərin bütün yenilikçi hərəkatı son nəticədə fars şovinizminin xeyrinə olub: “Elə 1979-cu il inqilabında əsas hərəkətverici qüvvə türklər idi. Ancaq son nəticədə indiki hakimiyyət də Rza şahdan qalma çürük milli ideoloji xətti davam etdirdi. Türkləri təhqirə qarşı aksiyalar 2006-cı il mayın 22-də keçiriblər. O zaman da yenə hərəkat milli haqların təmin olunması tələbi ilə deyil, türklərin milli varlığının fars şovinizminin təbliğatından müdafiə olunmaq məqsədi daşıyırdı”.

S. Soltan bildirib ki, hakimiyyət etdiyi əməldən xəcalət çəkməkdənsə, yenə aksiyada fəal iştirak edənləri tutacaq, onlara işgəncə verəcək.

“Bu, Azərbaycan türklərinin milli özünü dərkinə xidmətdə yardımçı elementlərdən ola bilər. Odur ki bu aksiyanın tez və böyük nəticə verəcəyini ummaq və ona bu sayaq yanaşmaq sadəlövhlük olar”, – deyə o, diqqətə çatdırıb.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İqdırda Qarabağla bağlı mühüm qərar- türklər ermənilərə qarşı birləşir…

Next Post

İran televiziyasının direktoru üzr istədi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İran televiziyasının direktoru üzr istədi

“Ölkə prezidentinə müraciət etmişəm” - Müsahibə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.