"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakı meriyasının məmurları sahibkarlara qan uddurur — REPORTAJ + FOTOLAR

12 Noyabr 2015 - 11:27
in aktual-banner, Banner

Bakı meriyasının məmurları sahibkarlara qan uddurur —  REPORTAJ + FOTOLAR

Bunu da oxuyun

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

Bakının mərkəzində sahibkarlıq belə boğulur

Bakı şəhər İstehlak Bazarı və Ticarət Departamentinin sayəsində şəhər əhalisinin ən çox tərcih etdiyi “Shaurma № 1” bağlanmaq təhlükəsi qarşısındadır.

Əldə etdiyimiz məlumata görə, Nizami küçəsində (Tarqovıy) yerləşən“Shaurma №1” ilə digər obyektlər arasında ayrıseçkilik qoyulur.

Məlumatı dəqiqləşdirmək üçün Ölkə.Az-ın çəkiliş qrupu Nizami küçəsində yerləşən “Shaurma №1”-ə yollanır.

Nizami küçəsində yerləşən obyektlərin hamısı çöldə stollar qoyub. Küçə başdan-başa insanlarla qaynayır. Bakı Şəhər Ticarət Departamenti isə şəhər sakinləri və turistlərin ən sevimli məkanı olan“Shaurma №1”-i bundan məhrum edib. “Shaurma №1” rəhbərliyini isə yalnız bir sual düşündürür: “Niyə onlara olar, bizə yox?”

Məsələni dəqiqləşdirmək üçün “Shaurma №1”-in inzibatçısıMehdiyev Elnurla söhbətləşirik.

“Ticarət Departamenti prezidentin tapşırığına məhəl qoymur”

Mehdiyev Elnur: “Biz 17 ildir fəaliyyət göstəririk. Hər bir şey də qanunidir. 2 il yarım bundan öncə Bakı şəhər Ticarət Departamentinin rəhbəri Ramiz Hacıyev bildirdi ki, prezidentin əmri ilə Nizami küçəsindəki obyektlərin qarşısında çölə qoyulan stollar yığışdırılsın. Bütün obyektlər çöldə qoyduğu stolları yığışdırdı. O cümlədən biz də. Təxminən bir həftə sonra o biri obyektlər öz fəaliyyətinə başladı. Yenə də küçəyə stol qoyub işlədilər. Biz də stol qoymaq istəyəndə Departamentin əməkdaşları tökülüşüb icazə vermədilər. İcazə verməmələrinin səbəbini də demədilər. Həmin gündən indiyədək Bakı şəhər Ticarət Departamentinin rəhbəri Ramiz Hacıyevin müavini İntizar müəllimin qəbuluna getmişik, ərizələr təqdim etmişik, müraciətlər etmişik, amma bizə səbəbsiz yerə rədd cavabları gəlib. Çox şükür ki, prezident İlham Əliyev sahibkarlarla bağlı tapşırıq verib ki, sahibkarları incitməsinlər, yersiz yoxlamalar etməsinlər. Biz də prezidentin bu qərarına çox sevindik. Qərar verdik ki, biz də digər obyektlər kimi çölə masalar qoyaq. Masaları çölə qoyan kimi Bakı şəhər Ticarət Departamentindən olduqlarını deyən 20-yə yaxın adam obyektə tökülüşdü ki, çölə qoyduğumuz masaları götürək. Ancaq onlar nə özlərini təqdim etdilər, nə də Departamentdən olduqlarını göstərən sənəd göstərdilər. Biz masaları götürmədik. Bildirdik ki, özlərini təqdim etsinlər və “digər obyektlərə niyə olar, bizə niyə olmaz” məsələsini izah etsinlər. Bizə dedilər ki, İntizar müəllimin yanına gedin, o sizə icazə versə, masaları çölə qoyarsınız. Onlara bildirdik ki, İntizar müəllimin yanına çox getmişik, ancaq heç bir nəticəsi olmayıb. Kassamız var, dövlətin bütün vergilərini və rüsumlarını veririk, mallarımızın keyfiyyət sertifikatı var, müştərilərimiz də yeməklərimizdən və onlara göstərilən xidmətdən razıdır.

Bakı şəhər Ticarət Departamentinə sual veririk ki, niyə qonşu obyektlərə olar, bizə yox? Bu suala cavab vermirlər. 2 il yarımdır ki, biz stolları çölə qoya bilmirik. Qonşu obyektlərə icazə verirlər, ancaq bizə yox. Bakı şəhər Ticarət Departamentinin bütün istəyi “Shaurma № 1″in bağlanmasıdır. Bizdə şəbəkədir. Digər obyektlərimizdə də masanın birinə gününə 2 manat ödəyirik. Çölə neçə stol qoyulursa onun gününə 2 manat ödənilməlidir. Masamızı çölə qoyan zaman biz onu ödəmişik, yenə də ödəməyə hazırıq. Sadəcə bizə icazə versinlər. O biri obyektlərlə necə işləyirlər bilmirik”.

Ərazidə gəzib, bəzi obyekt sahibləri ilə söhbətdən sonra məlum olur ki, digər obyektlər Bakı şəhər Ticarət Departamentinə çölə masa qoyduqlarına görə, ayda 1000-1500 manat rüşvət verirlər.

“Shaurma №1” şəbəkəsinin ambardarı Məmmədov Elman söhbətə qoşulur:

“Shaurma şəbəkəsi Azərbaycanın xüsusi bir brendidir. Elə olur 24 saat yatmırıq ki, camaata normal xidmət edək. Ancaq Bakı şəhər Ticarət Departamenti buna imkan vermir. 20 nəfərlə bir obyektin qabağında dayanmaq Bakı şəhər Ticarət Departamentinin işinə aid deyil. Bu açıqdan-açığa qoçuluqdur.

“Shaurma №1”-in işçiləri ilə danışırıq. İşçilərin çoxu yaşlı qadınlardır. Eləsi var tək başına buradan aldığı maaşla ailə saxlayır, eləsi var uşağı ağır xəstədir, buradan aldığı maaşla uşağını müalicə etdirir. Söhbət etdiyimiz qadınlardan bir çoxu isə kirəyə qalır. “Shaurma №1” onlar üçün sanki həyatdır. Günümüzün reallığında normal insan güclə iş tapır, “Shaurma №1″in bağlanacağı təqdirdə yaşlı başlı qadınların necə iş tapacağı, kirayə verəcəyi sual altındadır.

Seyidova Zabitə: “İllərdir burada işləyirəm. Kirayədə yaşayıram, özüm də şəkər xəstəsiyəm. Buranı bağlasalar nə edəcəm? Kim mənə iş verəcək? Dilənçilik etməliyik?”

İsmayılova Lalə: “3 ildir burada işləyirəm. Bura bağlansa bizə çox çətin olacaq. Bizə kim çörək verəcək? Bu yaşda bizi kim işə götürər?”

Quliyeva Minayə: “4 ildir “Shaurma № 1″də işləyirəm. Özüm kirayədə yaşayıram. İki barmağım da yoxdur. Buradan evimizə çörək aparırıq. Bizə kim iş, çörək verəcək?”

Səfərova Lalə: “3 ildir burada işləyirəm. Buradan evimizə çörək aparırıq”.

Əhmədova Xəyalə: “Əməliyyat olmuşam. Bir uşağım var, ona baxıram. Özüm də kirayədə yaşayıram. Yenə sağ olsunlar burada mənə iş veriblər. İşləyirəm. Bura bağlansa biz hara gedəcəyik. Mənə kim ev verəcək, uşağıma kim baxacaq?” (ağlayır).

“Shaurma №1”dən çıxandan sonra Nizami küçəsini gəzirik. “Shaurma №1″lə qonşu obyektlərin hamısının qarşısında çöldə stollar qoyulub. Ticarət davam edir.

Həqiqətən sual çox maraqlıdır. Niyə görə qonşu obyektlərə olar, bu qədər vətəndaşımızın ailəsinə çörək apardığı “Shaurma №1″ə yox?

Bakı şəhər Ticarət Departamentinin rəhbəri Ramiz Hacıyev bu suala necə cavab verəcək, bizə də maraqlıdır…

Mövzuya yenidən qayıdacağıq…

Səxavət Məmməd
Fotolar: Nurlan Gülməmmədov

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

AST Telman heç kimlə görüşmək istəmir – VİDEO

Next Post

Mahmudovun daha bir şok qəsbi üzə çıxdı – 20 milyonluq obyekt ələ keçirildi

Bənzər yazılar

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

26 Aprel 2024 - 19:23

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələri komandanı Aleksandr Yakovetsi vəzifəsindən azad edib. Elchi.az  xəbər verir ki, bu...

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

09 Aprel 2024 - 14:05

Avropa İttifaqının  yaxın gələcəkdə ümumi ordusu olmayacaq. Elchi.az  RİA Novostiyə istinadən xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Xosep Borrell onun...

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

08 Aprel 2024 - 10:06

Xankəndi şəhərində 12 silah, 18 qumbara aşkarlanıb. Elchi.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib...

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

08 Aprel 2024 - 09:26

Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Devid Kemeron və Stefan Sejournet Ukrayna Silahlı Qüvvələrinin  Rusiya Federasiyası ilə münaqişədə məğlubiyyətinin...

Next Post

Mahmudovun daha bir şok qəsbi üzə çıxdı - 20 milyonluq obyekt ələ keçirildi

BAXCP sədri Tunisə yola düşüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.