"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Britaniya mətbuatı “ASAN xidmət” haqda yazdı

13 Noyabr 2015 - 12:54
in aktual-banner, Banner

Bunu da oxuyun

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

Böyük Britaniyanın ictimai xidmət sahəsində ən nüfuzlu jurnalı olan “Civil Service World” jurnalının 249 saylı, oktyabr buraxılışında “ASAN – ictimai xidmətin təminatında qabaqcıllıq” adlı məqalə dərc edilib.

Məqalə bu ilin sentyabr ayında Londonda keçirilən “Civil Service Live 2015” sərgisində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin direktoru Kamran Ağasının “ASAN xidmət” ilə bağlı təqdimatı əhatə edir. Təqdimat Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilib.

Jurnal Kamran Ağasının çıxışından sitat gətirərək bildirir ki, vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən ictimai xidmətin effektivliyini artırmaq məqsədilə “one stop shop” kimi fəaliyyətə başlayan “ASAN xidmət”də hazırda 10 nazirlik və 18 biznes strukturu tərəfindən 280-dən çox xidmət təklif olunur.

Jurnalda qeyd olunur ki, “ASAN xidmət” müştəri məmnuniyyətinin birinci dərəcəli hədəf olduğu unikal ictimai xidmət təqdim edən bir model hazırlayıb. Hər mərkəzdə gündə 2500-3000 insana xidmət göstərilir.

K.Ağası şəbəkənin fəlsəfəsinin əsas etibarilə 5 sütuna dayandığını bildirib: əlçatanlıq, hesabatlılıq, şəffaflıq, effektivlik və innovasiya.

ASAN ictimai xidmətlərin effektivliliyini innovasiyalar yolu ilə inkişaf etdirməyə çalışır. K.Ağası konfrans iştirakçılarını bu haqda məlumatlandıraraq bildirib ki, hər açılan yeni mərkəz özündə müştəri və ASAN işçilərinin ideyalarını birləşdirir: “ASAN davamlı olaraq inkişaf etmək üçün ən son texnologiyadan və innovativ həll yollarından istifadə etməyə çalışır. Bu layihə reallaşdığı zaman ASAN-ın multifunksional terminallarında bütün inzibati ödəniş və cərimələri eyni sistem vasitəsilə ödəmək mümkün olacaq”.

“ASAN xidmət” bu il “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında Birləşmiş Millətlər Təşkilatının ən yüksək mükafatına layiq görülüb.

Kamran Ağası bununla bağlı deyib ki, bu mükafat onları irəliyə getməyə daha da ruhlandırır: “BMT-nin strukturları və Dünya Bankı kimi bir çox beynəlxalq təşkilatlar ASAN-ın ictimai xidmət sahəsindəki uğurlu modeli ilə maraqlanırlar. Biz öz təcrübəmizi digər ölkələrlə bölüşməyə, beləliklə də beynəlxalq ictimaiyyətə öz töhfəmizi verməyə hazırıq”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Düşmən hücuma keçdi – 2 erməni öldü, xeyli yaralı var

Next Post

Dünyanın ən çox qızıl ehtiyatı olan ölkələri – SİYAHI

Bənzər yazılar

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

26 Aprel 2024 - 19:23

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələri komandanı Aleksandr Yakovetsi vəzifəsindən azad edib. Elchi.az  xəbər verir ki, bu...

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

09 Aprel 2024 - 14:05

Avropa İttifaqının  yaxın gələcəkdə ümumi ordusu olmayacaq. Elchi.az  RİA Novostiyə istinadən xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Xosep Borrell onun...

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

08 Aprel 2024 - 10:06

Xankəndi şəhərində 12 silah, 18 qumbara aşkarlanıb. Elchi.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib...

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

08 Aprel 2024 - 09:26

Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Devid Kemeron və Stefan Sejournet Ukrayna Silahlı Qüvvələrinin  Rusiya Federasiyası ilə münaqişədə məğlubiyyətinin...

Next Post

Dünyanın ən çox qızıl ehtiyatı olan ölkələri - SİYAHI

BAXCP Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının üzvü oldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.