"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əli Kərimli partiyasının adını dəyişəcək

14 Noyabr 2015 - 12:12
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

“Yurd” lideri tərəfdarlarını buna hazırlayır

Ədliyyə Nazirliyi AXCP-nin Əli Kərimli qanadının sentyabrın 27-də keçirilən qurultayının sənədlərini geri qaytarıb. Nazirliyin qərarı Əli Kərimlini özündən çıxarıb. Facebook hesabında yazdığı statusda Əli Kərimli nazirliyin mövqeyini düzgün saymayıb.

Qeyd edək ki, Ədliyyə Nazirliyi  “eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğunu nəzərə alaraq, Əli Kərimli dəstəsinin sənədlərini geri qaytarıb və təkilif edib ki, “mübahisəli məsələni” həll etmək üçün məhkəməyə müraciət edilsin.

Çoxları 2000-2002-ci illlərdə AXCP adı uğrunda mübahisədə olduğu kimi, bu dəfə də qərarın Kərimlinin xeyrinə veriləcəyini gözləyirdi. Lakin bu dəfə belə olmadı. Xatırladaq ki, 2002-ci ildə beynəlxalq dəstəkçilərinin və hakimiyyətdəki havadarlarının köməyi ilə Əli Kərimli rəsmi təmsilçilik məsələsini öz xeyrinə həll edə  bilmişdi. Halbuki 2000-ci il parçalanmasında AXCP rayon şöbələrinin və üzvlərinin 70 faizi Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi “klassiklər”lə getmişdi. 2002-ci ildəki bütövləşdirmə hərəkatı zamanı Əli Kərimlinin yanında azlıq qalmışdı. Əli Kərimli qanadı bu dəfə də ümidli görünürdü. Lakin Ədliyyə Nazirliyi Əli Kərimli dəstəsini xəyal qırıqlığına uğratdı. Nazirliyin qərarı o anlama gəlir ki, Əli Kərimli artıq rəsmi olaraq AXCP sədri sayıla bilməz. Çünki məsələ mübahisəlidir, iki tərəf AXCP adı ilə qurultay keçirib sənədlərini Ədliyyə Nazirliyinə təqdim ediblər. Artıq ölkənin tanınmış hüquqşünasları, ziyalıları məsələyə münasibət bildiriblər. Hesab olunur ki, belə məqamlarda hansı tərəfin təşkilatı təmsil etmək haqqının olmasını qanunvericiliyə görə Ədliyyə Nazirliyi müəyyən etməlidir və nazirliyin qərarına hörmətlə yanaşmaq lazımdır.

AXCP sədri Razi Nurullayev Ədliyyə Nazirliyinin qərarına müsbət yanaşıb: “Əli Kərimlinin qurultay sənədləri Ədliyyə Nazirliyi tərəfindən haqlı olaraq geri qaytarılıb. Qanunlara hörmət qoymayan bu hökumət ömründə heç olmasa, bir dəfə doğru qərarlardan birini verib. Biz bu çəkişməni udmaq niyyətimizi öncə də demişdik. Haqlı olduğumuzu bilirdik. Əsl AXCP-ni biz təmsil edirik”.

Ondan fərqli olaraq Əli Kərimli məsələni siyasiləşdirir, hüquqi müstəvidən çıxarmağa çalışır. Yazdığı təhqirlərdən görünür ki, “Yurd” lideri çox narahatdır və rəsmi təmsilçiliyi itirəndən sonra siyasi səhnədən çıxacağından ehtiyat edir.

Əli Kərimlinin 27 sentyabrda keçirdiyi qurultaydan fərqli olaraq Razi Nurullayevin rəhbərliyi ilə 18 oktyabrda keçirilmiş legitim qurultayda 57 rayon təşkilatı iştirak edib. AXCP-nin legitim strukturları bu qurultayda formalaşıb. Ədliyyə Nazirliyi tərəfkeşlik etməyib, sadəcə, faktı təsdiq edib. Əli Kərimlinin başdan-başa təlaşla yazdığı statusunda yanında qalan fəalları, üzvləri arxayınlaşdırmaq cəhdi var: “İndi isə aydınlaşdıraq ki, AXCP ətrafında nə baş verir və biz bundan sonra necə hərəkət edəcəyik. Bizim təqdim etdiyimiz qurultay sənədlərinin baxılmadan özümüzə geri qaytarılması o deməkdir ki, mənim sonuncu qurultayda da sədr seçilməyim faktını Ədliyyə Nazirliyi dövlət reyestrinə daxil etməyib. Heç kim səhv salmasın. Sonuncu qurultayımızın nəticəsinin hələlik dövlət reyestrinə daxil edilməməsi partiyanın dövlət qeydiyyatının ləğv edilməsi deyil. AXCP-nin dövlət qeydiyyatı qüvvəsindədir. Son qurultaydakı seçki nəticəsinin dövlət reyestrinə daxil edilməməsi heç mənim sədr kimi dövlət tərəfindən tanınmamağım da deyil. Çünki bundan əvvəlki qurultayda mənim sədr seçilməyim haqda məlumat dövlət reyestrində var. Və həmin məlumat yenisi ilə əvəzlənənə qədər mənim AXCP sədri olmağım hüquqi cəhətdən mübahisələndirilə bilməz. Bunlar məsələnin hüquqi tərəfləridir”.

Bu sözlər Əli Kərimlinin yanında qalanlar üçün təsəllidən başqa bir şey deyil: “Yəni narahat olmayın, AXCP sədri yenə mənəm”.

Ancaq əslində, elə deyil. Məsələ hüquqi müstəviyə çıxırsa, sənədlər araşdırılacaqsa, məhkəmə ədalətli qərar çıxaracaqsa, yəqin ki, yaxın vaxtlarda Ədliyyə Nazirliyi də fakt qarşısında qalaraq, 57 rayon şöbəsinin, cəbhəçilərin mütləq əksəriyyətinin iştirakı ilə qurultay keçmiş Razi Nurullayevin rəhbərliyi altındakı AXCP-ni rəsmi təmsilçi kimi tanıyacaq. Əli Kərimli sonda əl yeri qoyur, tərəfdarlarını rəsmi təmsilçiliyinin itirilməsi durumuna hazırlayır: “Mən yalnız AXCP sədri olduğum üçün bunlarla mübarizə aparmıram ki. Mən ilk növbədə, bir vətəndaş Əli Kərimli olaraq bu rejimlə mübarizəmi davam etdirirəm”.  Buradan aydın görünür ki, Əli Kərimli özünü və tərəfdarlarını “AXCP sədri” statusundan imtina etməyə hazırlayır. Yəqin ki,  “mövcud siyasi situasiyanı nəzərə alaraq” Əli Kərimli tərəfdarlarının başqa partiya adı altında fəalliyyət göstərməsinə qərar verəcək.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Cəbhədə gərginlik davam edir

Next Post

Dünya ölkələrində terror qorxusu – Təhlükəsizlik gücləndirildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Dünya ölkələrində terror qorxusu – Təhlükəsizlik gücləndirildi

Terrorun ilk görüntüləri - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.