
İŞİD terror qruplaşmasının Liviyadakı qolunun lideri Əbu Nabil ABŞ təyyarələrinin zərbələri nəticəsində məhv edilib. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə Pentaqonun açıqlamasında bildirilir.
Qurumun rəsmi nümayəndəsi Piter Kukun sözlərinə görə, Əbu Nabilin ölümü İŞİD-in Liviyadakı mövqeyini zəiflədəcək.



