"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əzələsinə kişilərin həsəd apardığı idmançımız: “Xanım kimi də mükəmmələm” – MÜSAHİBƏ/FOTOLAR

15 Noyabr 2015 - 10:30
in XƏBƏR LENTİ

Əzələ, güc göstərisi dedikdə ağıla ilk gələn kişilər olur. Amma Marina kimi xanımlar məşhur “aslanın erkəyi dişisi olmaz” deyimini yada salır.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Publika.az Marinanı yaxından tanımaq üçün onunla söhbətləşmək qərarına gəldi.

Marina Aydarova fevralın 8-də 1982-ci ildə Bakıda anadan olub. O bir çox turnirlərdə bodibildinq və fitnes üzrə Azərbaycanı təmsil edib və sertifikatlara sahib olub. Aydarova bodibildinq və fitnes üzrə Avropa çempionatının iştirakçısı olub…

– Neçə ildir idmanla məşğulsunuz?

– Cəsarətlə deyə bilərəm ki, 3 ildir peşəkar səviyyədə fitneslə məşğul oluram.

Sağ olsunlar, ailəm heç vaxt fitnes dərslərimə qarşı çıxmayıb, buna görə mənə düşmən kəsilməyiblər. Əksinə dəstək olublar. Çünki fitneslə məşğul olmağım həyatda həmişə mənə yardımçı olub. Hətta həyat təlimatçım olub deyərdim.

– Hansı uğurlarınız var?

– Bu idman növündəki uğurlarım sırf şəxsi nailiyyətlərimdir. Özümü burada tapmışam və bu mənim sevərək gördüyüm bir işdir. Özümü hər zaman yüksək əhval-ruhiyyədə saxlayıram. Çünki əvvəllər sizin məni indi gördüyünüzdən bir az fərqli olmuşam. Həm fotolarda, həm də həyatda… İndi isə mən idmançı, bodibildinq və fitnes yığmasının üzvüyəm. Öncə də qeyd etdiyim kimi, bu idman növü bizim kimi idmançıları olmasına baxmayaraq, Azərbaycanda elə də məşhur deyil. Amma mən bir çox yarışların iştirakçısı olmuşam. Həmçinin 2014-2015 Avropa çempionatı kimi nüfuzlu yarışların bir üzvü kimi sertifikat və diplomum var.

– İdmançı xanım olmaq çətin deyilmi?

– Bütün idmançılar çətinliklə qarşılaşır və mən də istisna deyiləm. Çətinlik ondadır ki, qadınların dəmir idmanı ilə məşğul olmasına ölkəmizdə bir o qədər də isti münasibət yoxdur. Bu baxımdan anlaşılmazlıq var.

– Bəziləri düşünürlər ki, ağır idman növləri xanımlar üçün deyil. Xanım evdar olmalıdır. Bəs sizin evdarlıqla, yemək bişirməklə aranız necədir? Hansı yeməyi daha dadlı bişirirsiz?

– Bəlkə də kimin üçünsə bu belədir, amma mənim üçün deyil. Mən xoşladığım şeyləri faydalı olanlarla ahəngdar olaraq etməyi çox sevirəm. Aktiv şəkildə idmanla məşğul oluram, eyni zamanda da ev xanımı kimi də mükəmmələm (gülür).  Bir az əvvəl də dediyim kimi, ev işləri görməyi çox sevirəm. Çünki, anam olmadığı üçün hər şeyi özüm edirəm. Özümü tərifləməyəcəm, amma yaxşı yeməklər hazırlayıram. İstənilən yeməyi bişirə bilirəm. Azərbaycan plovunu çox xoşlayıram. Lakin dietada olduğumdan, yalnız yüngül yeməklər yeyirəm.

– Ailəlisiniz?

– Xeyr, ailəli deyiləm.

– İdmandan başqa nə ilə məşğulsunuz? Başqa haradasa işləyirsiniz?

– Mən 8 ildir ki, bir xarici şirkətdə işləyirəm. Oturaq işdə çalışıram. Bu da idmanla məşğul olmağa vadar etdi. Çünki kökəlməyə, şişməyə başlamışdım. (gülür).

– Nə vaxta qədər idmanda qalmağı düşünürsüz?

– Bu haqda heç düşünməmişəm. Çünki mənim üçün idman əbədidir. Sənə stimul, bədən quruluşu, sağlamlıq verən idmanı atmaq olmaz. Həmişə bir yerdəyik…

– Hansısa bir kişi sizə bodibildinqlə məşğul olmağa qadağa qoya bilərmi? Qadağa qoymaq istəyən kişiyə nə cavab verərsiniz?

– Düşünürəm ki, heç kim mənə bunu qadağan edə bilməz. Yanımda ancaq məni anlayan kişinin olmasını istəyirəm. Məni olduğum kimi qəbul etməlidir.

– Kiməsə əsəbləşib yumruq vurmusunuz? Nəticəsi necə olub?

– Mən həyatımda heç kəsi döyməmişəm. Düşünürəm ki, bu düzgün olmaz. Amma özümü qorumağı da çox yaxşı bacarıram.

– Bodibildinq sizcə xanımın cazibədarlığını pozurmu? Yoxsa əksinə idmanla məşğul olan xanımlar daha cazibədardır?

– Bu suala şəxsən öz adıma cavab verəcəyəm. Mən bodibildinq yox, fitneslə məşğulam. Bu iki idman arasında fərq var. Düşünürəm ki, mən cazibədarlığımı itirməmişəm. Əksinə bu idman növü qadını daha da gözəlləşdirir. İdmanla məşğul olan qadınlarla olmayanları müqayisə etmək istəmirəm. Bu düzgün olmaz, hər kəsin öz seçimi var.

– Peşəkar idman zədəsiz olmur.  Dəmir idmanının da ziyanlı tərəfləri var. Nə düşünürsünüz? Bu idman sizə hər hansı bir ziyan vurubmu?

– İstənilən peşəkar idman bədən xəsarətləri ilə müşayiət olunur. Amma mən bundan uzağam. İndi həvəskar olduğum üçün zədəylə üzləşmirəm.

– Azərbaycanda fitnes və bodibildinqə maraq necədir?

– Son illər Azərbaycanda fitnesə maraq artıb – elə xanımlar arasında da… Mən məşqçilik də edirəm. İncə və bu idmanda peşəkarlığını artırmaq istəyən xanımlara köməklik də göstərirəm.

– Bədəniniz neçə ilə formalaşıb?

– Düşünürəm ki, adi həyatda mənim bədən quruluşum elə də nəzərə çarpacaq dərəcədə deyil. Amma idmanla məşğul olmayanlarla bir cərgəyə qoysaq, fərqi tapmaq mümkün olar (gülür).

– Gündə neçə dəfə məşq edirsiniz? Neçə saat trenajorda olursunuz?

– Mənim məşqlərim yarışlara bağlı olur. Məşqə hazırlaşıramsa, həftədə təxminən 3-4 dəfə, gündə yarım saat məşq edirəm.

– Deyirlər ki, bodibildinqçilər və ya fitnesçilər dərmandan istifadə edib əzələ yığırlar. Siz də hansısa dərmanlardan istifadə etmisiniz?

– Hamının adından danışmaq istəmirəm. Amma hər bir peşəkar idmanda əlavələr, qatqılar olur. Lakin mən böyük arzu və istəklə sağlamlığım üçün özümü inkişaf etdirdim, bədən yığdım. Buna da düzgün qidalanma, sağlam təyin edilmiş məşqlər və vaxtlı-vaxtında istirahətlə nail oldum. Çünki bunları sağlam həyat üçün edirəm. Sonda bütün qadın və qızlarımıza – evdar, yaxud işi olanlara arzulayıram ki, heç vaxt nəyəsə görə bəhanə axtarmasınlar. Özləri üçün hədəf seçsinlər və onun arxasınca getsinlər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Alen Delonun oğlu hansı Azərbaycan yazıçısını “izləyir”? – FOTOLAR  

Next Post

Məşhur müğənni gecə libası ilə – FOTOLAR

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Məşhur müğənni gecə libası ilə - FOTOLAR

Moskvada partlayış təhlükəsi — 900 nəfər təxliyə edildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.