"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“BAXCP-nin Alyansa üzv olmasından şərəf duyuruq və çox şadıq” -MÜSAHİBƏ

19 Noyabr 2015 - 18:15
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Jan Zahradilin APA-ya müsahibəsini təqdim edirik:
– Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (AMİA) məqsədi və əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?
– Bizim Alyans Avropa İttifaqı və ondan kənarda olan partiyalardan ibarət mərkəz-sağçı siyasi ailədir. Bizim məqsədimiz azad bazar iqtisadiyyatını, azad ticarəti, aşağı vergitutmanı, ölkələrin güclü milli suverenliklərini, milli ənənələrə hörməti, mühafizəkar sosial dəyərləri təbliğ etməkdir. Biz getdikcə mərkəzləşən, daha bürokratik olan Avropa İttifaqını dəyişmək, onu daha rahat struktura çevirmək istəyirik.
– Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) bu alyansa qoşulması barədə nə deyə bilərsiniz? Proses necə olub və bu əməkdaşlıq hər iki tərəfə  nə kimi faya verəcək?
– BAXCP Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına üzvlük üçün müraciət edib və proses standart yollarla davam edib. BAXCP özünü AMİA-nın şura iclasına təqdim edib və əgər 6 ay ərzində heç bir üzv partiya açıq şəkildə onun namizədliyinə qarşı etiraz etmirsə, o Şuranın səs çoxluğu ilə qəbul edilən qərarına əsasən tam üzv qəbul olunur. Biz gördük ki, BAXCP Reykyavik bəyannaməsində göstərilən AMİA prinsiplərinə və proqramına uyğundur və biz onun bizə üzv olmasından şərəf duyuruq və çox şadıq.
– Azərbaycanla gələcək əməkdaşlıq üçün hansı planlar var?
– AMİA-nın prezidenti kimi mən çox tezliklə Azərbaycana səfər edəcəyəm. Azərbaycan siyasi və iqtisadi nöqteyi-nəzərindən çox vacib ölkədir. Biz Azərbaycanı sabit və çiçəklənən görmək istəyirik. Biz Azərbaycanla Aİ arasında daha yaxşı qarşılıqlı anlaşılmaya və daha yaxşı əməkdaşlığa kömək etməyə şadıq. Bəzi mühakimələr və dezinformasiyalar hələ də mövcuddur, biz bunları aradan götürməyə kömək edə bilərik.
– Siz Azərbaycanla və Azərbaycandan üzv olan partiya ilə həyata keçirməyi planlaşdırdığınız hər hansı layihələr varmı?
– Hansı konkret addımları ata biləcəyimizi zaman göstərəcək. Azərbaycan müsəlmanların çoxluq təşkil etdiyi, lakin dünyəvi olan çox gözəl nümunə ölkəsidir. Azərbaycan təcrübəsindən öyrənməli olan dərslər var. Bununla yanaşı, Azərbaycanın ona qalan post-sovet ölkəsi varisliyinin öhdəsindən necə gəlməsinə diqqət ayırmağa dəyər. Mən özüm də post-kommunist mühitdən çıxmışam (keçmiş Çexoslovakiya). Ona görə də  keçmiş kommunist rejiminin bütün şablonlarından necə qurtulmağın çox çətin olduğunu bilirəm. Həmçinin Azərbaycanın mədəni zənginliyi, geostrateji mövqeyi və ya enerji siyasəti daha yaxşı araşdırılmağa layiqdir. Alyans tərəfdən deyə bilərəm ki, biz BAXCP ilə bir neçə ümumi layihələri maliyyələşdirməyə razıyıq.
– Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkir. Münaqişəmin digər tərəfi olan ölkə də sizin üzvünüzdür. Sizin Alyansın bu problemlə bağlı mövqeyi necədir.
– Bu çox həssas ikitərəfli problemdir və ikitərəfli səviyyədə həll olunmalıdır. Biz ikitərəfli problemlərə müdaxilə etmirik. Adi həll kənardan gətirilə bilməz. Biz yalnız ümid edə bilərik ki, AMİA-ya üzvlük iki tərəfin bir-birini daha yaxşı anlamasına kömək edəcək.
– BAXCP-AMİA əməkdaşlığının Dağlıq Qarabağ münaqişəsinin həlli üçün faydası nə ola bilər?
– Bir daha qeyd edirəm ki, üzv ölkələri arasındakı bu cür həssas ikili problemlərə müdaxilə etmək AMİA-nın siyasətində yoxdur. Biz onlara ünsiyyət qurmağa, müzakirə aparmağa, əlaqələri möhkəmləndirməyə kömək edə bilərik. Lakin istənilən kənar müdaxilənin heç bir faydası olmaz. Bu həmçinin bu münaqişənin həllinə bilavasitə cəlb olunan bəzi ölkələrə də aiddir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Eldar Mahmudovun anası Zinaida Mixaylovna oğlunun iş yerindən çox nigaran idi”

Next Post

Vaşinqtonda fövqəladə vəziyyət elan edildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Vaşinqtonda fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Emerson adına Elmi Hesablamalar Mərkəzinin direktoru BDU-da mühazirə oxuyub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.