
Könüllü şəkildə Azərbaycan əsgərlərinə təslim olan və bir müddətdən sonra geri qaytarılan Ermənistan hərbiçisi Andranik Qriqoryana indiyədək valideynləri ilə görüşməyə icazə verilmir.
Elchi.az-ın erməni KİV-nə istinadən məlumatına görə, Qriqoryanın yeznəsi Armen Arutyunyan bidirib ki, tibbi müayinədən sonra Androniki sorğu-sual üçün polis bölməsinə aparıblar: “Biz onun evə nə vaxt buraxılacağı ilə davamlı olaraq maraqlanırıq. Deyirlər ki, Azərbaycanda saxlanıldığı 8 ay müddətində başına gələnləri danışdırıb, dediklərini başa düşdükdən sonra onu evə buraxacaqlar. İndiyə kimi qohumlardan heç kim onu görməyib”.
Xatırladaq ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını əsas götürərək 2015-ci il martın 22-də könüllü şəkildə Azərbaycan hərbçilərinə təslim olan Ermənistan hərbçisi, 1991-ci il təvəllüdlü Qriqoryan Andranik Araratoviçi noyabrın 18-də azad edərək qarşı tərəfə qaytarıb.



