"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənilər indi də guya bölgədə İslamlaşmadan narahat olublar – ŞƏRH

20 Noyabr 2015 - 21:18
in XƏBƏR LENTİ

Ermənistan potensial terror mənbəyi olaraq qalmaqdadır

Dünyanı bilmirəm, ancaq türklər erməniləri çox yaxşı tanıyır. Onların fiziki olaraq yaşamaqdan başqa məqsəd üçün aldıqları nəfəsin səbəbini belə türk etnosu çox gözəl bilir. Ancaq bəzən özündənrazı dövlətlər, beynəlxalq təşkilatlar belə ermənilər barədə elə yanaşmalar ortaya qoyurlar ki, təəccüb və heyrətdən adamın əli üzündə qalır.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Noyabrın 13-də Parisdə törədilən terror Fransaya yaxın və uzaq ölkələrin hamısında üzgünlük və narahatlıq yaradıb. Bu məsələ heç şübhəsiz ilk növbədə İslam dininə inanan dövlətlərin əhalisini müəyyən mənada narahat etməkdədir. Qərblə terrorçular arasında silahlı mübarizənin Əfqanıstan, İraq və Suriya kimi ölkələrdə getdiyindən onların bu halı da başadüşüləndir.

Təbii ki yazıda məqsədimiz heç də bunu şərh etmək deyil. Bu yazıda Ermənistan və ermənilərlə bağlı son günlər yayılan üç məsələyə münasibət bildirmək istəyirik.

Erməni ərəbşünası Sarqis Qriqoryan Parisdəki terrordan danışarkən bildirib: “Bu məsələdən narahat olmağımıza əsas var. Regionda radikal islamçılıq artmaqdadır. Şimali Qafqazda artıq “İslam dövləti” vilayəti elan edilib”.

Buna diqqət ayırmamaq da olardı. Ancaq 1980-ci illərdə ermənilərin əli ilə başlayan bəzi proseslər unudulmadığından, bu ərəbşünas erməninin də fikirlərini diqqətdənkənar qoymaq olmaz.

Qeyd edək, Azərbaycanın Xankəndi şəhərində anadan olan erməni terrorçusu Zori Balayan “Ocaq” adlı kitabında Azərbaycan və Türkiyə türklərini Rusiyanın düşməni adlandırırdı. O yazırdı ki, türklər Ermənistanı mühasirəyə salıb və ermənilər nəfəs ala bilmirlər. Onun ardınca da keçmiş SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun müşaviri Aqambeqyan Fransada çıxan “Humanite” qəzetinə müsahibəsində Dağlıq Qarabağın tezliklə Ermənistana veriləcəyini söyləmişdi.

İndi boş-boşuna ağız dolusu təriflənən, arzulanan və hətta təbliğatı aparılan SSRİ-nin mövcudluğu dövründə Azərbaycanın ərazilərinin işğal edilməsinin və azərbaycanlıların öz torpaqlarından çıxarılmasının əsası qoyulub. Həmin çıxışlar və kitablar da elə o dövrlərin məhsuludur.

Bu baxımdan “İslam təhlükəsi”ni bəhanə edərək ermənilər indi də “bölgədəki radikal İslam bizi yaşamağa qoymur, bizə yardım edin” deyib, himayədarlarının bölgəyə girməsinə bəhanə verə bilərlər. Elə 1990-cı ilin yanvarın 20-də də sovet qoşunları Bakıya guya erməniləri müdafiə etmək məqsədilə yeridilmişdi.

Onu da qeyd edək ki, Ermənistan İran İslam Respublikasının təbii qazına qızınır.

Bu günlərdə Ermənistanın Xarici İşlər Nazirliyi BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Konvensiyasının yerinə yetirilməsi ilə bağlı hesabat yayıb. Hesabatda bildirilib ki, ölkədə irqi ayrı-seçkilik yoxdur, etnik azlıqların hüquqları qorunur.

Bu hesabatın yayılmasının əhəmiyyətinin olmadığı da sirr deyil. Hər kəsə yaxşı məlumdur ki, Ermənistan monoetnik və birirqli, təriqətli ölkədir. Orada heç xristianlığın qriqorian təriqətindən başqasına tapınanlar da demək olar ki, yoxdur. Olanlar da xarici ölkələrin təmsilçiləri və ruslar ola bilər.

Etnik azlığa gəlincə, orada əsas etnik azlıq yezidi kürdlərdir. Onlar da Ermənistanda sıxışdırıldığı, mill haqlarının tapdalandığı haqda aksiyalar keçirir, məlumatlar yayırlar.

Londonda yerləşən Beynəlxalq İqtisadiyyat və Sülh İnstitutu “2015-ci ildə terrorçuluğun qlobal reytinqi” siyahısında Ermənistanı 162 dövlət arasında 116-cı yerdə göstərib və ən təhlükəsiz ölkə kimi təqdim edib.

Burada da subyektivizmin olduğu şübhə doğurmur. Bu ölkənin parlamentində bir qrup silahlının deputatları qətlə yetirməsi faktı unudulubmu?

Axı, qonşu dövlətin, Azərbaycanın ərazisini işğal edən, Gürcüstan, İran və Türkiyəyə ərazi iddiası irəli sürən Ermənistan bölgədə terrorun və sabitliyin pozulmasının mənbəyi olduğu halda təhlükəsiz ölkə ola bilərmi? Təbii ki, yox.

Ermənilərin “Asala” adlı terror təşkilatı özünü buraxıbmı? Bu ölkə potensial terror mənbəyi olaraq qalmaqdadır.

Son 26 ildə bölgədəki pozuculuq hallarının hamısı erməni terrorçuluğu və Ermənistanın adı ilə bağlıdır.

Qeyd edək ki, bu gün 1991-ci il noyabrın 20-də Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu “Mi-8” helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasından 24 il ötür.

Hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı – ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub.

Beləliklə, ermənilər özlərinin törətdikləri çoxsaylı terrorlarını ört-basdır etmək üçün indi də İslamı qaralamağa başlayıblar. Neçə əsrlərdir ermənilər müsəlmanların, o cümlədən türklərin əhatəsində yaşayıblar. Çörəyi dizlərinin üstündə olan bu etnosun təmsilçilərini indi də İslam qarabasması müşayiət etməyə başlayıb. İndi də “islamlaşma”dan narahatdırlar və bununla bağlı hay-küy salırlar. Lap elə bir zamanlar “türk təhlükəsi” ilə bağlı etdikləri kimi. Axı, xain xoflu olar…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan XİN erməni nazirə cavab verdi

Next Post

İlham Əliyev mükafata layiq görüldü

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İlham Əliyev mükafata layiq görüldü

“Azərbaycanda kriminal şəbəkələrin əllərində böyük pullar var”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.