"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Daha 15 kəndə qaz verildi

21 Noyabr 2015 - 08:29
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Noyabrın 20-də Göyçay, Bərdə, Lerik, Şəki, Neftçala və Salyan rayonlarının daha 15 kəndinə təbii qaz verilib.

AzVision.az SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Göyçay rayonunda keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 373 abonenti olan Alxasava və Qaraman kəndlərinin yenidən qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 46 029 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Bərdə rayonunun Qaradəmirçi-1 və Qaradəmirçi-2 kəndlərinin də qaz təchizatı bərpa edilib. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, ümumilikdə 683 abonenti olan kəndlərin qazlaşdırılması zamanı 25 kilometrdən artıq qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Şəki rayonunun Sarıca və Baltalı kəndləri də uzun sürən fasilədən sonra yenidən qazlaşdırılıb. Bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, 673 abonentlik kəndlərin qazlaşdırılması zamanı 31 427 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borulardan istifadə edilib, abonentlərin hər biri sayğac və fərdi tənzimləyicilərlə təchiz olunub.

Salyanın Xələc kəndinin də qaz təchizatı bərpa edilib. Vurğulanıb ki, 625 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 48 753 metr uzunluğunda qaz xətləri çəkilib, 625 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Noyabrın 20-si Lerik və Neftçala camaatı üçün daha əlamətdar olub. Belə ki, bu iki rayonun ümumilikdə 8 kəndində ilk dəfə mavi alov şölələnib.

Lerik rayonunda bu münasibətlə keçirilmiş tədbirlərdə bildirilib ki, ümumilikdə 238 abonenti olan Hıramo, Yuxarı Bilnə, Livədirqə, Nüsomurya və Qədimküçə kəndlərinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 20 558 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Neftçala rayonunda keçirilmiş tədbirdə isə vurğulanıb ki, rayonun ümumilikdə 615 abonenti olan Boyad, Ballıcalı və İkinci Qaralı kəndlərinin ilk dəfə qazlaşdırılması zamanı 39 110 metrlik müxtəlif diametrli qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Hər şey yüksək səviyyədə olacaq` – İltimas Məmmədov

Next Post

Ölkədən çıxmasına qadağa qoyulan yüzdən artıq şəxsin adları açıqlandı – RƏSMİ SİYAHI

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ölkədən çıxmasına qadağa qoyulan yüzdən artıq şəxsin adları açıqlandı - RƏSMİ SİYAHI

Gələn həftə qalmaqallı həbslərin olacağı gözlənilir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.