Türkiyə Xarici İşlər naziri Firudin Sinirlioğlu ABŞ Dövlət katibi Con Kerri ilə telefon əlaqəsi yaradıb.
Axar.az xəbər verir ki, danışıq zamanı Türkman Dağı bölgəsində yaşayan türkmanların düşdüyü acınacaqlı vəziyyət müzakirə olunub.
Bundan əlavə, Rusiyanın dəstəyi ilə Suriya ordusunun Fəth ordusuna qarşı apardığı əməliyyatlarla bağlı fikir mübadiləsi yürüdülüb.
Qeyd edək ki, danışıq Baş nazir Əhməd Davudoğlunun təlimatı əsasında baş tutub.




