Emin Ağalarov Əminənin yeni fotosunu paylaşıb.
Rusiyada yaşayan azərbaycanlı müğənni-bəstəkar Emin “facebook”da övladları ilə birlikdə yeni şəklini paylaşıb.
ANS PRESS-in məlumatına görə, Eminin yanında oğulları Əli və Mikayıl, həmçinin keçmiş həyat yoldaşı Leyla Əliyevanın övladlığa götürdüyü balaca Əminə olub. Şəkildə ifaçı uşaqlarla birgə futbol meydançasında oynayır.

Eminin paylaşdığı yeni foto
Ötən gün iş adamı “İnstagram”da da övladları ilə birlikdə şəklini paylaşmışdı. Həmin şəkildə də Eminin yanında oğulları Əli və Mikayılla yanaşı , həmçinin balaca Əminədə var idi. İyul ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olan körpə qızı övladlığa götürüb.

Leyla Əliyeva valideyn himayəsindən məhrum olmuş uşaqların əhatəsində
Leyla Əliyeva noyabrın ortalarında sosial şəbəkədə övladlarının yeni fotosunu paylaşıb. Onun adına olan “İnstagram” səhifəsində paylaşılan fotoda Leyla Əliyevanın əkiz oğlanları Əli və Mİkayılla yanaşı Əminə də var.

Leyla Əliyevanın paylaşdığı yeni foto
Xatırladaq ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov mətbuata müsahibəsində Fondun vitse-prezidenti Leyla Əliyevanın övladlığa uşaq götürdüyünü açıqlamışdı:
“Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb. Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm”.




