"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda sələfilərin biznesi

24 Noyabr 2015 - 10:51
in GÜNDƏM

Azərbaycanda sələfilərin biznesi

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Bu dini təriqətin üzvlərinin xüsusilə istilik sistemləri, gümüş əşyalar və ətirlərin satışında monopoliya qurduqları deyilir

 
Son günlər mətbuatda  yayılan məlumatlarda iddia olunur ki, Milli Təhlükəsizlik Nazirliyinin  ifşa olunan bəzi əməkdaşları, ölkədə sələfilərin (vəhhabilərin) də fəaliyyətinə dəstək veriblər. Məlumatlara görə, son illər “vəhhabi” məsələsi, demək olar ki, bütövlükdə MTN-in monopoliyasına keçibmiş. Əməliyyat sirri və əməliyyat zərurətini bəhanə gətirən bu qurumun rəsmiləri, vəhhabilərlə bağlı nə varsa – onların bizneslərindən tutmuş məişət cinayətlərinədək – digər strukturları (Gömrük, Vergilər, hətta DQİK və QMİ) kənarda saxlayıblar.  Nəticədə isə onlara nəzarət bir strukturun-MTN-in əlində cəmləşib ki, bu da hər iki tərəfə sözün həqiqi mənasında xeyir verib. 
Lakin musavat.com-a daxil olan məlumata görə,  MTN-də son həbslər fonunda dövlət əleyhinə olan bir sıra məqamlarla bərabər, sələfilərin də Azərbaycanda kök salmasının qarşısının alınması istiqamətində  hüquq-mühafizə orqanları tərəfindən işlərə başlanılıb. Bəs sələfilər Azərbaycanda necə kök salıblar?
Sələfilərin biznesləri
 
Sələfilərin Azərbaycanda müxtəlif sahələr üzrə,  xüsusilə də istilik sistemləri, gümüş əşyalar, ətirlərin satışı istiqamətində monopoliya qurduqları haqqında daha öncə mətbuat səhifələrində yazılar dərc olunub. Görünür, bu biznes fəaliyyətinin nəticəsidir ki, sələfilərin maddi durumları digər dini cərəyan üzvlərinin vəziyyətindən yaxşıdır. Belə ki, müşahidələr göstərir ki, Azərbaycandakı sələfilərin kifayət qədər biznes strukturları, bahalı avtomobilləri, əmlakları var.
Sələfilər biznes şəbəkələrini isə demək olar ki,  8-ci kilometr qəsəbəsində qurublar. Buradakı avtomobil servislərində və xırda obyektlərin bir çoxunda onlara rast gəlmək olur. Eyni zamanda məşhur oboy  şirkətlərinin distribütorlarının da bu cərəyanın üzvlərinə məxsus olması iddia olunur.
“MTN işi”nin sələfilərin biznes fəaliyyətinə təsiri
 
Əldə etdiyimiz məlumata görə, “MTN işi” ilə bağlı aparılan əməliyyatlar çərçivəsində sələfilərin də fəaliyyətlərinin məhdudlaşdırılması istiqamətində müvafiq qurumlar hərəkətə keçiblər. Hətta son günlər mətbuatda yazılmasa da, fəaliyyəti şübhə doğuran bir neçə vəhhabinin  saxlanıldığı da bildirilir.
Paytaxtda vəhhabilərin biznes fəaliyyətinin geniş olduğu qeyd olunan məkanlara  üz tutduq.
8-ci kilometr yaxınlığında yerləşən köhnə maşın bazarında  az sayda da olsa, sələfilərə hələ də rast gəlmək olur.  Bazarda satıcılarla söhbətimiz zamanı onlar bildirdilər ki, təxminən bir il öncə sələfiləri oradan qovublar. Ancaq hadisədən iki ay sonra, yenidən hansısa qüvvə onları bazarda yerləşdirib. Satıcılar bildirdilər ki, bazarda son günlər sözügedən dini cərəyan üzvlərinin sayı yenidən azalmağa başlayıb. Adının çəkilməsini  istəməyən satıcının sözlərinə görə, onların biznes şəbəkələrini genişləndirmək üçün xüsusi yöntəmləri də olub: “Əgər onlarda müştərinin istədiyi hər hansı bir detal olmurdusa, həmin şəxsi digər cərəyan üzvü olan satıcının yanına göndərirdilər. Eyni zamanda onlar özləri üçün bazarda elə sistem qururlar ki, hamısı gün ərzində müəyyən miqdarda pul qazana bilir. Birinin yanına gələn müştəri  mal alırsa, başqa bir şey də istəyəndə onu göndərirlər ”qardaş” dedikləri digər sələfinin yanına. Son zamanlar isə bazardan çıxıblar. Görünür, başqa yerdən də gəlirləri var”.
Azərbaycanda istilik sistemləri bazarında da sələfilərin çoxluq təşkil etdiyi heç kəsə sirr deyil. Xüsusilə də onlara kombi satılan mağazalarda daha çox  rast gəlinirdi. Yayılan məlumatlara görə,Azərbaycanda radikalizmə qarşı hüquq-mühafizə orqanlarının son günlər başladığı təhlükəsizlik tədbirləri və əməliyyatların bir tərkib hissəsi də kombi biznesinin vəhhabilərin əlindən alınmasına yönəlib.
“8-ci kilometr bazarı”nda, eləcə də “Laçın” ticarət mərkəzində olduğumuz zaman çox az sayda sələfiyə rast gəldik. Onlar isə bazarda satıcı yox, alıcı qismində idilər. “Laçın” ticarət mərkəzində fəaliyyət  göstərən satıcılar bildirdilər ki, təkcə istilik sistemi yox, geyim satışında da onlar olduqca fəaldırlar. Lakin satıcıların dilləri ilə desək, son zamanlar “saqqallılara” az rast gəlinir.
Məsələ ilə bağlı “Yeni Müsavat”a siyasi şərhçi Azər Rəşidoğlu danışıb. O bildirib ki, hakimiyyətin din siyasətində ciddi boşluqlar mövcuddur: “Ölkədə dini maarifçilik aparılmadığına görə xarici ölkələr boşluğu doldurmağa cəhd göstərirlər. Öz ölkəsinin maraqlarına deyil, xarici güc mərkəzlərinin maraqlarına xidmət edən hər bir qrupdan təhlükə gözləmək mümkündür. Odur ki, dövlət bu məsələlərə nəzarəti gücləndirməlidir. Lakin mən hesab etmirəm ki, qadağalar yolu ilə problemi həll etmək mümkündür. İlk növbədə, dini sahədə düzgün marifləndirmə işinə önəm verilməlidir. Azərbaycan daima dini tolerantlığına görə seçilib. Düşünürəm ki, məzhəb savaşını yaratmaq istəyənlər barəsində ciddi ölçülər götürülməlidir. Qanunvericilikdə dəyişiklik edilməli və dini ayrı-seçkilik salmaq istəyənlər barəsində ən ağır cəza verilməlidir. Bu, amansız görünə bilər, lakin Yaxın Şərqin yaxın və uzaq tarixinə nəzər etsək, belə addımların vaxtında atılmamasının hansı fəsadlara gətirib çıxartdığını görə bilərik”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Akif Çovdarovun keçi ferması, MTN məmurlarının zavodları, restoranları…

Next Post

Prezidentlər 1 dekabrda görüşəcəklər

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Prezidentlər 1 dekabrda görüşəcəklər

Parlament seçkilərinin nəticələri təsdiqləndi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.