Rusiya prezidenti Vladimir Putin vurulan “Su-24” tipli təyyarə ilə bağlı insidentə bu gün qiymət verilə bilər.
Bu barədə Elchi.az “TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib: “Mən Putinin kralla (İordaniya kralı II Abdulla) görüşü zamanı bəyənat verəcəyini deməmişəm”, – deyə Peskov qeyd edib.
O, fikrinin təhrif olunduğunu diqqətə çatdırıb: “Mən dedim ki, ehtimal ki, bu məsələ görüş zamanı qaldırıla bilər. Ola bilsin ki, prezident hadisəni qiymətləndirsin”.




