"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nə qədər ki, mətbuat sifarişlə işləyəcək sözümüzün kəsəri olmayacaq

25 Noyabr 2015 - 10:02
in XƏBƏR LENTİ


-Əvvəlcə tərcümeyi-halınız haqqında məlumat verərdiniz.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

-Məncə hər kəsin tərcümeyi-halı onun fəaliyyətidir. Mənim yaşımın tən yarısı peşə fəaliyyətimlə bağlıdır. Oğuzda o zamanlar bu peşəni seçənlər çox az idi. Bəlkə də barmaqla sayılacaq qədər adam tanıyırdım ki, jurnalistikanı seçmişdi. Görünür, bu xüsusilə ona görə idi ki, jurnalistika indiki qədər əlçatan deyildi. Heç kimin xətrinə dəymək istəmirəm, amma bu gün jurnalistikada təsadüfi adamlar çoxdur. Mən də açığı risk etmirdim bu fakültəyə sənəd verməyə. Ona görə də birinci ili universitetin filologiyaya fakültəsinə hazırlaşdım və konkursa düşdüm. Deməli qismətimdə jurnalist olmaq varmış. Tərcümeyi-halımda əhəmiyyətli yeri peşəm tutur deyə bundan başladım. Adi, sadə bir ailədə evin sonbeşiyi, 7 uşaqdan ən balacasıyam. Amma bəzən elə olur ki, ailənin böyüklərinin mənim məsləhətimə ehtiyacları olur. Buna mənim özümütəsdiqim kimi yanaşıram.

-İndi Azərbaycan jurnalistikası özünün hansı dövrünü yaşayır? Tənəzzül, yoxsa tərəqqi? Və niyə?

– Azərbaycan mətbuatı elə bir mərhələdədir ki, onun hansı dövrü yaşadığını müəyyən edə bilmirsən. Hərdən mənə elə gəlir ki, mediada bir xaos hökm sürür. Nə qədər elektron sayt olar? Nə qədər dezinformasiya yayarlar? Yadımdadır, mən jurnalistikaya təzə başlayanda, yəni 90-cı illərin sonlarında bu işi bir neçə qəzet görürdü. Hətta xatırlayıram ki, ölkənin baş prokuroru ilə onun birinci müavini aralarındakı ədavəti hərə öz kurasiyasındakı qəzet vasitəsilə çatdırırdı. İnanmıram ki, ictimaiyyətə, daha yüksək instansiyaya. Amma indi vəziyyət daha qəlizdir. İndi bu və daha pis işləri görən elektron saytlar saya gəlməzdir. Missiyaları da fərqli. reketçiliklə də məşğuldurlar, məmur oyunlarına da bulaşıblar…İndi özünüz nəticə çıxarın. Tənəzzüldürsə adına tənəzzül deyək, tərəqqidirsə tərəqqi. Hər halda düşünürəm ki, Azərbaycanda jurnalistika bundan yaxşı, bundan peşəkar olmalıydı.

– Bəlkə ona görə medianın sözünün kəsəri yoxdur?

-Bəli. Nə qədər ki, mətbuatımız sifarişlə işləyəcək, nə qədər ki, peşəmizin yox, nəfsimizin qulu olacağıq, sözümüzün kəsəri də olmayacaq. Amma burda əlbəttə başqa faktorlar da var. Adətən, mətbuatın hədəfi kimlər olur? Ayrı-ayrı məmurlar, vəzifə sahibləri. Uzağa getməyək. Götürək Çovdarovu. Əgər vəzifəsində qalsaydı, istəyir bütün mətbuat yığışsın, ona nə etmək olardı? Yəni, sözümüzün kəsəri həm də ona görə yoxdur ki, vəzifə adamlarının əksəriyyəti mətbuatı heç qarışqa da saymır.

– Həmişə səs-küy doğuran, diqqətdə olan jurnalistlərdən hesab olunmusunuz. Milli Məclislə niyə yola getmirsiniz? İllər əvvəli xatırlatmaq istərdim: bir vaxtlar millət vəkili olan, rəhmətlik Mikayıl Mirzə ilə bir narahatçlıq yaşamışdınız. Elə bu yaxınlarda da Milli Məclisdə qanun layihəsinə səsvermə ilə baglı hazırladıgınız süjet qalmaqal yaratdi ve demək olar ki, ora getməyinizə mane oldu.

-Eşitməmisinz, düz adam düzdə qalar? (Gülür.) Mənim həmişə bir devizim var. Nə olursa olsun, haqqın tərəfində ol. Düzü düz, əyrini əyri yaz. Ölən adamın dalınca danışmazlar, Mİkayıl Mirzə ilə konflikt onun mətbuatın ünvanına ” Siz mətbuatın tulalarısız” ifadəsindən sonra yaranmışdı. O vaxt Mikayıl Mirzədə də məmurlaşma prosesi gedirdi. Sadə bir aktyor gəlib deputat olmuşdu, çiyninə məleykələr qonmuşdu və o da özündə-sözündə deyildi. Özünü parlamentdə əsl aktyor, hansısa rolunun qəhrəmanı kimi aparırdı. Amma görürsüz, tarix sübut etdi ki, haynan gələn, huynan gedir. Mən heç vaxt qalmaqal yaratmaq istəməmişəm, sadəcə həqiqəti yazmışam. Həqiqət isə acı olur və hər adam da bunu həzm etmir. Milli Məclislə bağlı son hadisə də bu qəbildən idi. Guya mən istəsəydim orada başqa jurnalistlər kimi deputatlara yarına bilməzdimmi, özümə gün ağlamazdımmı? Bu mənim tərzim deyil. Heç vaxt sifətimi itirmərəm.Qaldı parlamentə gedə bilməməyimə.. Görünür, bu bir işarə idi ki, mən daha ora jurnalist kimi yox, deputat kimi getməliyəm.

-Siz bir peşəkar kimi mediaya gələn təsadüfü insanlarla bağlı hərdən öz sosial şəbəkənizdə də tənqidi fikirlər yazırsınız. Jurnalistika “karvansara qapısı”dır ki, hər kəs başını içəri salır?

-Jurnalistikaya nahaq yerə 4-cü hakimiyyət demirlər. Bu söz xatirinə deyilmiş söz deyil. Normal cəmiyyətlərdə buna məhz belə də yanaşırlar. Bizdə hər yerindən duran jurnalistikaya qaçır. Sonra da bu peşəni bəyənmir. Xüsisilə bu vəziyyət telejurnalistikada özünü göstərir. Bir dəfə aparıcılardan biri dedi ki, mən heç vaxt jurnalist işləmərəm. Mən ancaq aparıcı olacağam və s. Mən ona dedim ki, bala, bu mənim peşəmdir, bu fakültəni qazanmaq üçün mən 3 il dalbadal universitetə sənəd vermişəm və hər dəfə də yüksək balla konkursa düşmüşəm. Sənin mənim peşəmi aşağılamaq haqqın yoxdur. Sadəcə sən de ki,jurnalist işləmək üçün qabiliyyətim yoxdur, başa düşək. Axı hər oxuyan Molla Pənah olmur.

-Son vaxtlar daha cox sənədli filmlər uzərində işləyirsiniz. Bu cür filmlərə auditoriyanın marağı çoxdur? Özünüz bu filmlərdən nə qazanırsınız, maddi və mənəvi?

-Sənədli film çəkmək marağım Əlağa Şıxlinskinin “Xatirələrim” kitabını oxuyandan sonra yarandı. Ona qədər də general haqqında sənədli filmlər çəkilmişdi. Amma mənim filmimdə məkanlar vardı, Şıxlinskinin ilk hərbi təhsilini aldığı Tiflis, topla müdafiəsini qoruduğu Peterburq. Nəticə uğurlu oldu. “Artilleriya Allahı” filmi məni bu işə həvəsləndirdi. Bu işdən daha çox zövq alıram. Onsuz da bir millət olaraq kitab oxumağı çox da sevmirik. Adi bir misal. Araşdırmaçı jurnalist Şəmistan Nəzirli bəlkə də həyatını bu generalları araşdırmağa həsr edib. Neçə kitab müəllifidir. ” Sərdar “filmindən sonra mənə deyir ki,” el qızı, bu necə olur, mən ömrümü həsr edirəm kitab yazıram, heç kim məndən danışmır. Sən bir film çəkdin, hamı səni tərifləyir? Mən yazıq bir tək Port Artura getməmişdim(Gülür). Deyirəm Şəmiştan müəllim, cavabı sadədir. Biz kitab oxumuruq, televiziyaya isə baxmağa məcburuq. Düşünürəm ki, belə filmlərlə tamaşaçıya tariximizi sevdirə, tanıda bilərik. Qazancım isə əlbəttə ki, eşitdiyim “sağ ol”dur.

– Bu yaxınlarda əməkdar jurnalist adi aldiniz. Dünyanın aparısı medialarının jurnalist kodeksində bəxşiş, hədiyyə və s. qəbul edilməz sayılır. Sizcə jurnalistin mukafatlandirilmasi ( ad, mənzil verilməsi) obyektivliyi pozurmu?

– Bir jurnalist həmkarımız vardı, ev alandan sonra hər gün burda statuslar paylaşırdı. Yeri gəldi-gəlmədi məddahlıq edirdi. Mən ona yazdım ki, evin sağlığına qismət. Amma sən buna öz əməyinə verilən qiymət kimi yanaş, layiqsənsə, layiq olduğun üçün verildiyini düşün. Mən əməkdar adıma o cür yanaşdım. Bu mənim obyektivliyimə heç bir halda təsir etmir.

-Jurnalitlər bəzən çaılışdıqları media qurumunu müdafiə edir. Onun problem yaşadığı qarşı tərəflə sankı mübarizə aparırlar. Axı, əslində jurnalistin belə bir missiyası yoxdur. Başqa bir tərəfdən bəlkə media qurumu haqsızdır və nədən jurnalist bilərəkdən, ya bilməyərəkdən bu cür proseslərə qoşulur. Məsələn, sizin çalisdiginiz ANS şirkətlər qrupu da tez-tez diqqət mərkəzində olur və MTRŞ ilə narazılıqda siz də onu müdafiə edənlərdənsiniz? Bu sizə lazımdır?

-İş yeri ailə kimidir. Ailə üzvündən birinə kimsə hücum edəndə, haqlı yaxud haqsız olmasından asılı olmayaraq onu müdafiəyə qalxırsan. Mən susa bilmirəm. Əlbəttə belə bir vəzifəm də , öhdəçiliyim də yoxdur. Sonuncu hadisədə daş tək ANS-in yox, hamımızın bostanına atılmışdı. Mən jurnalistdən də çox bir qadın, bir ana kimi yanaşdım məsələyə. O yerdə ki, susa bilmirəm, danışacam. Bu mənim xarakterimdir.

-Müsahibəyə görə, təşəkkür edirəm.

 Müəllif: Nazilə Xaqan

İnformator.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Bəzən qürurunu qorumaq üçün güclüyə birinci yumruq vurmalı olursan…” – Fazil Mustafa Türkiyənin rus təyyarəsini vurmasından yazdı

Next Post

Nazirlik işçisi rüşvət alarkən tutuldu

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Nazirlik işçisi rüşvət alarkən tutuldu

Abdulla Güldən şok açıqlama: “Türkiyə dağılacaq!”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.