"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yol polisi rəisi sürücünü şəxsi maşını ilə qovdu, maşını yandırdı 

25 Noyabr 2015 - 22:29
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Elməddin Bayramov: «Belimə təpiklə vurdu, polis olduğunu hardan bilərdim?..»

Bakıda polis rəisinin şəxsi avtomobili ilə təqib etdiyi gənc maşınını yandırıb.

Cebhe.info xəbər verir ki, “Qafqazinfo”ya şahidlərin verdiyi məlumata görə, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib. Rayonun İ.Musayev küçəsində Suraxanı Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi polis mayoru 1982-ci il təvəllüdlü Emin Məmmədov ərazidə xidməti yoxlayarkən öz şəxsi “Porshe” markalı 10 AN 014 nömrəli avtomobili ilə hərəkətdə olarkən həmin istiqamətdə “Vaz-2105” markalı 10 GO 893 nömrəli avtomobilin konstruksiyasında dəyişiklik edildiyini və yüksək sürətlə ziq-zaqvari hərəkətlər etdiyini görüb. Mayor E.Məmmədov dərhal ərazidə xidmət aparan Yol Patrul Xidmətinə məlumat verərək saxlanılmasına göstəriş verib. Lakin yol polisi əməkdaşları hadisə yerindən bir qədər uzaqda olduğundan polis mayoru həmin avtomobili özü uzaqdan müşayiət etməyə başlayıb. Bu zaman Z.Şərifov küçəsində yolun hərəkət istiqaməti qurtardıqda E.Məmmədov ona yaxınlaşıb və sürücü ilə arasında mübahisə yaranıb. Daha sonra sürücü öz avtomobilinə qayıdıb və salona daxil olaraq içəridən maşınını yandırıb. Sonra isə polis mayorunun “Porshe” markalı avtomobilin arxa nömrəsini qopararaq hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı ittiham olunan Xocalı şəhər sakini olan və hazırda Yeni Günəşli qəsəbəsində yerləşən 24 saylı xəstəxanada məskunlaşan 1989-cu il təvəllüdlü Elməddin Bayramov bildirib ki, ona qarşı cinayət işi açılmasından xəbərsizdir: «Qızımın ağciyərində ləkə var, onun iynəsini vurdurmaq üçün Sutikinti xəstəxanasına aparmışdım, ordan qayıdırdım. Yolda “Porshe” maşını idi, «Cip», məni sıxmağa başladı. İstədim saxlayam, maşında da yoldaşım, 2 yaşında qızım, bibim və bibimin nəvəsi vardı. Bunlar qorxdular, dedilər saxlama, birdən nəsə edər. Biz bilmirdik ki, o polisdi. Mən Günəşliyə dönmək istəyəndə o maşını sıxışdırdı məcbur olub Qaraçuxura getdim. Fikirləşdim ki, yəqin maşının keçmiş yiyəsinin kiminləsə problemi olub, yəqin ona görədi, dedim indi ailəmin yanında mənə əl-qol atar. Buna görə məhəlləyə girdim ki, əl çəksin. Məhəllədə “tupik”ə dirəndim, böyrümü kəsib maşından düşdü. Mən də düşmək istəyəndə qolumu burub yerə yıxdı, belimə təpiklə vurub “açarları ver” deyib qışqırdı. Yoldaşım, uşaqlar məni belə görüb ağlamağa başladılar. Mənə ailəmin gözü qabağında belə etməsi pis təsir etdi, əsəbiləşib özümdən çıxdım. Dedim maşını da, özümü də yandıracağam. Bu da əlini cibinə qoyub dedi ki, yandırmayan kişi deyil. Mən də hirsimdən götürüb benzini maşına tökdüm, yandırdım. Özüm də oturdum maşında, bibim zorla dartıb çıxartdı. Bu gördü ki, maşın alovlandl, qaçmaq istədi. Mən tez onun maşının arxasına keçdim ki, getməsin. Amma maşını üstümə sürdü, gördüm vuracaq, çəkildim. Amma maşının arxa nömrəsindən yapışdım, onu qopardım. O adam sürüb getdi, mən də ordan 102-yə zəng edib məlumat verdim”.

E.Bayramov deyir ki, bu barədə polis bölməsində ifadə verib: “Orda onun maşının arxa nömrəsini təhvil verdim, dedim ki, bunu sübut üçün götürmüşdüm. 32-ci bölmədə müstəntiq mənə dedi ki, döyülməni filan ifadəndə yazma, sənə maşın alıb verəcəyik. Dedilər ki, həm Eminə, həm də mənə cinayət işi açılmalıdır. Mən maşını 1 ay əvvəl almışam, 1700 manat ödəmişdim, 1000 manat da borcum qalıb. Maşının qabağını məndən əvvəlki sahibi qaldırıb. Mən qayda da pozsaydım, mənə işarə verilməli idi. Mən nə bilim “Porshe”dəki kimdi, saxlasam mənə nə edəcək. Ailəm də maşında olub, mən necə ola bilər ki, avtoşluq edim?”

Qeyd edək ki, hadisə ilə bağlı Suraxanı RPİ 32-ci Polis Bölməsi tərərfindən Elməddin Bayramova qarşı Cinayət Məcəlləsinin 211-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

– See more at: http://www.cebhe.info/oxu/6030/#sthash.6SRvtNVD.dpuf

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ankara Moskvaya başsağlığı verdi – Təyyarə davası

Next Post

Təcili: MTN generalı həbs edildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Təcili: MTN generalı həbs edildi

Zərdüşt Əlizadə: Türkiyənin üzr istəməsini söyləyənlərin siyasi savadı yoxdur

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.