"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Zərdüşt Əlizadə: Türkiyənin üzr istəməsini söyləyənlərin siyasi savadı yoxdur

25 Noyabr 2015 - 23:25
in MANŞET, XƏBƏR LENTİ

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

“Bu adamlar sadəcə kiməsə xoş gəlmək üçün danışmaqla ailələrini dolandırırlar”
“Türkiyənin Rusiyadan üzr istəməsini söyləyənlərin siyasi savadı yoxdur”.
Bu açıqlamanı siyasi şərhçi Zərdüşt Əlizadə səsləndirib.
Meydan TV-yə açıqlama verən Zərdüşt Əlizadənin sözlərinə görə, belə adamlara fikir vermək lazım deyil: “Bu adamların siyasətdən anlayışı yoxdur. Bu adamlar sadəcə kiməsə xoş gəlmək üçün danışmaqla ailələrini dolandırır, güzəranlarını keçirirlər. Axı Türkiyə niyə üzr istəməlidir? Əcəb edib hava məkanını pozan təyyarəni vurub, Ankara formal cəhətdən haqlıdır”.
Siyasi şərhçi hesab edir ki, 24 noyabr hadisəsi genişmiqyaslı münaqişəyə çevrilməyəcək: “Bəli, gərgin olan münasibətlər pisləşəcək, amma bir müddətdən sonra yaxşılacaq. Diplomatiya tarixində bu cür hadisələr olub”.
Zərdüşt Əlizadə deyir ki, məlum hadisənin səbəbi aydındır: “Rusiyanın Qərbin inhisara götürdüyü olaya müdaxiləsi Avropanı və Türkiyəni qəzəbləndirmişdi. Qərb açıq şəkildə Rusiya ilə qarşıdurmaya getmədi, amma Ankara bu vəzifəni boynuna götürdü. Xüsusən Ərdoğan ailəsinin biznesi Rusiyanın avia zərbələri nəticəsində böyük ziyan görüb. Bu ailə qeyri-qanuni neft ixracından milyonlarla dollar gəlir götürür, ona görə Ərdoğan qırıcı təyyarənin hava məkanını pozacağı təqdirdə vurmağı əmr etdi. Rusiya təyyarəsi Türkiyənin hava məkanını, doğrudan da, pozmuşdu. Bundan əvvəl də rus təyyarələri eyni addımı atmışdılar. Sadəcə, Türkiyə ümid edirdi ki. Qərb bunu alqışlayacaq. Amma alqışlamadı, dedi ki, get, özün həll et”.
Zərdüşt Əlizadə indiki vəziyyətdə Rusiyanın Türkiyəyə heç nə edə bilməyəcəyini düşünür: “Rusiya hərbi-siyasi və iqtisadi cəhətdən Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan kimi ölkələri əzə bilər. Ancaq NATO üzvü olan və hərbi cəhətdən Rusiyadan geri qalmayan Türkiyəyə heç nə edə bilməz. Moskva nə etsə, beşqat artıq cavabını alacaq. Rusiya vətəndaşlarına Türkiyəyə getməsini qadağan edəcək, bundan Ankara müəyyən mənada itirəcək, amma bu ölümcül itki deyil. Rusiya vətəndaşları isə maddi-mənəvi cəhətdən cəzalanacaqlar. Çünki Türkiyədəki qədər yüksək xidmət və ucuz olan istirahət mərkəzləri yoxdur. Cənub-qaz axını layihəsini də ləğv edə bilməz, çünki özünə ziyan edə bilər. Hadisə olan günü Rusiya televiziyaları isterikaya düşmüşdü, erməni soyqımının tanınmasını tələb edirdilər, onsuz da Putin İrəvana getmişdi, bundan artıq nə edə bilərlər? Yaxud kürd separatçılarına dəstək verilməsini tələb edirlər, belə olanda Türkiyə Qərblə birgə Rusiyadakı separatçılara dəstək verəcək və bundan ziyanı çoxmillətli şimal ölkə görəcək. İstənilən baxımdan Rusiyanın nəsə etmək imkanı çox azdır. Rusiya yalnız həmin bölgədə  Əsədə qarşı çıxanları darmadağın edə bilər ki, Əsəd həmin zolağı nəzarətə götürsün. Hesab edirəm ki, bir müddət gərginlikdən sonra münasibətlər mülayimləşəcək”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Təcili: MTN generalı həbs edildi

Next Post

RƏŞAD MƏCİD: “MƏN TÜRKİYƏNİ RUSİYADAN YÜZ DƏFƏLƏRLƏ ÇOX İSTƏYİRƏM”

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

Next Post

RƏŞAD MƏCİD: “MƏN TÜRKİYƏNİ RUSİYADAN YÜZ DƏFƏLƏRLƏ ÇOX İSTƏYİRƏM”

Rusların Su-24-nü bu bakılı fotoqraf “vurubmuş”...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.