"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

RƏŞAD MƏCİD: “MƏN TÜRKİYƏNİ RUSİYADAN YÜZ DƏFƏLƏRLƏ ÇOX İSTƏYİRƏM”

25 Noyabr 2015 - 23:45
in XƏBƏR LENTİ

“Bəzi populist fikirlərlə çıxış edənlər, bizi Türkiyənin əleyhinə olmaqda günahlandırırlar, onlar hamısı ötəri düşüncələrdir”

Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid öz feysbuk səhifəsində Türkiyə və Rusiya arasında baş verən son hadisəyə münasibət bildirib. Tanınmış jurnalist Türkiyənin Rusiyadan üzr istəməli olduğunu deyib: “Türkiyə Rusiyaya üzrxahlıq etməlidir! Yanlış olub, deməlidir! Yalançı patriotluq, süni millətçilik, pafos yeri deyil, beynəlxalq hüquq, sərhəd pozuntusu zəif bəhanələrdir, təskinliklərdir.
Obamanın münasibətindən aydın göründü ki, sifariş hardan gəlib. Son bir neçə yüzillikdə Türkiyə-Rusiya münasibətlərinin bu cür normal səviyyəyə çatması olmamışdı. Bunu sinirə bilməyən qüvvələr bu provakasiyanı etdi. Regiondakı problemlərin çözülməsi Türkiyə və Rusiyanın birgə əməkdaşlığı sayəsində mümkün ola bilər. Buna isə yenə mane oldular”. Qeyd edək ki, baş yazarın bu açıqlaması sosial şəbəkələrin ciddi müzakirə mövzusuna çevrilib və əksəriyyət R.Məcidi tənqid atəşinə tutub. Hətta bəziləri onu türk düşməni elan edərək öz dostluğundan çıxardığını, bəziləri isə Rusiya sevdalısı adlandıraraq onun ölkədən çıxarılmalı olduğunu bəyan edib.
Məsələyə aydınlıq gətirən R.Məcid “Şərq”ə açıqlamasında qeyd edib ki, bu sözləri kiməsə xoş gəlmək üçün deməyib: “Dünən Türkiyə və Rusiya kanllarını müşahidə etdim. Ona görə də, bu fikirləri səsləndirdim ki, son 3-5 yüz ildə Moskva-Ankara münasibətləri indiki kimi normal olmamışdı. Bundan başqa düşünürəm ki, regiondakı problemlərin həlli ancaq Rusiya ilə Türkiyənin birgə əməkdaşlığı sayəsində mümkün ola bilər. Bir təyyarənin hansısa kilometrdə sərhəddi keçib-keçməməsinə görə onu vurub böyük problem yaratmağı düzgün hesab etmirəm. Bir az tələskənlik və yanlışlıq olub. Rusiyadakı aqressiyanı görürəm. Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi regionda sabitliyi istəməyən qüvvələrin xeyrinədir. Bəzi populist fikirlərlə çıxış edənlər və bizi Türkiyənin əleyhinə olmaqda günahlandıranlar var. Hesab edirəm ki, onlar hamısı ötəri düşüncələrdir. Mən Türkiyəni Rusiyadan yüz dəfələrlə çox istəyirəm. Türkiyəni sevirəm. Türkiyəni sevdiyim üçün də bu fikirləri söyləmişəm”.

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zərdüşt Əlizadə: Türkiyənin üzr istəməsini söyləyənlərin siyasi savadı yoxdur

Next Post

Rusların Su-24-nü bu bakılı fotoqraf “vurubmuş”…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusların Su-24-nü bu bakılı fotoqraf “vurubmuş”...

Rusiya KİV: Təyyarə Obamanın razılığı ilə vurulub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.