"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusların Su-24-nü bu bakılı fotoqraf “vurubmuş”…

26 Noyabr 2015 - 09:13
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Rusiyanın Su-24 təyyarəsinin Türkiyə qırıcısı tərəfindən vurulması rusiyalı sosial şəbəkə istifadəçiləri tərəfindən qızğın müzakirə olunur.

Sosial şəbəkə istifadəçiləri hazırda fəal şəkildə bir fotoşəkli paylaşmaqdadır. Onlar bildirir ki, fotodakı şəxs guya Rusiya təyyarəsinin vuran Türkiyənin F-16-sının pilotudur.

Yüz minlərlə rusiyalının paylaşdığı bu fotoda gənc bir adam təsvir olunur. Hamı onu lənətləməkdə davam edir. Bir çoxları isə hətta bir az da qabağa gedərək həmin şəxsi – bu “yaramaz hərbi cani”ni tapıb öldürməyi təklif edir.

İş o yerə çatıb ki, bu müzakirələr hətta mətbuat səhifələrinə və Rusiya hüdudlarından kənara da çıxıb. Fotoşəkil artıq başqa ölkələrin sosial şəbəkələrində də qızğın müzakirə predmetidir.

Virtualaz.org saytının araşdırmaları isə yüz minlərlə rusiyalı social şəbəkə istifadəçisinin kuryoz şəkildə yanıldığını ortaya çıxarıb. Məlum olub ki, rusiyalıların “təyyarəni vuran türk pilotu” kimi qəbul və təqdim etdiyi şəxs heç də F-16-nın şturvalı arxasında olmuş türk pilotu yox, adi bakılı fotoqarf Vüqar İbadovdur və onun hərbi aviasiyaya, ümumiyyətlə isə aviasiyaya heç bir aidiyyəti yoxdur.

Bəs necə olub ki, Azərbaycanda yaşayan Vüqar İbadov Su-24-ü vuran türk pilot kimi təqdim edilərək lənət hədəfinə çevrilib?

Məlum olub ki, Vüqar İbadovun onu bu qədər “məşhurlaşdıran” fotoşəkli azərbaycanlı və türk pilotların birgə iştirakı ilə keçirilən TurAz təlimləri zamanı çəkilib. V.İbadov həmin fotoda türk pilotunun formasındadır.

V.İbadov isə virtualaz.org saytına açıqlamasında deyib ki, şəklinin bu cür yanlış qəbul olunmasına özü də heyrətlənib: “Mən adi fotomüxbirəm. Mənim nə F-16, nə də Su-24-ə heç bir aidiyyətim yoxdur. Mən həmin şəkli təlimlərdən bir xatirə kimi çəkdirmişdim. Sadəcə olaraq kimsə götürüb onu yayıb, nəticədə “məşhur” olmuşam. Diqqətlə baxın, fotoda yaxamda jurnalist vəsiqəm də var. Məncə, şəklim ətrafındakı bu hay-küy bir-iki günə səngiyəcək”.

Virtualaz.org

Vüqar İbadov

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

RƏŞAD MƏCİD: “MƏN TÜRKİYƏNİ RUSİYADAN YÜZ DƏFƏLƏRLƏ ÇOX İSTƏYİRƏM”

Next Post

Rusiya KİV: Təyyarə Obamanın razılığı ilə vurulub

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusiya KİV: Təyyarə Obamanın razılığı ilə vurulub

Olland da Türkiyəni dəstəklədi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.