![]()
Türkiyə ilə Rusiya arasında yaranan təyyarə böhranından sonra rəsmi Ankaraya qarşı təhdidlər səsləndirən Çeçenistan prezidenti Ramzan Kadırova çeçenlərin özlərindən cavab gəlib.
Cebhe.info xəbər verir ki, çeçen İçkeriya Azadlıq Cəbhəsi yazılı açıqlama yayaraq Kadırovun çıxışını kəskin pisləyib. Bəyanatda bildirilir ki, Kadırovun səsləndirdiyi fikirlər Kremlin xoşuna gəlmək məqsədi daşıyır.
“Çeçen mücahidlər müsəlman xalqlarının lideri Ərdoğandən əmr gözləyir” deyə vurğulanan bəyanatda bildirilir: “Təyyarənin vurulması ilə Rusiya tərəfindən edilən təhdidlərdən sonra Kadırov Putinin qoltuğunda daha çox qala bilmək üçün bəzi ifadələr işlədib. Kadırovun sosial şəbəkədə yazdığı, Putinin əmrlərinə hazır olması barədə dedikləri rus işğalı altında yaşayan çeçenlərin fikrini ifadə etmir. Kadırov bu ifadələri ilə müsəlmanlara qarşı xəyanətini və Putinə bağlılığını bir daha sübut edib. Çeçen xalqı hər zaman müsəlmanların yanında yer alıb. Çeçen xalqı çətin günlərdə Türkiyənin yardımını, uzatdığı qardaş əlini , çeçen mücahidlərə arxa çıxmasını unutmayacaq. Baş verən hadisədə Türkiyə yüz faiz haqlıdır və çeçen xalıq Türkiyə ilə birlikdədir. Çeçenlər dünya müsəlmanlarının lideri olan Ərdoğandan əmr gözləyir”.
– See more at: http://cebhe.info/oxu/6136/#sthash.yNkhzEsI.dpuf



