Rusiyanın Ankaradaki səfiri Andrey Karlov Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, rus səfirin XİN-ə çağırılması Türkiyənin Rusiyadakı səfirliyinin qarşısında keçirilən etiraz aksiyaları ilə əlaqədardır.
Andrey Karlova rəsmi Ankara növbəti dəfə öz etirazını bildirib.




