"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Fərqli Davudoğlu

27 Noyabr 2015 - 10:30
in KÖŞƏ YAZILARI

Əgər 7 iyun seçkilərində qarşımızda Ərdoğandan asılı, icraçı bir Baş nazir obrazı var idisə, 1 noyabr seçkilərindən sonra fərqli bir Davudoğlu ilə qarşılaşdıq. 
Əgər 7 iyun seçkilərini AKP sədri olaraq Davudoğlu Ərdoğanın başqanlıq sistemi arzusuna görə itirmişdisə, 1 noyabr seçkilərini yalnız öz nüfuzu, bacarığı hesabına qazandı. Belə ki, Davudoğlu 5 ay ərzində həm müxalifəti zərərsizləşdirdi, həm də itirilmiş nüfuzlarını bərpa etdi, HDP-yə gedən “əmanət səsləri” geri qaytardı.
Əgər Davudoğlu 7 iyunda 40.9 faiz səs qazanmışdısa, 5 aylıq fəaliyyəti nəticəsində bunu 49.39-a yüksəldə bildi. Bununla da Ərdoğanın kölgəsi kimi adlandırılmaqdan özünü xilas etmiş oldu.
Üstəlik, bu müddətdə fürsətdən istifadə edib MHP daxilində də ikitirəlik yaratdı, oradan qopara bildiyi Toğrul Türkeşi yeni hökumətdə özünə köməkçi təyin etdi.
Şübhəsiz ki, Davudoğlu əsas məsələlərdə Ərdoğanla məsləhətləşir, vahid sistemin parçası olduğunu unutmur. Amma baş nazirin prezidentin mütləq hakimiyyətlilik iddiasına qarşı olduğu da deyilir. AKP-ni koalisiya hökuməti qurmaqdan, müəyyən məhkəmə proseslərinin başlamasından xilas edən Davudoğlunun artıq bu saatdan sonra özünü tamamilə Ərdoğanın əmrinə müntəzir duruma gətirdiyini düşünmək olmaz. Çünki Ərdoğan indiyə qədər xalq arasında mübahisəsiz üstünlüyə sahib idisə, aşırı iddiaları səbəbindən reytinqi müəyyən qədər aşağı düşüb.
İndi isə seçkilərdən az bir müddət sonra Rusiya qırıcısının vurulması ilə yenidən gündəmə gələn Davudoğlu bu dəfə daha fərqli xarizması ilə qarşımızdadır. Rusiya qırıcısının birbaşa onun əmri ilə vurulduğunu deyən Davudoğlu hazırda Putinin xarizmasını məhv edən yeganə lider kimi dünya mətbuatının manşetlərində yer alıb. Üstəlik, Qərbin də bu məsələdə dolayısı ilə Davudoğluna dəstək verməsi ona əlavə dividend qazandırır.
Çünki Davudoğlunun əlində önəmli rıçaqlar var. Avropanın qəbul etməyə qorxduğu iki milyondan çox qaçqın və bunlara xərclənən milyardlarla pul.
Türkiyə Suriyadakı qaçqınlara sahib çıxmaqla bölgədə demokratik rejimin qurulmasını həqiqətən istəyən yeganə dövlət olduğunu göstərdi. Çünki Suriya və İŞİD-in faktiki nəzarət etdiyi ərazilər onunla sərhəddədir.
Türkiyə isə Suriya məsələsi ilə qazandığı bu üstünlükdən Avropa Birliyinə üzv olmaq şansını qazanmaq düşüncəsindədir. Türkiyə hökumətinin Qərblə apardığı son görüşmələr də məhz buna hədəflənib.
Belə görünür ki, Ərdoğanın yarıda saxladığı bu prosesi Davudoğlu tamamlayacaq.

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğandan Putinin “İŞİD Türkiyəyə neft satır” ittihamına sərt cavab – “İŞİD nefti sənin…” (Video)

Next Post

Məşhur aktyor görün, nə günə düşdü 

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Məşhur aktyor görün, nə günə düşdü 

Elçin Quliyev Gürcüstanın daxili işlər naziri ilə görüşdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.