
Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların bu ölkəyə vurduğu zərəri Avropa İttifaqı kompensasiya edəcək.
Elchi.az xəbər verir ki, mərkəzi Londonda yerləşən “Capital Economics” araşdırma şirkəti Rusiyanın sanksiyalarının Türkiyəyə 2016-cı ildə maksimum 4-4,5 milyard dollar və ya ÜDM-in 0,5%-i qədər zərər vura biləcəyini açıqlayıb.
Araşdırma şirkətinin hazırladığı hesabatda bildirilir ki, Avropa İttifaqının Türkiyəyə hər il verəcəyi 3 milyard avroluq yardım bu zərəri kompensasiya etməyə kifayət edəcək. Bundan başqa Avropa Türkiyənin miqrant axınının qarşısını alacağına da ümid edir.



