"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ramil Usubov Nardarandan danışdı: `Heç bir təhlükə yoxdur`

02 Dekabr 2015 - 23:20
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Nardaranda baş verən son hadisələrə münasibət bildirib.

Nazir AzTV-yə verdiyi müsahibəsində bildirib ki, ölkəmizdə qanunsuz olaraq fəaliyyət göstərən “Müsəlman Birliyi” adlı hərəkatın fəaliyyətində əsas məqsəd qeyri-konstitusion yolla Azərbaycanda hakimiyyətə gəlmək, dini pərdə altında şəriət qanunları ilə idarə olunan dövlət quruluşu yaratmaq olub.

“Artıq Azərbaycan ictimaiyyətinə bəllidir ki, Bakı şəhərinin Nardaran qəsəbəsində, eləcə də digər yerlərdə, bura Gəncə və Lənkəranı aid etmək olar, “Müsəlman birliyi” deyilən silahlı qurum dövlətimizə qarşı fəaliyyət göstərməyi açıq-aydın bildirməyə başlamışdır. Araşdırmalar göstərdi ki, bir ildən çoxdur “Müsəlman birliyi” hərəkatı mövcuddur. Bunların məqsədi qeyri-konstitusion yolla Azərbaycanda hakimiyyətə gəlmək, ölkəmizdə dini pərdə altında şəriət qanunları ilə idarə olunan dövlət quruluşu yaratmaq olub.

Heç şübhəsiz ki, bizim dövlət və konstitusion quruluşumuzu dəyişməyə yönələn bu cür cinayətkar aktların qarşısı dövlət qurumları tərəfindən alınmalıdır. Ona görə də ölkəmizin prezidenti, Ali Baş Komandan hüquq-mühafizə orqanları qarşısında tələb qoydu ki, bu cinayətkar, silahlı dəstənin zərərsizləşdirilməsi, onların Azərbaycan dövlətinin qanunlarına riayət etməsi haqqında ciddi tədbirlər görülsün. Bu tədbirlər görülməyə başlandı. İlk tədbir zamanı silahlı müqavimət oldu. Avtomat və qumbaralardan daxili işlər orqanlarının əməkdaşlarına silahlar işlədildi. Silahlı dəstənin zərərsizləşdiriməsi zamanı 2 əməkdaşımız şəhid oldu”.

R.Usubov diqqətə çatdırıb ki, Nardaranda dövlət qurumları ilə qarşıdurmalar əvvəlki illərdə də baş verib.

“Yaxşı yadımdadır, 2005-ci ildə də bizim 2 əməkdaşımızı Nardaranda qətlə yetirdilər. Bu günə kimi artıq 23-cü dəfədir ki, Nardaranda polislə qarşıdurma olub. Bu hərəkətlərlə yanaşı orada kriminogen durum, kriminal hadisələr getdikcə artır. Bir neçə dəfə insan ölümləri baş verib, narkotik vasitələrin qanunsuz dövriyyəsinin artması, gənclərin bu bəlaya tutulması ilə bağlı çoxlu faktlar qeydə alınıb.

Bundan əlavə qeyd etmək istərdim ki, Nardarnda bağı olan insanlar öz evlərində yaşaya bilmirdilər, onlara kənardan ultimatumlar verirdilər. Bütün bunların qarşısının alınması üçün noyabrın 26-da xüsusi əməliyyat hazırlandı. Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları birgə tədbirlər həyata keçirməyə başlanı”.

General-polkovnik vurğulayıb ki, məlum hadisələrlə əlaqədəar 32 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, polisə silahlı müqavimət göstərən 5 nəfər hadisə zamanı məhv edilib.

“İntensiv olaraq Baş Prokurorluq tərəfindən istintaq işləri aparılır. Nardaranda Daxili İşlər Nazirliyinin həm polis, həm də Daxili Qoşunların qüvvələri vəziyyəti tamamilə nəzarət altına alıb”.

R.Usubov müsahibəsi zamanı Nardaran sakinlərinə müraciət edərək silahları təhvil verməyi tələb edib:

“Dünən də, bu gün də heç bir insident baş verməyib. Lakin biz 4 gündür ki, orada yaşayan vətəndaşlara rəsmi olaraq silahı yerə qoymağa, əllərində olan silahları könüllü olaraq təhvil verməyi tələb edirik. Təəssüflər olsun ki, bu günə kimi bir ədəd də silah könüllü surətdə təhvil verilməyib. Nardaranda yaşayanlardan bir daha tələb edirəm əllərində olan silahı təcili orada olan polis postlarına təhvil versinlər. Kimlər ki, könüllü surətdə silahları təhvil verəcəklər, onlar haqqında heç bir cinayət işi başlanılmayacaq”.

Nazir aparılan xüsusi əməliyyat nəticəsində Nardaran sakinlərindən 6 avtomat, çoxlu tapança, partlayıcı maddələrin götürüldüyünü deyib.

R.Usubov həmçinin qeyd edib ki, bu gün Nardaran istisna olmaqla Azərbaycanın hər yerində əmin-amanlıqdır: “Ölkəmiz üçün, vətəndaşlarımız üçün heç bir təhlükə gözlənilmir. Bildirmək istəyirəm ki, Azərbaycana gələn iş adamları, əcnəbilər tam təhlükəsiz şəraitdə fəaliyyət göstərə, yaşaya bilərlər. Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan əmin-amanlıq, siyasi sabitlik cənab prezidentimiz İlham Əliyev tərəfindən çox uğurlar davam etdirilir.

Azərbaycan ictimaiyyətinə, kütləvi informasiya vasitələrinə, sosial şəbəkə istifadəçilərinə təşəkkür edirəm ki, Nardaran hadisələrində dövlətçilik mövqeyində oldular”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İrəvanda Sarkisyana qarşı etirazlar davam edir

Next Post

“Azərbaycanın müxalifət liderlərinə pensiya kəsilməlidir” – Rəsul Quliyevdən əcaib təklif

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Azərbaycanın müxalifət liderlərinə pensiya kəsilməlidir” - Rəsul Quliyevdən əcaib təklif

Qorbaçov: “Türkiyə ilə dialoq mütləqdir”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.