
Türkiyə ilə Rusiya arasında düşmənçilik həddinə çatan münasibətlərə rəğmən, məlum SU-24 qirıcı təyyarəsi vurulduqdan sonra ölən Rusiyalı pilot xüsusi ehtiramla öz ölkəsinə təhvil verilib. Rusiyanın müstəqil mətbuat orqanları pilotun cənazəsinin təhvil verilməsi mərasimini əks etdirən fotoşəkilləri yayıb. Rusiya mətbuatında bu hadisə haqqında dərc olunan yazıda deyilir ki, hətta Rusiyanın özü belə öz əsgərlərinin cənazələrinə bu qədər ehtiramla yanaşmır:
“Rusiya özünün ölümə göndərdiyi əsgərlərin cənazələrini adətən səssiz-səmirsiz dəmir tabutda yola salır. Türkiyə isə hətta onun hava sərhəddini pozan dövlətin əsgərini öz doğma ölkəsinin bayrağına bürüyərək, fəxri qaraulun müşaiyyətilə yola salıb. Sanki bizə başa salırlar ki, Türkiyənin konkret bu rus övladına, talenin hökmü ilə bir avantyuranın qurbanına çevrilmiş bu əsgərə hörməti, onu bura ölümə göndərənlərə olan hörmətdən qat-qat çoxdur. Necə oldu?! Necə oldu ki, biz bu vəziyyətə düşdük – öz əsgərimizin öldüyü haqda xəbərin öz dövlətimizdən yox, onu öldürənlərdən eşidirik?! İndi onlardan hansı bizim üçün daha zalım düşməndir?!”
Yazıda həmçinin istehza ilə qeyd edilib ki, Rusiya televiziyaları bu mərasimin görüntülərini yayımlamayıb.









