“Ermənistan indiyə qədər beynəlxalq hüquqa zidd olaraq Azərbaycan ərazilərini işğal altında saxlayır”.
Publika.az xəbər verir ki, bu barədə Bundestaqda Avropa İttifaqı işləri üzrə komitənin sədri Hünter Krihbaum deyib.
O, Azərbaycanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz azad olunması ilə bağlı BMT-nin dörd qətnaməsini xatırladıb.
“Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramının üzvüdür. Lakin Ukrayna, Gürcüstan və Moldovadan fərqli olaraq assosiativ müqaviləyə qoşulmayıb. Çünki Azərbaycan Rusiya ilə də münasibətlərini saxlayaraq, xarici siyasətində müstəqil addımlar atmaq istəyir. Buna səbəblərdən biri də Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki roludur”, – deyə alman deputat bildirib.
H. Krihbaum Dağlıq Qarabağ və ətraf 7 rayonun Ermənistan tərəfindən işğalı nəticəsində bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib: “Almaniya vaxtilə qaçqın problemi ilə üzləşmiş ölkə kimi bunu yaxşı anlayır. Hazırda dünyada 60 milyondan çox insan qaçqındır. ATƏT-in Minsk qrupunun üzvü olan Almaniya Qarabağ münaqişəsində aktiv vasitəçi kimi mühüm rol oynaya bilər”.




