"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şahidin dilindən: “Yalvarırıq, üzərimizə su tökün, istidən öləcəyik…”

07 Dekabr 2015 - 10:01
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bu gün sosial şəbəkədə Deni Miller adlı profil sahibi yanğın zamanı iştirak etdiyi xilasetmə əməliyyatı barədə status yazıb. Bu şəxsin məlumatları sırasında onun “Caspian Drilling Company”də çalışdığı qeyd olunub.

Elchi.az musavat.com-a istinadən bildirir ki, rus dilində yazdığı statusda D.Miller faciəni “birinci ağız”dan eşitmənin vacibliyinə toxunub, ardınca isə aşağıdakıları qeyd edib:

“Mən baş verənləri bütün təfərrüatı ilə təsvir etməyəcəm. Biz köməyə ilk gələnlərdən idik. Amma 30 nəfər ilk xilasedici 11 metr olan dalğada qayıqdan özünü soyuq suya atdı. Sudan 4 nəfəri çıxara bildik. Əsil kişilərin sayəsində bu hadisə baş verdi, onlar xilasedici qayığı 11 metrlik dalğaya saldılar. Bununla da özlərini risk altında qoydular. Siz təsəvvür belə edə bilməzsiz ki, onlar necə riskə gedirdilər. Körpünü su basırdı, əsas mühərrik sıradan çıxmışdı… , amma onlar yenə də kimisə xilas etmək üçün plastik xilasedici qayığı dənizə doğru salırdılar ki, heç olmasa kimisə də xilas etsinlər. Onlar haqqında xəbərlərdə yazmayacaqlar. Bravo, uşaqlar, mən ilk görüşdə sizin əlinizi sıxacam.

Təəssüf ki, ilk xilas edilən həlak olub, sudan çıxarılandan sonra… 26-sını isə dəniz həmişəlik apardı.

Hətta hidrokostyumlarda belə suda 4 saat qalmaq mümkün deyil. 29 insan demək olar ki, 12 saat boyunca ikinci qayıqda oturmuşdular. Həmin qayıq platformanın ayağında ilişmişdi. Onların bəxti hamıdan çox gətirdi. Hamısını xilas etdilər. 3 nəfər isə qayığa oturmağa imkan tapmadı, yanan platformada qaldılar. Kaş ki, siz onların o çətin yerdə ağlar səsini eşidəydiz: “Sizə yalvarırıq, üzərimizə su tökün, biz istidən öləcəyik…” Və hansısa yolla platformaya yaxınlaşıb, xilasedici jilet əldə etmək istəyirdilər. Bu, mənim yaddaşımda həmişəlik qalacaq”.

Xilasedici həmçinin televiziyada göstərilən yanğınsöndürmə əməliyyatlarına inanmamağı da xahiş edir. Deyir ki, hər şey göründüyündən çox daha pis olub:”Hələ mən digər platformada suyun apardığı insanlardan danışmıram. Və bu faciə baş verən zaman ən pisi – hansısa “böyük dayılar”ın zəngi idi. Onlar xəbərlərdə nəyi demək lazım olduğunu öyrənmək istəyirdilər. Sən bütün gücünlə gözünü qaranlığa dikib, ordakı zülmətdə xilasedici jiletin üstündə hansısa fənər tapmaq istədiyin və o adamı xilas etmək istədiyin zaman, sənə hər dəqiqə zəng edib əmr verirlər ki, nə haqda danışmalısan, nə haqda yox”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Cahangir Hacıyevə qarşı 120 milyonluq ittiham

Next Post

Bu gün hava necə olacaq?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bu gün hava necə olacaq?

Rəsul Quliyevdən Xəzərdəki faciə ilə bağlı şok iddia...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.