"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Brüsseli Biləcəridən geridə qoyan fakt… – reportaj (FOTOLAR)

09 Dekabr 2015 - 10:22
in XƏBƏR LENTİ
Brüsseli Biləcəridən geridə qoyan fakt...	- reportaj  (FOTOLAR)
 
Biz, 8 jurnalist, 70-lik avropa ahılları və tüstüsüz, tozsuz, tıxacsız şəhər
Biz, səkkiz jurnalist Belçikanın paytaxtı Brüsselə qədəm basanda  şəhərin havası ilıq və küləksiz idi. Saat səhər 11 radələrində havanın hərarəti 12 dərəcəydi və biz qalın geyinmişdik – palto, sırıqlı gödəkcə, poliver. Əlimizin altında papaq və şərf də vardı, amma onlara ehtiyac olmadı və rayondan şəhər yerinə gələn nəvələrinə “bala, əynini qalın elə”, –  deyən baba-nənələr dəstiri, bizə müvafiq tövsiyəni verənləri qınamaqdan başqa əlimizdən bir şey gəlmədi.
Hətta axşamüstü çiskin yağış yağanda da hava çox soyumadı. Belə havalarda Bakıda adətən külək də olur və adamın zəhləsini tökür. Amma Brüsselin yağışı adama xoş gələn tipdən idi. Belə olanda şəhər daha gözəl, daha təmiz, daha səliqəli görünür. Elə insanlar da şairin sözü olmasın, “yağışın əlindən qaçıb bir küncə” havasında deyildilər, daş döşəməsi parıldayan küçələrdə yağışın altındaca gəzirdilər.
Daş döşəməli şəhər
Şəhərin küçələrinin əksər hissəsinin asfalt yox, eyniylə bizim bulvardakı kimi, daş döşəməli olması diqqəti cəlb edir. Şəhər başdan-başa daş küçələrdir. Əslində daş döşəməli küçələr də iki yer bölünür: qədimi daş küçələr, yeni daş  küçələr. Qədimilər daşların nisbətən kələ-kötürlüyü ilə seçilir, yenilər isə hamısı metlax kimi eyni mişardan çıxıb deyə hamardır.
Görünür, bir çox Avropa şəhərləri kimi Brüsseldə də küçələrin örtüyünü daşdan tikmək zərurətdən doğur. Yağışda, qarda daha etibarlı olur.
Bahalı şəhər
Brüssel sadə görünsə də, bahalı şəhərdir. Burada adi qəlyanaltının qiyməti 10-15 avronu keçir. Metroda gediş haqqı 2 avrodan çoxdur, daha dəqiqi, 2,1 avrodur.
Bu şəhər əhalisinin həyat səviyyəsinin yüksək olmasından, qazanclarının çoxluğundan doğur. Brüssellilər çox qazanır, çox da xərcləyirlər.
Bununla belə, şəhərin küçələrində bizdəki qədər bahalı maşınlar görmək mümkün deyil. Ciplərin  sayına görə Brüssel Milandan öndə olsa da (bu ilin iyununda Milanda iki cüt bir tək cip növlü, iri maşın görmüşdük), Bakıdan çox geridədir. Hətta Brüsselin bu xüsusda Biləcəridən də geridə olduğunu iddia etmək olar.
Bu da ondan irəli gəlir ki, sakinlərin əksəriyyətinin rifahı yaxşıdan yuxarı olan şəhərdə bahalı maşın aludəçiliyi yoxdur. Paytaxt camaatı bahalı maşınla fəxr və fors etmirlər, az yanacaq yandıran maşınları üstün tuturlar.
Tüstüsüz, tozsuz, tıxacsız şəhər
Brüsselin küçələrində, yollarında vur-həşir, tıxac, tüstü, toz yoxdur. Şəhərin böyükləri tıxac  problemini saysız-hesabsız tunellər, körpülər, yol ötürücüləri ilə həll ediblər. Sürücülər də intizamlıdır, qaydalara riayət edir, küçələri “Həsənsoxdu” dəyirmanına döndərmirlər. Hər işıqforda onların hərəkətinə nəzarət edən müşahidə kameraları da var. Brüsseldəki kameralarla bizimkilərin əsas fərqi odur ki, Bakıdakılar çox iridir, Brüsseldəkilər xırda, qoz boyda.
Şəhərin mərkəzində turist seli
İndi payızdır, qışa sayılı günlər qalıb, ancaq Brüsselin mərkəzi küçələrində turist seli görmək olur. Bunu yerli sakin sayaraq, ünvan soruşduğumuz adamların ard-arda əcnəbi çıxmasından bildik. Biz isə küçələrdə dəstə ilə gəzən və hər dəqiqə adamın qarşısına çıxan asiyalılardan, afrikalılardan söz soruşmurduq, sırf avropalı görünüşü olanlardan soruşurduq və məlum olurdu ki, onlar da gəlmədir.
Bir yerdə hətta küçədə 60-70 nəfərlik turist qrupu gördük. Bunlar əksəriyyətinin yaşı 70- i keçmiş ahıl adamlar, qoca kişilər, qarılar idi, gümrah addımlarla küçəni keçirdilər. Deyəsən, fransız idilər. Jurnalist həmkarlarımızdan biri həsədlə onların arxasınca baxaraq dedi: “Bizim bu yaşdakı nənə-babalarmız evdən eşiyə çıxmır, adama da “bala, məni doxdura apar” deyilər, amma bunlar ölkə-ölkə gəzirlər”.
Memarlıq abidələri
Brüssel möhtəşəm binalarla zəngindir. Çoxlu sayda memarlıq abidələri var və hər biri diqqətlə qorunub saxlanır. Müasir üslubda dəmir və şüşə binalar tikərkən elə yerdə tikirlər ki, şəhərin simasına xələl gəlməsin.
Şəhərin mərkəzində bir bina gördüm, Qız qalasına oxşatdım və şəklini çəkdim.
Brüssel Yeni ilə hazırlaşır
Hazırda şəhər Yeni ilə hazırlaşır: küknar ağacları bəzədilib, küçələrdə işıqlardan ibarət əsrarəngiz mənzərə yaradılıb. 10-15 gündən sonra buralar daha gözəl, daha çıraqban olacaq. Təbii ki, terror qruplaşmalarının Brüsselə yağdırdıqları təhdid reallaşmasa.
Avropanın əsas siyasi mərkəzlərindən biri olan Brüsseldə təhlükəsizlik tədbirlərinə ciddi önəm verirlər, çalışırlar ki, terror qruplaşmalarının üzvləri ölkəyə sıza, təşkilatlana bilməsinlər.
Bu şəhər və ölkə haqqında təəssüratlarımızın davamı olacaq. Qeyd edək ki, səkkiz qeyri-idman jurnalisti “Anderext”-“Qarabağ” oyununda komandamıza dəstək olmaq üçün “Azersun Holdinq”in maliyyə dəstəyi ilə Brüsseldədirlər.
 
Xalid Kazımlı, 
Brüssel









Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

MTN-də ifşa olunan dəstə haqda yeni məlumatlar

Next Post

Neft şirkətindən bədbin proqnoz

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Neft şirkətindən bədbin proqnoz

İtkin neftçilərin axtarışı yağışlı havada da davam etdiriləcək - FHN

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.