"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ələsgər Siyablı: “Elçibəyin Heydər Əliyevə rəğbətinin olduğunu şişirtməyə ehtiyac yoxdur”

10 Dekabr 2015 - 10:01
in XƏBƏR LENTİ

Bir vaxtlar AXC Naxçıvan Muxtar Respublikasının Müdafiə Komitəsinin sədri olan Oqtay Bəxşəliyevin və Heydər Əliyevin ilk mühafizəçisi Əmir Hüseynovun Strateq.az-a verdiyi müsahibələr ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Müsahiblərimizin fikirləriylə razılaşanlar da, razılaşmayanlar da var.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Redaksiyamıza məktub göndərib iddialarla bağlı öz mövqeyini açıqlayanlardan biri də mühacirətdə yaşayan hörmətli ziyalımız Ələsgər Siyablıdır.

Qeyd edək ki, Oqtay Bəxşəliyev müsahibəsində Heydər Əliyevin Bakıda mühafizəsinin Ələsgər Siyablı tərəfindən təşkil olunduğunu bildirmişdi. Hörmətli alimimiz də məktubunda bu nüansa aydınlıq gətirib.

Oxucular üçün maraqlı olacağını və tarixə işıq tutacağını düşünüb həmin məktubu təqdim edirik:

 

“Hörmətli Heydər Oğuz!

Oqtay bəy Bəxşəliyev sizə verdiyi müsahibəsində Heydər Əliyevin Bakıya səfəri zamanı mühafizəsinin təşkil olunması məsələsini nəql edərkən onun mühafizəsinin təşkilinin guya Əbülfəz Elçibəy tərəfindən mənə həvalə olundugunu iddia edir. Hadisənin birbasa istirakçisi kimi bu məsələyə aydınlıq gətirməyi özümə borc billərək həmin hadisənin gerçək mahiyyətini sizinlə və oxucularla bölüşməyi qərara aldım.

Həmin vaxtlarda mən AXC xarici əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdım, istər Naxçıvan, ermənistanlı, istərsə də digər rayonlardan olan cəbhəçilər Bakıya AXC qərargahına gəldikləri zaman mütləq bizim şöbəyə baş vurur, çay icir, söhbət edirdilər. Heydər Əliyev Bakıya gəlmədən xeyli əvvəlNaxçıvandan Əmir və Abdulla mənim yanıma gəldilər və xahiş etdilər ki, onları Elçibəylə görüşdürüm. Mən onların görüş məqsədi ilə  maraqlandım, çünki onlar Naxçıvan AXC rəhbərliyinə daxil deyildilər və oradakı hər hansı problemi müzakirə etmək üçün AXC sədri ilə Muxtar Respublika cəbhəçilərinin rəhbərləri görüşüb müzakirə apara bilərdilər.

Əmir və Abdulla mənə dedilər ki, onları Heydər Əliyev göndərib və Elçibəyə deyəcəkləri mühüm sözləri var. Mən yenə də təkid etdim ki, onların Elçibəyə catdıracaqları mühüm xəbər nədən ibarətdirsə, bu haqda öncə mənə məlumat versinlər. Cavabında dedilər ki, Heydər Əliyev Bakıya gəlmək istəyir, lakin həyatına təhlükə olacağından ehtiyat edir və Elçibəydən xahiş edir ki, AXC Bakıda onun mühafizəsini təşkil etsin.

Məsələnin mühümlüyünü nəzərə alıb Elçibəylə görüşdüm və onlarla birlikdə bəyin qəbuluna getdik.Elçibəy Əmir və Abdullanı diqqətlə dinlədi və cavab verdi ki, AXC təşkilat olaraq Heydər Əliyevin mühafizəsi məsuliyyətini öz üzərinə götürə bilməz. Heydər Əliyevin Bakıda çoxlu tərəfdarları və yaxın adamları var ki, onlar mühafizənin öhdəsindən layiqincə gələ bilərlər və maraqlandı ki, bu mühafizə məsələsini daha kimlərlə müzakirə ediblər. Əmir və Abdulla bəyə bildirdilər ki, bu məsələni əsasən Sabunçu rayonunun polis rəisi Etibar Qazıbəyovla müzakirə ediblər və o, mühafizənin əsas ağırlığını öz boynuna götürüb, əgər AXC də bu işə dəstək versə, Heydər Əliyevin təhlükəsizliyi tam təmin olunar.

Elçibəy yenə də qətiyyətlə bildirdi ki, Xalq Cəbhəsi bu məsuliyyəti öz üzərinə götürə bilməz. O zaman Əmir və Abdulla dedilər ki, şəhərin hər hansı bir yerində görüşüb Heydər Əliyevin mühafizəsi məsələsini müzakirə və təşkil etmək çox təhlükəlidir və bəydən xahiş etdilər ki, bu işə cəlb edəcəkləri adamlarla AXC gərargahında görüşməyə icazə versin. Bəy cavabında dedi ki, siz cəbhəçisiniz və istədiyiniz vaxt istədiyiniz adamlarla gərargahda görüsə bilərsiniz və mənə də göstəriş verdi ki, onların görüşləri və müzakirələri üçün şərait yarat.

Bundan sonra Əmir və Abdulla dəfələrlə müxtəlif adamlarla və xüsusən də Heydər Əliyevə simpatiyası olan cəbhəçilərlə müntəzəm görüşərək mühafizənin təşkili məsələsini müzakirə etdilər. Bu görüş və müzakirələrdə o zaman mənim müdiri olduğum şöbəyə hər gün təşrif buyuran yaxın münasibətlərdə oldugum Eldar, Həsən Zeynalov, Hafiz Hacıyev, rəssam Məmməd Şirzadov və basqaları da yaxından istirak edirdilər və Heydər Əliyevi öz maşınları və yaxın adamları ilə aeroportda qarşılamağa, heç kəsin göstərişi olmadan könüllü surətdə qərarlaşdırdılar. Etibar Qazıbəyov da bir neçə dəfə AXC qərargahına gəldi.

Mən heç bir vaxt heç bir siyahı tərtib etməmişəm. Naxçıvanda Heydər Əliyevin mühafizəsinin təşkil edilməsi üçün Elçibəyin göstəriş verməsi haqqında məlumatım olmadığından bir şey deyə bilmərəm, ancaq mən yenə də bu məlumata inanmıram.

İstər Oqtay bəy, istərsə Əmir bəy Bakıda Heydər Əliyevin mühafizəsində öz rollarını xüsusi olaraq qabartmağa çalışsalar da, bu işi öz həyatı bahasına, bütün təhlükələri göz önünə alaraq təşkil edən və bu mühafizəni həyata keçirən Sabunçu rayonunun o zamankı polis rəisi olan və Əliyevlərlə də yaxın qohumluq əlaqələrinə malik olan Etibar Qazıbəyov idi. Nədənsə həm Əmir bəy, həm də Oqtay bəy Etibarın adını hallandırmırlar və bu məsələnin üstündən sükutla keçirlər.

Elçibəyin guya Heydər Əliyevə  olan xüsusi rəğbətini hədsiz şişirtməyə də ehtiyac yoxdur. Bəy Əliyevin idarəçilk prinsiplərini amansız tənqidə məruz qoymaqla yanaşı,  onun bəzi müsbət cəhətlərini də öz müsahibə və yazılarında askar surətdə dilə gətirmişdir. Elçibəyin hamımızın qəddar, amansız rəhbər kimi tanıdığımız Mircəfər Bağırova münasibəti də birmənalı deyildi və Bağırovun Azərbaycan xalqı qarşısında mühüm xidmətləri olduğunu xüsusi vurğulayırdı.

 

Hörmətlə: Ələsgər Siyablı”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ Dövlət Departamenti: “Gərginliyin azaldılmasını istəyirik”

Next Post

Azərbaycan Prezidenti Pekində Paytaxt Muzeyi ilə tanış olub

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycan Prezidenti Pekində Paytaxt Muzeyi ilə tanış olub

ABŞ Dövlət Departamentindən Leyla Yunusun azad edilməsinə reaksiya:"Alqışlayırıq!"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.