“Azərişıq” ASC-nin qısa müddət ərzində 7 regional idarəetmə strukturu formalaşdırılıb.
Enerji təhcizatında uğurlu nəticələr əldə edən “Azərişıq” ASC yerlərdə əməkdaşlarının keyfiyyətli xidmət göstərməsi üçün iş şəraitin yaxşılaşdırılması istiqamətində də ciddi tədbirlər görür:
“İlk olaraq əmək fəaliyyətinin təhlükəsizliyi üçün işçilər unuformalarla təmin ediliblər. Onların fəaliyyət sahəsinə və qəza yerlərinə tez yetişmələri üçün 100-dən artıq Almaniya və Yaponiya istehsalı olan komfortlu avtomobillər RETSİ-lər üzrə paylanıb. Yaxın vaxtlarda bu avtomobillərin sayı 200-ə çatdırılacaq”, – deyə qurumdan qeyd edilib.
Bundan başqa, “Azərişıq” dan bildirilib ki, tezliklə daha 8 rayonda modern üslubda tikilmiş standart ofis binaları tikilib başa çatdırılacaq.



